![]() |
|
Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Twitter” səhifəsində yazıb.
“Sentyabrın əvvəlində Ermənistan Rusiyanın təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya onun təkliflərini dəstəkləyəcək”, - o qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib.
"Görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edildi, ticarət dövriyyəsinin artımı vurğulanıb.
Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının N hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, strateji əhəmiyyətə malik mövqelərin ələ keçirilməsində ümumqoşun bölmələrə atəş dəstəyi, eləcə də müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirilib.
Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Bu gün KTMT-nin növbədən kənar iclası baş tutacaq və Rusiya Prezidenti Vladimir Putin toplantıya özü şəxsən qatılacaq. Digər üzv ölkələrin liderləri də bir araya gələcək.
“KTMT-nin iclası Azərbaycan, Rusiya və Ermənistan liderlərinin oktyabrın 31-nə planlaşdırılan görüşü ərəfəsində keçirilir.
Növbədənkənar toplantı Ermənistanın təşəbbüsü ilə baş tutacaq.
KTMT-nin bu gün keçiriləcək iclasında Ermənistana yardım məsələsi müzakirə olunacaq.
Quba Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.
Qafqazinfo xəbər verir ki, polis kapitanı Vasif Zeynallı RPŞ-nin İstintaq Bölməsinin rəisi təyin olunub. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, V.Zeynallı bu təyinatdan öncə Abşeron Rayon Polis İdarəsində müstəntiq kimi çalışıb.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanında dəyişiklik edilib.
Yol-xeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.
Fərmana əsasən, bundan sonra Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını Daxili İşlər Nazirliyi təmin edəcək.
Dəyişikliyə qədər bu məsələni İqtisadiyyat Nazirliyi təmin edirdi.
“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər təsdiq edilib.
Yol-xeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri artırılıb.
Yol-xeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndi yeni redaksiyada verilib.
Yeni reaksiyaya əsasən, yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlamaq və yerləşdirmək, mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək səlahiyyəti olacaq.
Əsasnamənin əvvəlki variantında isə yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək səlahiyyəti vardı.
Yol qəzasından sonra bizi sürətli şəkildə helikopterlə Bakıya, Mərkəzi Klinik Xəstəxanasına çatdırdılar. Daha sonra isə ambulans təyyarə ilə İstanbula gətirdilər.
APA xəbər verir ki, bu barədə xəstəxanadan evə buraxılan AK Partiyanın sədr müavini Binəli Yıldırım bildirib.
Binəli Yıldırım göstərdiyi diqqətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.