Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

General-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Yol-xeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Saziş təsdiq edilib. 

Yol-xeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun imzalayıb. 

Qeyd edək ki, 2022-ci il aprelin 7-də Bakı və Belqrad şəhərlərində imzalanıb.

İlham Əliyev zavodun açılışında iştirak etdi

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışda iştirak edib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank və komando hərbi hissələrində keçirilən təlimləri izləyib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Komanda idarəetmə məntəqələrinə baş çəkən müdafiə naziri "Tank ovçuluğu" təlimini və komandoların hazırlıq məşğələsini izlədikdən sonra komandir heyətinin məruzələrini dinləyib.

Məruzə olunub ki, təlim prosesində şərti düşmənin zirehli texnikasının pusquya və xəndəklərə salınmaqla yaxın məsafədən sıradan çıxarılması, eləcə də komandoların yaşayış məntəqələrində döyüş tapşırıqlarının icrası məşq etdirilir.

Təlimin planına uyğun olaraq tank bölmələri tərəfindən zirehli texnikanın atəşlə irəliləmə üsulları da yerinə yetirilir.
Komandoların və tank bölmələrinin fəaliyyətini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov Vətən müharibəsində qazanılan təcrübədən istifadə olunmaqla döyüş hazırlığının intensivliyinin və effektivliyinin daha da artırılması barədə aidiyyəti üzrə əlavə tapşırıqlar verib.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Cari ilin döyüş hazırlığı planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri ilə cənub bölgəsində keçirilən təlimdə gecə və məhdudgörmə şəraitində müxtəlif xüsusi tapşırıqlar icra edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ssenarisinə uyğun olaraq xüsusi təyinatlılar kəşfiyyat məlumatları əsasında şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın, təxribat təlim döyüş tapşırıqları yerinə yetiriblər.

Xüsusi təyinatlılar tərəfindən aşkar edilmiş sığınacaqlarda və şərti cəbhənin digər istiqamətlərində bilavasitə təmas vəziyyətində düşmən texnikası və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Düşmən arxasında qarşılaşa biləcək maneə sistemlərinin kiçik bölmələr halında dəf edilməsi, yaşayış məntəqələrində döyüşün aparılması və ələ keçirilməsi fəaliyyətləri icra edilib

Qeyd edək ki, Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərdə əsas məqsəd xüsusi təyinatlıların peşəkarlıq səviyyəsinin daha da artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

 

Politoloq Əziz Əlibəyli son günlərdə İranda baş verən hadisələrlə, o cümlədən İran-Azərbaycan münasibətlərini əks etdirən çox maraqlı bir paylaşım edib.

O, facebook səhifəsində ki paylaşımda bunları qeyd edib:

“Hazırda Güney Azərbaycan şəhərləri manatla tədavülə keçir, özlərinə Əliyevi prezident seçir, qaldı ordu, o da Mirzəyevlə çox yaxınlaşdı.

Hikmət Mirzəyevin rəhbərlik etdiyi xüsusi təyinatlı ordunun ölkəmizin cənub sərhədində təlimə başlaması İranda əsl şok effekti doğurub.

İran teleqram kanalları Azərbaycanın cənub rayonlarında yaşayan dindar əhalimizə müraciət hazırlayıblar.

Orda qeyd edilir ki, "Əgər Azərbaycan əsgəri silaha əl atarsa, qarşısında sipər olun".

Maraqlıdır ki, “İslamic Wordl News” adlı teleqram kanalından yayılan iddialara elə cənubdakı soydaşlarımız iki arqumentlə cavab veriblər”.

Daha sonra o qeyd edib:

“1. Bakıda “Olimpik Star” tərəfdə hansısa obyektə üç bayraq dalğalanır - İsrail, Türkiyə, Azərbaycan - onun videosunu paylaşıblar.
2. Azərbaycan ordusunda talış və cənub bölgəsindən olan şəhid fotoları paylaşılıb.
3. Güney Azərbaycanda isə 40 milyon soydaşımız yaşayır.
4. SEPAH-ın təlimi oldqca uğursuz bitib və görüntülər gülüşə səbəb olub.
5. İranlıların paylaşımlarında iddia edilir ki, ölkənin 80 faizi dəmir dövründə qalıb, göstərilən və iddia edilən mənzərə isə tamam fərqlidir.
6. İran ordusunu qüdrətli edən isə orda xidmət edən soydaşlarımızdır ki, İraqla savaşda yüz minlərlə azərbaycanlə həlak oldu.
7. Hazırda Güney Azərbaycan şəhərləri manatla tədavülə keçir, özlərinə Əliyevi Prezident seçir, qaldı ordu, o da Mirzəyevlə çox yaxınlaşdı”.

“Soçi görüşündən öncə İrəvan mövqeyini gücləndirib əlavə dəstək almaq üçün KTMT-nin sammitini keçirsə də, nəticə etibarı ilə yumşaq desək, çox uğursuz oldu. Soçi görüşünə gəldikdə isə deyə bilərəm ki, orada razılıqlar əldə edilib. Burada söhbət əldə edilən razılaşmanı cəmiyyətə necə çatdırılmasından gedir”.

Bunu Ermənistanın Hindistan və Almaniyadakı keçmiş səfiri Armen Martirosyan deyib.

Erməni diplomat bildirib ki, Ermənistanın sülh danışıqları ilə bağlı proseslərə təsir rıçaqları yoxdur: “Əgər təsir rıçağınız yoxdursa, deməli, sizin siyasətdə iştirak etmək, onu inkişaf etdirmək, həyata keçirmək bir yana, heç imkanınız da yoxdur. Yəni hər şey Əliyevdən və Rusiyanın buna nə qədər hazır olmasından asılıdır. Biz burada ən yaxşı halda ərizəçi rolundayıq və bu göz qabağındadır. Ona görə də gözləmək çətindir ki, Soçidə hansısa ciddi, əsaslı bəyanat olmalı idi”, - deyə Martirosyan qeyd edib.

Soçidə ilkin bəyanatın mətninin dəyişdirilməsi ilə bağlı səslənən fikirləri şərh edən erməni diplomatın sözlərinə görə, 25 illik diplomatik təcrübəmdən deyə bilərəm ki, tərəflər öz ideyalarını təqdim edirlər və kimsə onu redaktə etməyi öz üzərinə götürür: “Məncə, bunu Rusiya Xarici İşlər Nazirliyi edib. Bu, çoxtərəfli diplomatiyanın normal prosesidir. Bəyanatın hər kəs üçün məqbul olması üçün onun minimal spesifikliyi olmalıdır. Bu, yeni bir şey deyil, məni təəccübləndirmir, amma bizi narahat edən başqa məqamlar var. Daha çox gözləntilərimiz ola bilərdi... və bu olmadı”.

O əlavə edib ki, görüşdə Ermənistan güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri müstəsna olaraq suverenliyin qarşılıqlı tanınması əsasında müzakirə edib həll etməyə razılaşdı: “Sənəddə ən mühüm prinsip yarana biləcək bütün mübahisəli məsələlər tərəflərin ərazi bütövlüyü və suverenliyinin tanınması prinsipi əsasında həll olunmasıdır. Bu sənədin ən mühüm tezisi budur, digər maraqlısı isə odur ki, ümumiyyətlə, Qarabağdan söhbət gedə bilməz. Yəni Əliyev Qarabağ problemini həll etdiyini təsdiqləməyi bacardı və bu gün belə problemin olmadığını bəyan etdi. Hətta “münaqişə” sözü də mətndə yoxdur”.

Tərəflərin hansı məsələdə razılaşma əldə etməsinə gəldikdə erməni diplomat deyib ki, nəyin razılaşdırıldığı barədə məlumatı yoxdur: “Bunu cəmi 3 nəfər bilir. Başqa mənbələrdən aldığım məlumatları nəzərə alsaq, məndə belə bir təəssürat yaranır ki, razılaşmalar əldə olunub. İndi növbə siyasi texnokratlardadır, bunu cəmiyyətə necə çatdırmasıdır”.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib.

Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib.

Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır.

Xüsusi təyinatlıların təlimi davam edir.

 

 

 

Hazırda Tbilisidə Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı hazırlıq işləri gedir.

“Moskvanın vasitəçiliyi ilə Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq mümkün olmadı. Praqa prosesi davam edərsə, Qarabağ ermənilərdən təmizlənərək Azərbaycana təhvil verilə bilər”.

Bu barədə “hraparak” yazır.

Mətbu orqanının yazdığına görə, Soçi prosesi sülh gündəmini nəzərdə tutmur və burada sülh müqaviləsindən bəhs edilmir: “Amma Paşinyan sülh dövrünün başlanğıcından xəbər verəcək belə bir sənədi tez bir zamanda imzalamalıdır. Əldə etdiyimiz məlumata görə, belə bir sənəd noyabrın sonuna qədər və ya heç olmasa dekabrın əvvəlində imzalana bilər. Nə qədər təəccüblü olsa da, müqavilənin Tbilisidə imzalanması planlaşdırılır”, - mətbu orqanı yazır.

Mətbu orqanında o da qeyd olunub ki, bununla da Gürcüstan Ümumqafqaz sülhünün vasitəçisinə və simvoluna çevrilə bilər: “Axı həmin sənədlə bütün Cənubi Qafqaz Qərbin bu regionda maraqlarının operatoru kimi Türkiyəyə verilir. Əldə etdiyimiz məlumata görə, Gürcüstanda Əliyevlə Paşinyan görüşünə və sülh erasından xəbər verən sənədin imzalanmasına fəal hazırlıq gedir.

Həmin sənədin imzalanması Ermənistanın rəsmi və yekun olaraq Qarabağdan əl çəkməsindən xəbər verəcəkdir. Ermənistan heç bir şəkildə Qarabağın işlərinə qarışmayacağını öhdəsinə götürəcək”.

Xəbər lenti