Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.

 Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai birlikdə sərgiyə baxıblar.

Qeyd edək ki, sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunur. Burada sərgilənən əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bütün istiqamətlərini əhatə edir. Özbəkistanın qeyri-adi təbiəti, qədim abidələri rəssamlar üçün hər zaman ilham mənbəyi olub. Qaraqalpaqıstanın bir çox rəssamları mavi Aral dənizi və Amudəryadan ilhamlanaraq mükəmməl əsərlər ərsəyə gətiriblər.

Özbəkistanda təsviri sənət XX əsrdə sürətlə inkişaf edib. Həmin dövrün rəssamlarının həyatlarının müxtəlif olmasına baxmayaraq, onları birləşdirən Özbəkistan idi. Təkcə Özbəkistanda doğulan rəssamlar deyil, buraya müxtəlif yerlərdən gələnlər də günəşli diyarın ecazkarlığına valeh olaraq bu qədim torpaqda həmişəlik yaşayıb-yaradıblar. Bu gün onların da əsərləri sərgidə nümayiş olunur.

Qeyd edək ki, sərgidə 14 rəssamın 90-dan çox əsəri nümayiş etdirilir.

 

 

 

 
Ukrayna KİV: “Azərbaycan da, Ukrayna kimi, təcavüzkar yox, qurbandır”

Dünyanın siyasi mütəxəssis çevrəsi Rusiya-Ukrayna kontekstini Azərbaycan və Ermənistan arasındakı vəziyyətlə əlaqələndirməyə çalışır. Belə ki, Azərbaycan işğalçı mövqeyə qoyulur, Ermənistan tərəfi isə Qərbdən qeyd-şərtsiz dəstək tələb edir.

“Bu barədə Ukraynanın “Kanal 5” telekanalı saytında məqalə dərc edib.

Bununla belə, Ukraynanın ən böyük media resurslarından biri qeyd edib ki, tarixi faktlar bunun əksini göstərir.

Belə ki, payızın əvvəlindən erməni diasporunun nümayəndələri, eləcə də onların təsiri altına düşən Fransanın bəzi siyasətçiləri və bələdiyyə xadimləri Azərbaycanın Rusiya ilə, Ermənistanın isə Ukrayna ilə eyniləşdirilməsini təbliğ etməyə başlayıblar. Onlar Rusiyanın Ukraynaya təcavüzü ilə Azərbaycanın 30 il ərzində Ermənistanın işğalı altında olan ərazilərini qaytarmaq üzrə fəaliyyətlərini müqayisə etməyə çalışırlar. Lakin real vəziyyət tam əksinədir, faktlar bunun əksini sübut edir.

Kanal vurğulayıb ki, Fransa açıqca Ukraynanın qələbəsində maraqlı deyil, ona görə də o, Kremllə mütəmadi olaraq “dərin reverans” (sayğı – red.) rejimində əlaqə saxlayır. Fransızların Moskvadan enerji və iqtisadi asılılığı Putinə yarımaq və Ermənistanın istənilən hərəkətlərinə görə kart-blanş əldə etmək üçün onları Ukraynaya qarşı təcavüzdə Rusiyaya gizlin dəstək verməyə vadar edir.

Hələ sentyabrın 1-də “Les Echos” qəzeti yazıb ki, Fransa Prezidenti Emmanuel Makron xarici səfirlərlə görüşdə Putinlə danışmağa davam etməyin gərəkli olduğunu deyib: “Sülhün danışıqlar yolu ilə mümkün olması, hər iki əsas qəhrəmanın danışıqlar masasına qayıtması üçün hər şey etməliyik”.

“Kanal 5” qeyd edib ki, Rusiya təcavüzünün başlanğıcından oktyabrın ortalarınadək Makron Putinlə 13 dəfə telefonla danışıb.

Lakin məhz Azərbaycan, Ukrayna kimi, təcavüzkar yox, qurbandır. Bunu tarixi faktlar sübut edir:

2014-2022-ci illərdə Rusiya Ukrayna ərazisinin təxminən 20 %-ni işğal etdiyi kimi, 1991-1993-cü illərdə də Ermənistan silahlı qüvvələri Azərbaycanın suveren ərazisinin 20 %-ni işğal edib.

Şərqi Ukraynanı işğal etmək üçün Donbasdakı rusiyapərəst separatçılardan istifadə edildiyi kimi, Ermənistan da Rusiya silahlı qüvvələrinin iştirakı ilə Qarabağda erməni separatçılarına arxalanaraq Azərbaycan torpaqlarını işğal edib.

İndi erməni separatçıları Azərbaycanın bu ərazilərini Rusiyaya birləşdirmək planları qururlar. Onlar hətta bunun Krımın və Donbasın ilhaqının ardınca gələcəyini gizlətmirlər.

Misal üçün, aprelin 14-də Ermənistanın keçmiş baş naziri Baqratyan bildirib ki, separatçı anklav “Rusiyanın tərkibinə daxil olmaq istəyir”. Ukraynaya qarşı təcavüz milyonlarla ukraynalı qaçqını yurdlarından didərgin saldığı kimi, Qarabağda azərbaycanlılara qarşı təcavüz də onların bir milyondan çoxunu öz ev-eşiyini tərk etməyə məcbur edib. Bu rəqəm BMT Baş Assambleyasının 23 mart 1994-cü il tarixli qətnaməsində öz əksini tapıb. Onu da xatırladaq ki, hərbi münaqişələrdə minlərlə mülki azərbaycanlı həlak olub.

Bundan başqa, Azərbaycan və Ermənistanın Ukrayna ilə bağlı real hərəkətlərinin sadə izahı bu dövlətlərin yardımında öz əksini tapıb. “Kanal 5” bildirib ki, 4 000 ukraynalı qaçqın Azərbaycan evlərində qonaq ediliblər. Azərbaycanın dövlət şirkətləri Ukraynaya 200 min litrdən çox yanacaq, 900 ton dərman, tibbi avadanlıq və 15 milyon avrodan artıq ərzaq məhsulları ilə təmənnasız yardım edib.

Lakin Ermənistan, “Kanal 5”in qeyd etdiyi kimi, bir qədər fərqli işlər görür. Belə ki, müharibə başlayandan indiyədək Ermənistan hökumətinin üzvləri Rusiyaya 12 dəfə səfər ediblər. Məsələn, fevralın 25-də İrəvan Moskva ilə birgə Rusiyanın Avropa Şurasındakı nümayəndəliyinin dayandırılmasına qarşı çıxan yeganə ölkə olub. Martın 28-də və aprelin 1-də Türkiyənin “Haber Global” telekanalı erməni pilotlarla birlikdə dörd “Su-30” qırıcısının Ukrayna ərazisinə göndərilməsini əks etdirən sənədli materialları, o cümlədən peyk şəkillərini təqdim edib. Sentyabrda Ermənistan silahlı qüvvələri Rusiya ilə birgə “Vostok-2022” təlimlərində iştirak edib. Fevral-iyun ayları ərzində isə Ermənistanda və onunla həmsərhəd olan Qarabağda Ukraynaya təcavüzə dəstək məqsədilə 14 ictimai aksiya keçirilib.

Bütün bu faktlar onu göstərir ki, oradakı təcavüzkar Bakı deyil, rusiyapərəst “Böyük Ermənistan” layihəsi ilə İrəvandır.

Qeyd edək ki, “AZfront” teleqram kanalının materialları əsasında Ukraynanın aparıcı mətbuat qurumları olan “Komsomolskaya Pravda”, UNIAN, “Podrobnosti.ua”, “Comments.ua”, “Rupor”, “DSnews.ua” və “Bagnet” məqalələr hazırlayaraq dərc ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.

"Yol-xeber.az" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

“Hesab edirik ki, ruslar Qafqazı tərk edirlər. Lakin onlar Ermənistanı özlərininki hesab etdiklərindən Qafqazı tərk edəcəklərini düşünmürlər”.

Bunu Samvel Babayan "Azadlıq" radiosuna müsahibəsində deyib.
Babayanın fikrincə, rus sülhməramlılarının çıxması, Rusiyanın Qafqazdan çıxması ilə nəticələnək: “Ona görə də problemlərimizi başqa nöqteyi-nəzərdən, başqa cür həll etməliyik”.

Onun sözlərinə görə, Rusiya bildirib ki, Qarabağ problemi var, onu həll etmək lazımdır, Azərbaycan isə Qarabağ probleminin iki il əvvəl həll olunduğunu deyib, Rusiya bununla da ziddiyyət təşkil etmir.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Avropa Olimpiya Komitələrinin prezidenti və Yunanıstan Olimpiya Komitəsinin Prezidenti Spiros Kapralosu qəbul edib.

"Dövlət başçısı ilk növbədə Spiros Kapralosu Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirakına görə minnətdarlığını bildirib.

Birinci Avropa Oyunlarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu mötəbər tədbirin önəmini vurğuladı, oyunların təşkilində Spiros Kapralosun rolunu yüksək qiymətləndirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq ilk növbədə Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə təbriklərini çatdırdı. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan Spiros Kapralos bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkil olunduğunu və bu işdə dövlətimizin başçısının rolunu xüsusi qeyd etdi. Bildirdi ki, ölkəmizin bu tədbirə layiqincə ev sahibliyi etməsi Avropa Olimpiya ailəsində həmrəyliyə böyük töhfə verib. Spiros Kapralos ötən dövr ərzində Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandıqları böyük uğurları məmnunluqla vurğuladı.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanla Avropa Olimpiya Komitələri arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Spiros Kapralos dövlətimizin başçısına Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə xatirəsi hədiyyəsi təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.

Report xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

İclasda sabah, noyabrın 11-də keçiriləcək TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.

Azərbaycan, Qazaxıstan və Özbəkistanla üçtərəfli görüşlərə xüsusi əhəmiyyət veririk və bunları davam etdirəcəyik.

Apa xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir sabah Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşündə bir sıra sənədlərin imzalanacağını diqqətə çatdırıb.

O əlavə edib ki, təşkilatın Naxçıvan Sazişində dəyişiklik ediləcək.

O, bildirilib ki, hansı dövlətlərin Türk Dövlətləri Təşkilatında müşahidəçi ola biləcəyinə dair maddə üzərində iş aparılıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul edib.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Üçtərəfli Bəyanatın imzalanmasının ardından Azərbaycan Prezidenti xalqa müraciət edib.
Dövlət başçısı müraciətində üçtərəfli Bəyanatın tarixi əhəmiyyəti olduğunu bildirib: “Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq”.

Prezident qeyd edib ki, bu bəyanat bizim şanlı qələbəmizdir: “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.

Azərbaycan lideri bildirib ki, hərbi mərhələ başa çatıb: “Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır”.
Prezident İlham Əliyev qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyinin mühüm rol oynadığını da vurğulayıb: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi.

...Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”.

Dövlət başçısı müraciətində Dağlıq Qarabağın statusu məsələsinə də toxunub: “Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur!”

...Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var”.

Prezident İlham Əliyev bəyan edib ki, bu müharibə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bütün dünyaya göstərib: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək, bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilib.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.
Azərbaycan bu rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Bəyanata əsasən, Azərbaycan və Ermənistan arasında əsirlərin və cəsədlərin mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müharibənin bitməsindən sonra imzaladığı sərəncamlarla Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr isə Zəfər Günü kimi təsis edilib.

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bu il artıq ikinci dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövrü Azərbaycanın qələbəsi ilə başa çatıb və azad edilən torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılıb.

Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

image_20221110100227.jpg

"Yol-xeber.az" xəbər verir ki, Zəfər günü ərəfəsində daxili işlər naziri,  general-polkovnik Vilayət Eyvazov, nazir müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov, Qərargah rəisi, general-mayor Tofiq Hüseynov və Komandanın müavini, general-mayor İnqilab Muradov DİN-in hərbi qulluqçularının işğaldan azad olunmuş ərazilərdəki yerləşmə məntəqələrində olublar.
Nazir V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin maddi-texniki təminatı ilə yaxından tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Vilayət Eyvazov vurğulayıb ki,  Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə xidmətin müasir standartlar səviyyəsində təşkilinə dair verdiyi tapşırıqlara uyğun olaraq hərbi qulluqçuların maddi-texniki bazası, kazarma-yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində, eləcə də qabaqcıl texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilmələri üçün ardıcıl tədbirlər həyata keçirilir.
Polis əməkdaşlarının və hərbi qulluqçuların işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirdiyini xüsusi qeyd edən nazir onları Zəfər Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

ZYN_4992 copy

ZYN_5019

Xəbər lenti