![]() |
|
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva instaqram hesabında 12 Noyabr - Konstitusiya Günü münasibətilə paylaşım edib.
Paylaşımda qeyd edilib:
Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.
Konstitusiyası 26 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.
Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
“Türk Dövlətləri Təşkilatı (TDT) təkcə müstəqil türk dövlətlərindən ibarətə deyil. Onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, TDT-yə üzv olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimlasiyaya uğrmaması artıq TDT səviyyəsində diqqətdə saxlamağın vaxtı gəlib çatıb”.
“Bunu Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə TDT-nin Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı çıxışında daha sonra deyib: “Türk dünyasının gənc nəslinin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhslil almaq hüquqü olmalalıdır.
Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənar yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. TDT-dən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması təşkilatın daimi gündəliyində olmalı və lazımi addımlar atılmalıdır.
Azərbaycan dövlətindən kənarda xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş azərbaycanlıların ana dilini, mədəniyyətini qoruyub saxlaması, azərbaycançılıq ideyalarına sadiq qalmaları və öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları Səmərqəndin “Registan” meydanında ağac əkiblər.
Görüşdən əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyev ağacəkmə mərasimində iştirak edib.
“Türk Dövlətləri Təşkilatı (TDT) təkcə müstəqil türk dövlətlərindən ibarətə deyil. Onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, TDT-yə üzv olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimlasiyaya uğrmaması artıq TDT səviyyəsində diqqətdə saxlamağın vaxtı gəlib çatıb”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə TDT-nin Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı çıxışında daha sonra deyib: “Türk dünyasının gənc nəslinin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhslil almaq hüquqü olmalalıdır.
Təəsüflər olsun ki, Azərbaycan dövlətindən kənarda yaşayan azərbaycanlıların əksəriyyəti bu imkanlardan məhrumdur. TDT-dən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması təşkilatın daimi gündəliyində olmalı və lazımi addımlar atılmalıdır.
Azərbaycan dövlətindən kənarda xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş azərbaycanlıların ana dilini, mədəniyyətini qoruyub saxlaması, azərbaycançılıq ideyalarına sadiq qalmaları və öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
“İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq”.
Bu sözləri Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərkən deyib.
Onun sözlərinə görə, biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq:
“Oktyabr ayında Praqa və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Bu bir də onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı.
İkinci Qarabağ münaqişəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün Özbəkistana səfərə gedib. Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, son dövrlər Türk dövlətləri arasında strateji əlaqələrin sürətlə inkişaf etməsi müşahidə edilir: "Bu özünü iqtisadi münasibətlərdə də göstərməkdədir. Bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 3 milyard 991 milyon dollar olub. Həmin müddətdə Türkiyə ilə 3 milyard 376 milyon, Qazaxıstan ilə 350.1 milyon, Türkmənistan ilə 156.9 milyon, Özbəkistan ilə 103.7 milyon, Qırğızstan ilə isə 4.5 milyon dollar dövriyyə qeydə alınıb. Ötən ilin ilk 7 ayında isə ölkəmiz qardaş Türk dövlətləri ilə 2 milyard 662 milyon dollarlıq ticarət dövriyyəsinə sahib olub. 2021-ci ilin həmin müddətində Türkiyə ilə 2 milyard 502 milyon, Qazaxıstan ilə 58.4 milyon, Özbəkistan 54.2 milyon, Türkmənistan ilə 41.6 milyon, Qırğızıstan ilə 5.7 milyon dollar dövriyyəyə malik olmuşuq".
Millət vəkili bildirib ki, bu, cari ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin ötən ilin uyğun dövrü ilə müqayisədə 50% artması deməkdir: "Kifayət qədər ciddi artımdır. Türk dövlətləri yeni inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyur. İnvestisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr Türk dünyasını daha da yaxınlaşdıracaq və bütövləşdirəcək.
Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı regionda daha da real gücə çevirilməkdədir. Məsələ sadədir: əgər Türk ölkələri bir dövlət olsaydılar o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı. Belə k, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i 4 trilyon 586 milyard dollardır. Bu Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələr ilə müqayisədə daha böyük real iqtisadiyyat deməkdir. Belə ki, alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan 596,7 milyard, Özbəkistan 334.3 milyard, Azərbaycan 178.7 milyard, Türkmənistan 117.8 milyard və Qırğızıstan 39.2 milyard dollar ÜDM-ə malikdirlər".
"Strateji coğrafı yerləşməni də keyfiyyət meyarı olaraq nəzərə alsaq, o zaman Türk dünyasının gücünü təsəvvür etmək çətin olmaz. Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir. Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da", - deyə V. Bayramov əlavə edib.
Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomərt Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən sammitində Rəcəb Tayyib Ərdoğana Türk dünyasının ali ordeninin təqdim edilməsini təklif edib.
“Kazinform” xəbər verir ki, o, çıxışında TDT-nin rolunun getdikcə atdığını qeyd edib.
“Bizim birliyimiz hər gün daha da güclənir. Bunun sayəsində türk dünyasının beynəlxalq aləmdə siyasi nüfuzu xeyli artıb. Keçən il TDT-yə cənab Rəcəb Tayyib Ərdoğan sədrlik etdi və təşkilatın nüfuzunun yüksəldilməsinə və nüfuzunun güclənməsinə mühüm töhfə verdi.
Əminəm ki, gələn il Türkiyə Cümhuriyyətin elan edilməsinin yüz illiyini qeyd edəcək qardaş Türkiyə bundan sonra da əməkdaşlığımızın möhkəmlənməsinə öz töhfəsini verəcək. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ən Ali Ordeninə layiq görülməsini təklif etmək istərdim. Bu təklif yekdil dəstək tapdı və buna görə hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə Kasım-Jomart Tokayev bildirib.
“Səfərlər zamanı Prezident Şavkat Mirziyoyevlə apardığım müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha yüksək səviyyəyə qalxıb”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
“Son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər edirəm. Aprel ayında Özbəkistanda dövlət səfərində olmuşam. Sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirak etmişəm. Bu gün yenidən Səmərqənd şəhərində olmaqdan çox məmnunam. Bu səfərlər zamanı Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanım olmuşdur. Əldə edilmiş nailiyyətlər münasibətilə qardaşım Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və qardaş özbək xalqını təbrik edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edir.
***
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.
Ölkə.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamlayıb və çıxış edib.