Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0
Prezident xanımı və oğlu ilə Şuşada



Noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.

Yol-xeber.az” xəbər verir ki, dövlət başçısı hərbçilər qarşısında çıxış edib.

 

 


























 

"Şuşa-Laçın yolunda bizim 17 nəfərlik bölməmiz Ermənistanın 200-dən çox hərbi qulluqçusunu məhv etdi".

Bunu "Report"un Şuşa şəhərinə ezam olunan əməkdaşına müsahibəsində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən müharibəsi qazisi Şəmsəddin Qurbanov deyib.

Onun sözlərinə görə, oktyabrın 31-də Xocalı rayonunun Sığınaq kəndindən Şuşanın Daşaltı kəndi istiqamətində irəliləmək əmri alıblar və orada mövqe tutublar. Əsas məqsəd isə gizli "Şuşa tapşırığı"nı maksimum dərəcədə aşkara çıxarmamaq olub:

"Artıq noyabrın 3-ü axşam saatlarında tapşırıq gəldi ki, Daşaltının içərisinə daxil olmadan qayalığın altı ilə irəliləyərək Laçın dəhlizini tutmalıyıq. Noyabrın 4-ü səhər saatlarında Laçın dəhlizinə çatdıq və oranı nəzarətə götürdük. Burada sağ və sol tərəflərdə düşmənin səngərləri var idi. Onlar bizi hazırlıqsız yaxamalaq istəyirdilər. Ancaq bizim öndə gedən qruplarımız, eləcə də onları arxadan dəstəkləyən qruplarımızın peşəkarlığı nəticəsində çətin tapşırığı yerinə yetirdik və Laçın dəhlizini tutmağa müvəffəq olduq".

Ş.Qurbanov söyləyib ki, noyabrın 6-a qədər Şuşa-Xankəndi sərhədi boyunca sıx meşəliklə gizlicə irəliləyiblər. Onlar irəlilədikcə ermənilərin danışıq səslərini, mahnı zümzümələrini aydın şəkildə eşitmək mümkün olub:

"Düşmən bizi aşkara çıxarmaq üçün meşəlik ərazilərə kor-koranə şəkildə iriçaplı silahlardan atəş açırdı. Onlar hətta fosfor mərmilərindən istifadə edərək meşələri yandırırdılar. Düşmən 15 metrliyimizə əl qumbaraları atdı. Bu məqamda yaralı döyüş yoldaşım gizir Tural Musayevi xilas etmək üçün özümü irəli atdım. Daha sonra düşmənin arxasından sızaraq onlara gələn hərbi yardım və təminat maşınlarını ələ keçirdik və amansız döyüşdə düşmən 100-ə yaxın itki verdi".

XTQ qazisinin sözlərinə görə, artıq 12 saatdan sonra, yəni noyabrın 7-si Şuşa qalası və ətrafını tutublar və şəhər erməni silahlılarından tam təmizləndikdən sonra üçrəngli şanlı bayrağımız Şuşada ucaldılaraq cənab Ali Baş Komandana məruzə olunub:

"Ayın 6-sı Qalaya daxil olmamışdan qabaq 20 nəfər şəhidimiz, 70 nəfər isə yaralımız olmuşdu. Noyabrın 7-si mənə əziz olan döyüş yoldaşım Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyev ağır yaralandı. Yaralananda dedi ki, uşaqlarım üçün darıxmışam, onları görmək istəyirəm. O, su istədi, amma verə bilmədim. Çünki güllə yağışı altında heç nəyimiz qalmamışdı. Noyabrın 8-də Mehrab şəhidlik zirvəsinə ucaldı. Digər döyüş yoldaşım Məlikzadə Fərhad da yanımda şəhid oldu".

XTQ-nin digər qazisi Ziya Həsənli də Qala şəhərinin azadlığı uğrunda döyüşüb. O bildirib ki, Şuşaya daxil olduqda burada düşmənin kifayət qədər zirehli döyüş texnikasının və şəxsi heyətinin olduğunu müşahidə ediblər:

"Döyüşün əvvəlində tankəleyhinə vasitələrlə ermənilərin şəxsi heyətini və bir neçə texnikasını məhv etmişdik. Şuşaya daxil olandan sonra düşmənin hücumlarına cavab vermək üçün tank əleyhinə mərmimiz qalmamışdı. Ələ keçirdiyimiz texnika və mülki maşınlardan benzin çəkərək yandırıcı vasitələr düzəldib tanklara atırdıq. Şuşa daxilində kəşfiyyat apardıqca onların hərbi hissəsini tapdıq və orada çoxlu sayda silah-sursat, döyüş texnikaları, eyni zamanda tank əleyhinə idarə olunan raket kompleksi də ələ keçirdik".

XTQ qazisi düşmən tankını vurması anından da danışıb. O bildirib ki, ermənilər Şuşada raket kompleksini ataraq qaçıb. Z.Həsənli həmin raketi götürərək düşmənin viran qoyduğu binalardan birinin üçüncü mərtəbəsinə qalxaraq orada mövqe tutub.

Xüsusi təyinatlı döyüşçü Qala şəhərinin "3 yol" adlanan ərazisi istiqamətində müşahidə apararaq hədəfini gözləyib:

 

"Mən 3 erməni tankı gələndə ilk iki tankı buraxıb, sonuncunu vurdum və atəşim uğurlu alındı. Digər bölmələrimiz düşmənin digər texnikalarını məhv edəndən sonra döyüş əzmimiz daha da yüksəldi. Təəssüflər olsun ki, döyüş yoldaşlarım baş leytenant Xəyyam Əzizov və gizir Ramiq Tağıyevi itirdik. Xəyyam Əzizov öz doğum günündə - noyabrın 8-də şəhadətə yüksəldi. Gizir Ramiq Tağıyev isə yaralı döyüş yoldaşımıza ilkin tibbi yardım edərək onu təxliyə edəndən sonra düşmənin atdığı atəş nəticəsində şəhid oldu".

İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

Bu barədə səfirliyin rəsmi tviter hesabında paylaşım edilib.

"Zəfər Günün mübarək, Azərbaycan! Bütün regiona sülh, firavanlıq və ümid dolu gələcək arzulayırıq!", - paylaşımda bildirilib.

Zəfər Günündə İkinci Şəhidlər xiyabanına insan axını başlayıb.

“Report” xəbər verir ki, Vətən müharibəsində qazanılmış böyük qələbədən iki il ötür.

Xatırladaq ki, 2020-ci ildə 44 gün davam edən müharibədə 2 906 nəfər torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.

Bu gün Şuşa şəhərinin Ermənistan işğalından azad edilməsindən iki il ötür.

Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.

Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.

Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.

Bu müddət ərzində Şuşa bir çox həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edib. Son iki il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Ötən ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Eyni zamanda, ötən ilin mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb.

Bundan əlavə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin noyabrın 7-də Füzuli rayonundan Şuşaya çəkilən Zəfər yolunun açılışında iştirak ediblər. 2021-ci ilin iyunun 15-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olublar. Burada iki qardaş ölkənin liderləri arasında təkbətək görüş keçirilib. Daha sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar. Avqustun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə işğaldan azad edilən Şuşada ilk dəfə Vaqif Poeziya Günləri keçirilib. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə iki gün davam edən tədbirin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi yaradılıb. Sonra dövlət başçısının sərəncamı ilə Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxsi yaradılıb.

Bu ilin yanvarın 5-də Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Hazırda Şuşada həyat canlanmaqdadır və şəhər öz sakinlərinin yolunu gözləyir.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.

Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin ikinci ildönümü - Zəfər Günü qeyd olunur.

 Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Beləliklə, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə əbədiləşdirildi.

2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.

10 noyabr bəyanatına əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.

Xüsusi olaraq vurğulayaq ki, noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusu diz çökdüyünün fərqinə vardı və işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi İkinci Qarabağ müharibəsində üzləşdikləri məğlubiyyətlə barışmalı oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.

Beləliklə, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin hərbi-siyasi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verildi. 

Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki fəaliyyətini sərt tənqid edib.

Həmin süjeti təqdim edirik:

“Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin, bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq”, - o bildirib.

Daha sonra deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.

Prezident İlham Əliyev Hacıqabul rayonunun Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Yol-xeber.az xəbər verir ki, sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12 milyon manat ayrılıb.

Kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali hərbi rütbəsi verilib.

Yol-xeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xəbər lenti