Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

AzTV-nin bazar günü efirə çıxan “Həftə” analitik-informasiya proqramında siyasətə dair hazırladığı materiallar geniş müzakirələrə səbəb olub.

AzTV-nin rəhbəri Rövşən Məmmədovun təqdimatında yayımlanan proqramda növbəti dəfə İran İslam Respublikasının apardığı siyasət sərt şəkildə tənqid edilib.

Qeyd olunub ki, İran bu gün də Ermənistanı dəstəkləyir, yerli telekanallar vasitəsilə Azərbaycana açıq-aşkar hədələr yağdırır.

“Bir də yaddan çıxartma ki, bu millətin qəlbində, ruhunda, beynində hələ 19-cü əsrdən qalma yara var – Gülüstan, Türkmənçay yaraları. Torpağımızı, millətimizi ikiyə bölən, qardaşı-qardaşdan ayrı salan yara. O yara bu gün də incidir, bu gün də ağrıdır və ağladır. Amma dözürük. İki əsrdir dözürük. Regionda sülh, təhlükəsizlik, əmin-amanlıq üçün dözürük. Biz dözürük, amma sən? Bütün bunlar azmış kimi, İranın bu gün də Azərbaycanın üstünə gəlməyi, Azərbaycanla düşmənçilik aparmağı həm gülüş, həm də acı təəssüf doğurur”, - deyə materialda bildirilib.

Rövşən Məmmədov İran haqda fikirlərinə belə davam edib: “Azərbaycan qəbir qazır, amma özünə yox, düşmənlərinə. Əgər sən də bu siyahıya düşmək istəyirsənsə, seçim özünündür. Amma baba, bir şeyi yaddan çıxarma ki, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur. Və biz qəbir qazmaqda peşəkarlığımızı sənin kimi cizgi filmlərinə bənzəyən görüntülərlə, yaxud elə İran televiziyalarının səviyyəsini göstərən videoçarxlarla yox, real nümunələrlə-döyüş meydanında sübut etmişik...”

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Soçi şəhərində səfərdədir.

Hökumət başçısını müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər vəzifəli şəxslər müşaiyət edir.

Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da nümayəndə heyətinə qoşulacaq.

Qeyd edək ki, bu gün, oktyabrın 31-də Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş nazir Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son günlər Azərbaycanın cənub qonşusu ölkəmizə qarşı qərəzli mövqe sərgiləməkdə davam edir. Qafanda konsulluğun açılması, Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi və bu kimi addımların arxasında həm də bir sıra iqtisadi maraqların dayandığı düşünülür. 

Belə ki, 44 günlük Vətən müharibəsini zəfərlə başa vuran Azərbaycan Ermənistanı bəyannaməni imzalamağa məcbur etmiş, həmin bəyannamədə  Naxçıvanla yeni nəqliyyat kommunikasiyaların inşası məsələsi xüsusi qeyd olunmuşdu. Bu yol Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət imkanları yaradır. 

Bəs bu dəhlizin açılması İranı niyə narahat edir? 

İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Azərbaycanın Cənubi Qafqazda yaradılacaq yeni koridorlarla bağlı mövqeyi heç bir ölkənin dominantlığının mümkün olmaması yönündədir.

Qeyd edək ki, Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. 
Böyük İpək yolunun üzərində yerləşən bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olaraq Rusiya vasitəsilə Asiyadan Avropa bazarlarına məhsulların tədarükündə problemlərin yaranmasıdır. 

İqtisadçı deputat Vüqar Bayramov isə bildirir ki, Şərq-Qərb dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək Zəngəzur koridorunun işə düşməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirə bilər. Bu dəhlizin strateji və iqtisadi baxımdan birləşdirəcəyi təkcə türk dövlətlərinin nominal ÜDM-i 1.1 trilyon dollardan çoxdur.

V. Bayramovun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı regionda daha da real gücə çevirildikcə ənənəvi Türk düşmənləri daha da aktivləşirlər. “Əgər Türk ölkələri bir dövlət olsaydılar o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı”, - deyə o əlavə edib.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, İranın son zaman Ermənistandan keçən dəhliz xətlərinə aqressiv münasibətinin səbəbi bu xətlərin öz ərazisindən keçməsi istəyidir.

Zəngilanın işğaldan azad edilməsinin ikinci ilində Azərbaycana səfər edən və İlham Əliyevlə birgə Zəngilan Hava Limanının açılışını edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlığın reallıqdan uzaq olduğunu deyib.

Prezident İlham Əliyev bu il ərzində xarici ölkələrə səfərlərində və iştirak etdiyi beynəlxalq konfranslarda Azərbaycanın Orta dəhlizin reallaşması üçün çox mühüm addımlar atmaqda olduğunu deyib.

Qeyd edək ki, son rəsmi məlumata əsasən Zəngəzur dəhlizi boyu öz ərazimizdə böyük həcmdə işlər görülüb, uzunluğu 123,9 km olan Horadiz-Ağbənd avtomobil yolunda işlərin 66%-i, Horadiz-Ağbənd dəmir yolunda işlərin 38%-i yerinə yetirilib. 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Görüş Soçidə baş tutacaq.

Görüşdə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazdakı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır.

Vladimir Putinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə ayrıca görüşü də gözlənilir.

Prezident İlham Əliyev 29 Oktyabr - Türkiyənin Respublika Günü münasibəti ilə paylaşım edib. 

Dövlət başçısı bununla bağlı rəsmi “Facebook” hesabında foto paylaşıb. 

Həmin paylaşımı təqdim edirik:

Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət Günüdür.

1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yekun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi.

Altı əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etdi.

343878
Cümhuriyyətin elan edilməsi ilə türk millətinin tarixində yeni bir dövrün qapıları açıldı və “Hakimiyyət qeyd-şərtsiz millətindir” ifadəsi ən bariz şəkildə dövlət idarəçiliyində öz yerini tutdu.

Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir.

1925-ci ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

Nə qədər qəribə də olsa, Ukraynada işğalçılıq müharibəsi aparan Kreml sahibi Vladimir Putin Ermənistanla "siyasi bazarlıq" üçün Rusiyanın deyil, məhz Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini seçib... Rəsmi Bakı isə Azərbaycan ərazilərinin toxunulmazlığı və başqalarının "siyasi bazarlığı" üçün müzakirə predmeti olmayacağı barədə sərt xəbərdarlıq etdi...

ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda rəqabəti getdikcə, daha amansız xarakter alır. Bunun real nəticələri isə məhz regional sülh prosesinə göstərilən kənar müdaxilələr ilə ortaya çıxır. Və Rusiya hazırda "zəif bənd" vəziyyətinə düşdüyü üçün Kreml ilk dəfə Cənubi Qafqazı tamamilə itirmək təhlükəsi ilə üzləşib.

Kreml situasiyanı xilas etməyə çalışır. Bunun üçün bütün mümkün vasitələrdən istifadə etməyə can atır. ABŞ və Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planında məhz Ermənistan "geopolitik alət" rolunu oynadığından Kreml açıq-aşkar rəsmi İrəvanı yenidən öz tərəfinə çəkməyə cəhd göstərir. Və Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında Kremlin rəsmi İrəvan qarşısında nə qədər aciz duruma düşdüyü açıq şəkildə nəzərə çarpır.

Məsələ ondadır ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını dəstəklədiyini vurğulayan prezident Vladimir Putin Kremlin rəsmi İrəvana hər hansı variantın qəbulunu təlqin etməyəcəyini deyib. Onun sözlərinə görə, Rusiya "Dağlıq Qarabağ məsələsi"ni nizamlanmasını dəfələrlə təklif edib: "Vaxtilə biz təklif etdik ki, Azərbaycanın Ermənistan tərəfindən nəzarətdə saxlanan 7 rayonundan 5-ni geri qaytarmaq lazımdır. Ermənistanın "Dağlıq Qarabağ" ilə əlaqə saxlaması üçün 2 böyük rayon kifayət edə bilərdi. Bu mövzuda Azərbaycan ilə hansısa mərhələdə anlaşmaq olardı. Ancaq Ermənistan rəhbərliyi fərqli yol tutdu və indiki vəziyyət yarandı".

Göründüyü kimi, Kreml sahibi SSRİ dağıldıqdan sonra birmənalı şəkildə Ermənistanın maraqlarına uyğun mövqe tutduğunu açıq şəkildə etiraf edir. Azərbaycanın beynəlxalq hüquq normaları ilə tanınmış ərazilərində Ermənistanın işğalçılıq siyasətini dəstəklədiyini qabardır. Ancaq rəsmi İrəvanı səhvə yol verərək, böyük itkilərə səbəb olduğuna eyham vurur. Və bu, Rusiyanın son 30 ildə Azərbaycana qarşı necə təhlükəli oyunlar oynadığını rəsmən ifşa edir.

Prezident Vladimir Putin açıq şəkildə Rusiyanın ənənəvi olaraq, həmişə Ermənistanı dəstəklədiyini, Azərbaycan ərazilərində qurulmuş qondarma erməni dövlətinin təhlükəsizliyi üçün bütün zəruri addımları atdığını da gizlətmir. Əslində, o, bunu gizlədə də bilməz. Çünki, Azərbaycanda hər kəs çox gözəl bilir ki, "Dağlıq Qarabağ problemi" məhz Rusiya tərəfindən uydurularaq, yaradılmışdı. Keçmiş SSRİ dağılarkən Azərbaycan əraziləri Rusiya ordusunun iştirakı ilə işğal olunaraq, Ermənistanın nəzarətinə verilmişdi. Sonrakı illərdə Rusiya Ermənistana külli miqdarda silah-sursat və hərbi texnika "hədiyyə" etmişdi. Və ona görə də, prezident Vladimir Putin deməsə belə, Rusiyanın Azərbaycana qarşı Ermənistanın arxasında gizlənərək, savaş apardığı indi hər kəsə məlumdur.

Təbii ki, Azərbaycan ordusu 44 günlük savaş dövründə Ermənistanla yanaşı, həm də Rusiyanı məğlub edib. Rusiyanın son 30 ildə Azərbaycana qarşı apardığı səhnəarxası savaşın nəticələrini aradan qaldırmağa nail olub. Ona görə də, hazırda Rusiyanın vaxtilə Azərbaycana qarşı atdığı addımlarla yanaşı, Kremlin indiki mövqeyi böyük önəm daşıyır. Və prezident Vladimir Putinin açıqlamalarından belə anlaşılır ki, bu məsələdə elə də çox şey dəyişməyib, Rusiya yenə də Ermənistanın yanındadır.

Məsələ ondadır ki, Kreml sahibi sülh sazişi üzrə "Vaşinqton sənədi"nin "Dağlıq Qarabağ" üzərində Azərbaycanın suverenliyinin tam şəkildə təmin etdiyini xüsusi olaraq, vurğulayıb. O, rəsmi İrəvanın həmin sənədi imzalamasının yolverilməz olduğuna eyham vurub: "Əgər, Ermənistan rəhbərliyi Azərbaycanın "Qarabağ" üzərindəki suverenliyini tanımaq lazım olduğunu düşünürsə, biz də bunu dəstəkləyirik. Yox, əgər, Ermənistan rəhbərliyi "Qarabağ"ın özəl xüsusiyyətlərin olduğunu və onların müzakirə edilməsinin vacibliyini düşünürsə, bu da mümkündür. Azərbaycan ilə müzakirə etmək lazımdır. Bu, çox qəliz məsələdir. Ancaq Ermənistan Rusiyanın strateji müttəfiqidir. Biz Azərbaycanın maraqlarını da əhəmiyyətli dərəcədə nəzərə almaqla, Ermənistan nə təklif edərsə, onun üzərində dayanmağa çalışacağıq".

Belə anlaşılır ki, Rusiyaya xəyanət edib, Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışan baş nazir Nikol Paşinyan Kreml sahibi Vladimir Putini əsl "siyasi akverçi" durumuna düşünməyə nail olub. Nə qədər qəribə də olsa, Ukraynada işğalçılıq müharibəsi aparan Kreml sahibi Vladimir Putin "siyasi bazarlıq" üçün Rusiyanın deyil, məhz Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini seçib. Və prezident Vladimir Putin deyəsən, unudur ki, 44 günlük savaşdan sonra şəxsən açıqlama vermişdi, "Dağlıq Qarabağ"ın beynəlxalq hüquq normalarına görə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu rəsmən bəyan etmişdi.

Prezident Vladimir Putin onu da unudur ki, onun Azərbaycan əraziləri ilə bağlı qərar vermək və ya "siyasi bazarlıq" etmək hüququ yoxdur. Azərbaycan dövləti öz ərazilərini nə Rusiyanın, nə də hər hansı digər ermənipərəst ölkənin özəl maraqları üçün "siyasi bazarlıq" predmetinə çevrilməsinə imkan verməz. Və tezliklə Azərbaycan dövlətinin Rusiya prezidentinin "qırmızı cizgiləri" keçən açıqlamalarına lazımi cavabı verəcəyi qətiyyən şübhə doğurmur.

Hələlik isə Azərbaycanın baş naziri Əli Əsədov MDB hökumət başçılarının toplantısında ilkin reaksiya verib. O, bildirib ki, rəsmi Bakı Ermənistan ilə sülh sazişinin imzalanmasına hazırdır: "Ancaq Azərbaycanın suveren əraziləri müzakirə predmeti ola bilməz. Azərbaycan ərazisində hər hansı "Dağlıq Qarabağ" mövcud deyil. Azərbaycan ərazilərinin bir qarışını belə, heç kimə verməyəcəyik".

Göründüyü kimi, Rusiya Ermənistanı öz orbitində saxlaya bilmək üçün "Dağlıq Qarabağ mövzusu"nu yenidən gündəmə qaytarmağa cəhd göstərir. ABŞ və Qərbin Ermənistana nəzərəti ələ keçirəcəyi təqdirdə, Rusiyanın Cənubi Qafqazı tamamilə itirəcəyini anlayan Kreml Paşinyan hakimiyyətinə reallaşmayacaq vədlər vermək məcburiyyətində qalıb. Halbuki, bu, Kreml üçün daha ciddi problemlər yarada bilər.

Məsələ ondadır ki, Kremlin Azərbaycana təzyiq mexanizmləri artıq işləmir və öz əhəmiyyətini də itirib. Rəsmi Bakının Kreml sahibinin açıqlamalarına ilk reaksiyası da qətiyyətli və prinsipial xarakter daşıyır. Azərbaycanın rəsmi dairələri birmənalı şəkildə anlatmağa çalışırlar ki, əgər, Rusiya və Ermənistan arasında bir "siyasi bazarlıq" varsa, onu bu iki ölkəyə aid olanlarla aparmaq lazımdır. Azərbaycan əraziləri toxunulmazdır və başqalarının "siyasi bazarlığı" üçün müzakirə predmeti ola bilməz. Bununla da, rəsmi Bakı əslində, Kremlə "qırmızı cizgiləri"n keçilməsinə görə həddini bildirmiş olur. Və yaxın vaxtlarda rəsmi Bakının daha sərt reaksiya verəcəyi də qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)



Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Yol-xeber.az xəbər verir ki, Sərəncama əsasən, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.13-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İrəvan Qərblə İran arasında manevr edir - GƏLİŞMƏErmənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması məsələsi günlərdir müzakirə mövzusudur. Parlamentin spikeri Alen Simonyan bildirib ki, əslində Ermənistan KTMT-dən çıxmaq məsələsini müzakirə etmir, reaksiya gözləyir. O, Ermənistanın kursu dəyişmək üçün heç nə etmədiyini vurğulayıb: "Amma bir fakt var ki, Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir. Əgər belədirsə, o zaman KTMT bu barədə İrəvana məlumat verməlidir ki, başqa mexanizmlər tapılsın. Mən gözləyirəm ki, bizim KTMT-dən olan həmkarlarımız və əsas müttəfiqimiz erməni maraqları xəttinin tükəndiyini dərk edir və Ermənistanın artıq geri addım atmaq imkanı yoxdur. Biz Ermənistanın maraqlarını qorumaq üçün hər şeyi edəcəyik”.

Onun sözlərinə görə, Ermənistan təşkilatın reaksiyasını gözləyir, indiki mərhələdə bu, siyasi reaksiyadır: "Gələcəkdə KTMT-nin regiondan çəkilmək qərarına gəldiyi ortaya çıxsa, o zaman faktla üzləşə bilərik. Amma Ermənistan hakimiyyəti bu gün belə bir məsələni müzakirə etmir. Biz hərəkət gözləyirik, reaksiya gözləyirik. Vəziyyət onu göstərir ki, qərar qəbul etməyimizə çox az vaxt qalıb".
DİA.AZ-ın məlumatına görə, erməni politoloq Yervand Bozoyan da deyib ki, Nikol Paşinyanın siyasəti kökündən dəyişib. Son 30 ildə Ermənistanın heç bir keçmiş prezidenti Rusiyanın maraqlarına qarşı çıxış etməyib: "Bütün hakimiyyət nümayəndələri daha çox rusiyayönümlü, daha az qərbyönlü siyasət aparmağa çalışıblar. Çünki Ermənistanın Rusiya kimi təhlükəsizlik çətiri var idi. Bu gün isə Ermənistan Qərblə Rusiya arasında qarşıdurma mərkəzlərindən birinə çevrilib. Nikol Paşinyan bunun onun üçün faydalı ola biləcəyini düşünür, amma yox. Bundan ancaq Azərbaycan qazanır, çünki müharibədə qalib gələn tərəfdir. Belə rəqabət yalnız qalib tərəf üçün faydalıdır. Belə çıxır ki, Nikol Paşinyan burada da uduzub. O, öz seçimini etdi, Qərbə gedir, Rusiya buna dözməyəcək”.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında deyib ki, Ermənistanda baş verən hadisələr çoxvektorlu istiqamətdə cərəyan edir. Partiya təmsilçisinin sözlərinə görə, Qərblə yaxınlıq edən Ermənistan eyni zamanda İranla geniş əlaqələr qurur:

"İrəvan Rusiya ilə sıx bağlarla qaynaq edilməsinə baxmayaraq, mütəmadi olaraq ondan uzaqlaşacağı barədə bəyanatlar verir. Buna rəğmən, Rusiyanın təsir dairəsində qalmaqda davam edir və bu yaxınlıq Rusiyanın tam çökməsinə qədər davam edəcək. Hətta Rusiya parçalanmaya məruz qalarsa, ona arxadan ilk zərbəni Ermənistan vuracaq. Hazırda isə Paşinyan Qarabağ məsələsində Rusiyadan tutarlı dəstək ala bilmədiyi üçün Qərblə İran arasında aktiv manevr etməkdədir. İran öz maraqları çərçivəsində Azərbaycana qarşı olsa da, bizim üçün real təhlükə yarada bilməz. Ermənistanın Rusiyanı KTMT-dən çıxacağı ilə şantaj etməsinin isə əsası yoxdur. İrəvan buna qərar versə belə proses bir neçə il davam edəcək. Ona görə də Paşinyanın ermənipərəst Zatulini və Marqarita Simonyanı arzuedilməz şəxs elan edərək ölkəyə buraxmaması ciddi problemlər yaratmayacaq. Eyni zamanda Paşinyan Azərbaycanla süh müqaviləsini bu ilin sonunda bağlamaq istədiyini bəyan edib. Sentyabr hadisələrindən sonra dövlət başçısı İlham Əliyev Ermənistan hakimiyyətinə çox ciddi xəbərdarlıq edib. İlin sonuna qədər sülh müqaviləsi imzalanmasa da, bu istiqamətdə ciddi dönüş gözlənilir".

Xəbər lenti