Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0
Bakı üçün Putinin vasitəçilik missiyası bitib - FAKT BUDUR!Rusiya mətbuatı oktyabrın sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Vladimir Putinin dəvəti və iştirakı ilə Soçidə görüşəcəyi barədə məlumat yayıb. Bakıdan və İrəvandan bu barədə nə təsdiq, nə də təkzib yoxdur. Üçtərəfli görüş ideyası MDB dövlət başçılarının ötən həftə Astanada keçirilmiş zirvə görüşündə ortaya atılmışdı. Amma Putin İlham Əliyevlə ayrıca görüş keçirsə də, Paşinyanla bir araya gəlmədi. Müşahidəçilər bunu son zamanlar Moskva-İrəvan arasında münasibətlərin hədsiz soyuması ilə izah edirlər.

44 günlük müharibədən sonra Putinin iştirakı ilə bir neçə dəfə görüşlər keçirilib, birgə bəyanatlar qəbul edilib. Habelə, kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi ilə məşğul olacaq komissiya yaradılıb və onun toplantıları keçirilib. Amma Rusiya 10 noyabr bəyanatı ilə rəsmən vasitəçi tərəf olmasına baxmayaraq, münaqişənin həlli ilə bağlı irəliləyiş əldə etmək mümkün olmayıb.

Ekspertlər yaranmış durğunluğu təbii hesab edirlər. Müharibə dayanan gün Rusiya rəhbəri V.Putin bəyan edib ki, münaqişənin birdəfəlik həlli gələcək nəsillərin işidir. Kremlin Qarabağ regionunda müəyyən etdiyi status-kvo qalmalıdır və bunu tərəflərin heç biri poza bilməz. Amma hər şey Kreml strateqlərinin planlaşdırdığı kimi getmədi, xüsusən Ukraynaya qarşı aparılan işğalçı müharibə bu regionda da yeni situasiya yaratdı.

İlk növbədə, Avropa İttifaqı və ABŞ münaqişənin həllində səylərini artırdı və Brüsseldə ikitərəfli formatda 5 görüş keçirildi. Qərb, Rusiyadan fərqli olaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Əlbəttə, bu, kifayət qədər mürəkkəb məsələdir, Azərbaycan və Ermənistan arasında dərin ziddiyyətlər var və Qarabağın statusunun olub-olmayacağı bu mübahisələrin başında gəlir. Oktyabrın 6-7-də Praqada keçirilmiş dördtərəfli görüşün yekunu olaraq bəyanat qəbul edilib, ona əsasən, İrəvan və Bakı BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa razılaşıblar.

Razılaşmaya görə, noyabrın birinci həftəsində Brüsseldə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası, demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə dövlət komissiyalarının üçüncü iclası keçiriləcək. Xatırladaq ki, komissiyalar sonuncu dəfə avqustun 30-da Moskvada iclas keçirib, ilk iclas isə mayın 24-də Ermənistanla Azərbaycan sərhədinin Naxçıvan hissəsinin Arazdəyən qəsəbəsi istiqamətində baş tutub.

Praqa razılaşmasının daha bir mühüm hissəsi ondan ibarətdir ki, Ermənistana 2 aylıq Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyası göndəriləcək. Oktyabrın 17-də Aİ Nazirlər Şurasının iclasında bu missiyanın mandatı müəyyən edilib, onu Bakının razılığı olmadan əhəmiyyətli dərəcədə genişləndirilib, eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədində qalma müddətinin uzadıla biləcəyi barədə bənd əlavə edilib.

Ekspertlərə görə, Putinin Rusiyada liderlərin yeni görüşünü təşkil etməsi Qərbin vasitəçiliyini pozmağa, itirilmiş mövqeləri bərpa etməyə yönəlib. Amma Moskvanın bu cəhdlərinin səmərə verəcəyi o qədər də inandırıcı deyil. Çünki Kreml bölgədə öz oyununu oynayır, nəticədə həm Ermənistanla, həm də Azərbaycanla münasibətlər kifayət qədər korlanıb.

Ermənistanla:

Paşinyan Aİ müşahidəçilərinin Ermənistan sərhədinə gətirilməsinə razılaşdı, amma ölkəsinin də üzv olduğu KTMT müşahidəçilərinə razılıq vermədi;

Ermənistan rəhbəri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, Qarabağdakı separatçı rejimə siyasi dəstəyini azaldır və bu da həm onları, həm də Kremli qıcıqlandırır;

Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana 10 noyabr bəyanatından kənar, yəni Rusiyasız ikitərəfli anlaşma təklif edir. Çünki həmin sənədə görə, Naxçıvana veriləcək yola Rusiya xüsusi xidmət orqanları nəzarət etməlidirlər. İrəvan bunu istəmir, Azərbaycana dəhliz statusunda yol vermək niyyətində deyil;

İrəvan Azərbaycanla münaqişəni həll etmək üçün bütün diplomatik, siyasi resurslarını ancaq Qərblə əlaqələndirir və Moskva ilə rabitəni demək olar ki, kəsib və s…

Azərbaycanla:

Rəsmi Bakı gözləyir ki, Ermənistanın Moskvanın müəyyən etdiyi “oyun qaydalarını” pozması 10 noyabr bəyanatının icrasına “yaşlı işıq” yandıracaq. Yəni erməni silahlı birliklərinin Qarabağı tərk etməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı təzyiqləri gücləndirəcək. Amma Kreml Ermənistana ciddi təsir göstərmək niyyətində deyil;

Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı irəliləyiş yoxdursa, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaq istəyir. Amma böyük ehtimal, Moskva bu addımın reallaşmasına imkan vermir;

Azərbaycan Qarabağdakı qanunsuz silahlı birləşmələri ləğv etmək üçün müəyyən tədbirlər görə bilər, yenə böyük ehtimalla, Kreml bu ləğvetmə əməliyyatına razı deyil.

Həmçinin:

Rusiya Qarabağ separatçılarını daha sıx tellərlə özünə bağlamağa çalışır. Ruben Vardanyanın Xankəndinə göndərilməsi, Rusiya rəsmi mətbuatında Qarabağın “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunmağa başlaması bu niyyətdən xəbər verir. Dünən Azərbaycan Rusiyadakı səfirliyi Rusiya XİN-ə sərt etiraz notası verib. “Dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir”, – deyə notada vurğulanır.

Beləliklə, Rusiyanın regionda apardığı siyasət artıq Azərbaycan və Ermənistanın etirazı ilə qarşılanır, hər iki ölkə Moskvanın təxribatçı, tormozlayıcı rolundan təngə gəliblər. Ona görə də liderlərin Rusiyada keçiriləcəyi istisna olunmayan görüşü də əvvəlkilərin taleyini yaşaya bilər və bəlkə də bu seriyadan sonuncu üçtərəfli görüş ola bilər. Ukraynaya qarşı müharibədə küncə sıxılmış işğalçı Rusiyanın münaqişə həll etmək potensialı və marağı yoxdur. Putinin nə Əliyevə, nə də Paşinyana verəcəyi heç nəyi yoxdur. Bu dəfə onları dayandırmaq gücü də artıq əvvəlki qədər deyil.

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Tiflisdə gələcəkdə Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli məsləhətləşmələrin başlanması məsələsini gündəmə gətirməsi diqqət çəkir. Dövlət başçısı Azərbaycanın buna hazır olduğunu bildirib:

“Qarabağ münaqişəsi başa çatdı və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamaq vaxtı yetişdi. Niyyətimiz budur. Biz 5 əsas prinsipdən ibarət təklifimizi Ermənistan tərəfinə təqdim etmişik. İnanırıq ki, Ermənistan həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınan bu əsas prinsiplər əsasında siyasi iradə nümayiş etdirəcək və sülh müqaviləsini bağlayacaq. Bununla Cənubi Qafqaza sülh gələcək və əməkdaşlıq imkanları yaranacaq. Biz Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı da fikir mübadiləsi apardıq. Ermənistan tərəfi də buna razıdırsa, biz hazırıq”.

İ.Qaribaşvili də çıxışında Azərbaycan Prezidenti ilə regiondakı vəziyyəti, Azərbaycan və Ermənistan arasındakı görüşləri və sülh prosesini müzakirə etdiklərini söyləyərək, “Mən və hökumətimiz Azərbaycan və Ermənistan arasında sülhün qorunması üçün əlimizdən gələni edəcəyik” – deyib.

Bu açıqlamaya il reaksiya ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnandan gəlib. O bəyan edib ki, İlham Əliyevin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə dair bəyanatı çox müsbət və ümidvericidir:

“Gürcüstanın vasitəçi roluna gəlincə, biz bir il əvvəl Azərbaycan-Ermənistan münaqişəsindən sonra müəyyən addımların atıldığını və məhbusların azad edilməsində Gürcüstanın oynadığını rolu çox yaxşı xatırlayırıq. Bu, Gürcüstanın bu prosesdə uğurlu vasitəçilik hekayəsi idi…”

Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik etməsi ABŞ-ın təşəbbüsü idi, amma səfirin də qeyd etdiyi mina xəritələri və hərbi əsirlərin dəyişdirilməsindən sonra irəliyə aparmaq mümkün olmadı, daha doğrusu, Rusiya dərhal mane oldu. Prezident İlham Əliyev yenidən bu məsələyə qayıtması Rusiya rəhbərliyinə verilən çox güclü mesajdır. Belə demək mümkünsə, rəsmi Bakı üçün Moskvanın vasitəçilik təşəbbüsünün artıq bitdiyinə bir işarə sayıla bilər…
 //pressklub.az//

Ötən gecə güneyli fəallar Təbrizdə Azərbaycan bayrağını dalğalandırıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bununla bağlı yayılan fotoda fəalların əllərində Azərbaycan bayrağını tutduqları və dalğalandırdıqları əks olunub.

 

Azərbaycan Laçın dəhlizini bağlayır? - NƏ BAŞ VERİR?

Ermənistandan yeni dəhliz vasitəsilə Qarabağa minalar daşınır.

Azərbaycan Xarici İşlər Nazirlyinin dünən yaydığı məlumatda belə deyilir:

"2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanda beynəlxalq səviyyədə qadağan olunmuş plastik minalar istehsal olunur. Həmin partlayıcı vasitələrin minaaxtaran qurğular vasitəsilə aşkarlanması çətin olduğundan insan həyatı üçün daha təhlükəli hesab edilir. Son aylar Qarabağda və Laçında işğaldan azad edilmiş ərazilərdə Ermənistandan gətirilmiş minlərlə belə mina aşkar edilib. Qeyd edilən faktlar Rusiya sülhməramlılarının qanunsuz partlayıcıların daşınmasına mane olmadığını, əksinə şərait yaratdığını göstərir. Bununla da 10 noyabr Bəyanatını yalnız Ermənistan deyil, həmçinin, Rusiya kobud şəkildə pozur.

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında Ermənistandan Qarabağa yalnız mina deyil, həmçinin, ağır silahların və zirehli texnikanın daşındığını deyib:

"Ermənistan son zamanlar həm Azərbaycanla sərhəddə, həm də Qarabağda silahlanmaya diqqəti artırıb. Bəli, dəhlizdən vətəndaşlar, nəqliyyat vasitələri və mülki təyinatlı yüklər daşınmalıdır. Amma Ermənistandan Qarabağa ağır silahlar, zirehli texnika və tanklar da daşınır. Bu da ciddi etirazlara səbəb olur. Azərbaycan bunun qarşısını almaq üçün tədbirlər görməyə çalışmalıdır. Hesab edirəm ki, silahların daşınmasının qarşısını almaq üçün Azərbaycan suveren hüquqlarından istifadə edib yeni Laçın dəhlizində sərhəd-buraxılış və gömrük-keçid məntəqələri qurmalıdır. Əks təqdirdə, vəziyyət daha dözülməz hal alacaq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

İsmail Serageldin son dövrlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzunun dünyada daha da artdığını vurğulayıb, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin aparıcı institutları ilə birbaşa əlaqələrinin yaradıldığını deyib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.

İsmail Serageldin Mərkəzin təsis olunmasının 10 illik yubileyi münasibətilə xatirə hədiyyələrini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubileyi münasibətilə təbriklərini çatdırıb və yubileyin Bakıda qeyd edilməsinin rəmzi xarakter daşıdığını bildirib. Dövlət başçısı Mərkəzin beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rolunun və nüfuzunun artmasından məmnunluğunu ifadə edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu artıq bütün dünyada aktual məsələlərin müzakirə olunduğu və onların həlli istiqamətində yeni yanaşmaların təklif edildiyi beynəlxalq platforma kimi qəbul olunur.

İsmail Serageldin bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu il ərzində Çində və Polşada həmin ölkələrin prezidentlərinin himayəsi altında keçirilən beynəlxalq konfranslarda, BMT Baş Assambleyası çərçivəsində ABŞ-da, Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Cenevrə ofisi və Berlində Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə təşkil olunan tədbirlərdə, həmçinin Yaponiyada baş tutan Texnologiya Sammitində və Latviyanın paytaxtında keçirilən “Riqa konfransı 2022”də tərəfdaş kimi çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü oktyabrın 31-də Soçi şəhərində keçiriləcək.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderlərini Moskvaya dəvət edib. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova mətbuata açıqlamasında bildirib ki, prezidentlərin iştirakı ilə üçtərəfli və ikitərəfli görüşlərin keçirilməsi, aktual mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın üçtərəfli görüşə hazırlaşdığını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı ilə əlaqədar iştirakçılara təbrik məktubu göndərib.

Yol-xeber.az xəbər verir ki, təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti İsa Həbibbəyli qurumun vitse-prezidenti postundakı vəzifəsindən və deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib.

“Report xəbər verir ki, İ.Həbibbəyli jurnalistlərə açıqlamasında bu məsələnin hələ ki müzakirə mövzusu olmadığını vurğulayıb.

İ.Həbibbəyli Prezident İlham Əliyevə təşəkkür edib.

“Qarşıda AMEA-nın nüfuzunu bərpa etmək və Akademiyanın yenidən təşkilatlanmasını həyata keçirmək, dünya elminə inteqrasiya etmək baxımından qarşımızda mühüm vəzifələr durur. Var gücümüzlə çalışacağıq ki, dövlətimizin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək. Dünya elminə ölkəmizin töhfə verməsini təmin edək”, – deyə o qeyd edib.

Qeyd edək ki, AMEA-nın bu gün keçirilən ümumi yığıncağında İsa Həbibbəyli qurumun yeni prezidenti seçilib. İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib, oktyabrın 16-da onun 73 yaşı tamam olub.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi iqtisadi, texniki, enerji sisteminin etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi cəhətdən zəruridir.

Sərəncamla “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabinetinə “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması məqsədilə maliyyə vəsaitinin cəlb edilməsi, idxal olunacaq avadanlıqların və ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçı müəssisələrdən elektrik qurğu və avadanlıqların alınması və modernizasiya işlərinə podratçı təşkilatların cəlb olunması ilə əlaqədar tədbirlər görmək; “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində görülən işlərlə əlaqədar avadanlıqların və ehtiyat hissələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na uyğun olaraq dövlət zəmanətli kreditlərin cəlb edilməsi ilə bağlı məsələləri həll etmək tapşırılıb.

Gürcülər düşünməsinlər ki, antierməni siyasəti onlara asan başa gələcək. Ermənistanın Gürcüstana təzyiq rıçaqları var. Gürcüstanla heç vaxt bəxtimiz gətirmədi. 1918-ci ildə gürcülər Ermənistana “hücum edərək” ermənilərin məskunlaşdığı Axalkalakini (Axılkələk – red.) işğalı ediblər. SSRİ dağılandan sonra gürcülər tez bir zamanda öz mövqelərini bildirib Azərbaycan və Türkiyənin tərəfini tutdular. Bu gün Gürcüstan iqtisadiyyatının bir çox sahələri azərbaycanlıların əlindədir. Gürcüstanın regionda Bakı və Ankaranın peykinə çevrildiyini söyləmək olar. Tiflis sözdə mehriban qonşuluqdan danışsa da, antierməni siyasət yeridir. 44 günlük müharibə zamanı gürcülər Rusiyadan gələn hərbi yüklərin Ermənistana keçməsinə icazə vermədilər.

Axar.az xəbər verir ki, bunu erməni analitiki Tevos Arşakyan deyib.

“Gürcüstanın Ermənistana qarşı qeyri-dost münasibəti kontekstində Azərbaycan Prezidentinin Tiflisə dünənki işgüzar səfəri də nəzərə alınmalıdır. Etiraf etmək lazımdır ki, gürcülər Əliyevi daha çox səmimi qarşıladılar. Bu başadüşüləndir - o, Gürcüstan iqtisadiyyatına böyük sərmayə qoyur (təxminən 3 milyard dollar), iqtisadiyyatın bir çox sahələri azərbaycanlıların əlindədir. Gürcüstanın Baş naziri Əliyevi sevindirmək üçün az qala hər şeyi etdi. Qaribaşvili bildirdi ki, Gürcüstan Azərbaycan üçün ən vacib ölkələrdən və dostlardan biridir. Azərbaycan isə Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır. Əliyev və Qaribaşvili “Qarabağ xanlığının irsi”nin sərgisində oldular. Bununla da tərəfini seçən gürcülər özlərini sadəcə donuz kimi apardılar. Erməni tərəfi gürcü qonşuların bu cür nalayiq davranışından müəyyən nəticələr çıxaracaq. Gürcülər düşünməsinlər ki, onlar antierməni siyasətinə görə belə asan qurtula bilərlər. Ermənistanın Gürcüstana təzyiq rıçaqları var, xüsusən də Cavaxetiya məsələsində. Bu bölgənin əhalisinin böyük əksəriyyətini Ermənistana meyil edən ermənilər təşkil edir. Onlar üçün gürcülərin boyunduruğu altında yaşamaq ildən-ilə çətinləşir. Üstəlik, Tiflis bölgə ilə heç maraqlanmır və hətta orada narazılıq yaradır. Ermənistanın Cavaxetiyanın bizə qaytarılması məsələsini gündəmə gətirməsinin vaxtı çatıb”, - o bildirib.

Xəbər lenti