Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrinin yenidən qurulmasını yekunlaşdıracaq.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin dövlət sərhədindən buraxılış məntəqələrinin təşkili sahəsində Dövlət siyasəti departamentinin direktoru Mixail Kokoyev bildirib.

"Cari ilin sonuna kimi biz Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsini başa çatdıracacağıq. Və onda bizim 1 000-ə qədər nəqliyyat vasitəsini buraxa biləcəyimiz 10 hərəkət zolağımız olacaq. Bundan əlavə, “Taqirkent-Kazmalyar” və “Novo-Filya” keçid məntəqələrinin tikintisinin layihələndirilməsi üzrə müqavilələr imzalanıb”, - M.Kokoyev deyib.

Kokoyevin sözlərinə görə, həmçinin 2023-cü ildə Tagirkent-Kazmalyar məntəqəsində yük daşımaları üçün iki əlavə zolağın tətbiqinə qərar verilib.

Qeyd edilir ki, Dağıstana işgüzar səfəri çərçivəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və respublikanın rəhbəri Sergey Melikov yenidən qurulmaqda olan “Yaraq-Kazmalyar” çoxtərəfli avtomobil keçid məntəqəsinə baxış keçiriblər.

Görülən işlər nəqliyyatın və turistlərin sayı baxımından keçid məntəqəsinin keçid qabiliyyətini təxminən 3 dəfə artıracaq. O cümlədən, yük dövriyyəsi ildə 2,3-2,9 milyon tona, potensial artım isə 3,5-4 milyon tona qədər artacaq. Eyni zamanda burada sərhədi keçmək üçün rahat şəraitin yaradılması nəzərdə tutulur.

2027-ci ilin sonuna qədər Rusiya bir sıra sərhəd keçidlərini, o cümlədən dəniz və dəmiryol keçidlərini modernləşdirməyi planlaşdırır.

“Yaraq-Kazmalyar” keçid məntəqəsi 2020-ci ilin iyul ayından yenidən qurulur. Nəzarət-keçid məntəqəsinin yenidən qurulmasında məqsəd onun buraxılış qabiliyyətinin artırılması, nəzarət prosedurlarının aparılması üçün vaxtın azaldılması, vətəndaşların sərhədi keçməsi üçün rahat şəraitin təmin edilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bakı ilə İrəvan arasında birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmanın açarıdır.

“Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.

O, dövlət katibi Entoni Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqliyini bəyan etdiyini xatırladıb. 

“Biz hər iki lideri onlar üçün daha faydalı olan formatda görüşməyə çağırdıq. Bizim nöqteyi-nəzərimiz ondan ibarətdir ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. 1919-cu ildə SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa edən Cənubi Qafqazın üç ölkəsi olan Azərbaycan, Gürcüstan və Ermənistanın suverenliyi və müstəqilliyinə ABŞ-dan böyük tərəfdarı yoxdur. Bu ölkələrin öz xarici siyasət maraqlarını və suverenliyini təqib etmə haqqı var”, - Dövlət Departamentinin sözçüsü deyib.

Son günlərdə Rusiyadan Azərbaycana yönəlik təxribatlara qarşı orijinal formada cavab addımı atılıb.

“Bakının Bakıxnov küçəsində Rusiyanın səfirliyi ilə üzbə-üz yerləşən Bakı Tikiş Evinin hasarları Azərbaycan bayrağı ilə bəzədilib. 

Bunu bir növ rus diplomatlarına Azərbaycanın reaksiyası kimi dəyərləndirmək yerinə düşər. Bayraqlarımız səfirlik binası ilə üzbəüzdə, onların görəcəyi səviyyədə asılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.




Xəbər verdiyimiz kimi, Rövşən Mürvət oğlu Rüstəmov Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Yol-xeber.az Rövşən Rüstmovun dosyesini təqdim edir:

Rüstəmov Rövşən Mürvət oğlu 6 oktyabr 1980-ci il İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1995-ci ildə Cəfərli kənd orta məktəbində 9-cu sinfi bitirdikdən sonra, orta təhsilini Bakı şəhəri, 1 saylı Fizika-riyaziyyat və informatika təmayüllü liseydə başa vurub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə (“Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə) daxil olub. 2001-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib və eyni ildə həmin Akademiyanın “İnzibati idarəetmə” fakültəsinin (“İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası) magistraturasına daxil olub. 2003-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb.
Bundan sonra təhsilini davam etdirərək, 2005-ci ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasına daxil olub. 29 noyabr 2007-ci ildə isə “Aqrar sahənin davamlı inkişafının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Daha sonra “Davamlı inkişafın aktual problemləri və tənzimlənməsi istiqamətləri” mövzusunda monoqrafiya üzərində çalıb.
R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə jurnalist kimi başlayıb və 2004-cü ilə qədər bir sıra aparıcı mətbu orqanlarda iqtisadiyyat sahəsi üzrə analitik məqalələrin yazılması və təhlillərin aparılması ilə məşğul olub. 2004-cü ilin iyul ayından əmək fəaliyyətini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirmiş və burada iqtisadçı, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. “Azərpoçt” MMC-də çalışdığı 8 ilə qədər müddət ərzində bir sıra digər funksiyaların icrasına da yaxından cəlb olunub, eləcə də 2005-2010-cu illərdə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış “İnkişaf krediti haqqında” Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) əsas icraçılarından biri, bu saziş çərçivəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi layihəsinin texniki direktoru, 5-dən artıq işçi qrupun rəhbəri olub.
2012-ci ilin 14 fevral tarixindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə baş mütəxəssis vəzifəsinə təyin olunub. 2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib. 2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. Ailəlidir, 1 övladı var.

Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilib.

"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Sülhü kim düyünləyir: ABŞ, yoxsa Rusiya?.. - Ekspert danışır

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qabil bəy, Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında növbəti görüşün keçirilməsi gözlənilir. Sizcə, Rusiyanın vasitəçiliyi nəyə xidmət edir və nəticəsi olacaqmı?

- Zənnimcə, böyük dövlətlər sülhyaratma prosesinə qatıldıqca bu iş daha da mürəkkəbləşir və dolaşığa düşür. Çünki onlar sülh haqqında düşünəndə ilk növbədə özlərinin geostrateji maraqlarını önə çəkirlər. Məhz bu maraqlar kontekstindən bölgənin siyasi gələcəyinə bir yanaşma sərgilənir. Bu mənada da obyektiv ola bilmirlər. İstər Qərb, istərsə də Rusiya tərəfi sanki nəyinsə, diktəsi, hökmü ilə özlərindən asılı deyilmiş kimi dərhal ermənipərəst mövqe sərgiləyir. Bu obrazlı olsa da, əslində nəyə görə onların bu cür mövqedən çıxış etdiklərini özləri daha yaxşı bilir.

- Vasitəçilərin sayının çox olması ümumi işə necə təsir edə bilər?

- Əslində proses bir əldən, mərkəzdən idarə olunsa idi, daha yaxşı olardı. Çünki hərə prosesi öz bildiyi tərəfə çəkir. Burada həmçinin strateji maraqlar toqquşması baş verir. Cənubi Qafqaz uğrunda rəqabət meylləri güclənir. Biri digərini bu bölgədən çıxarmaq istəyir. Sözün əsl mənasında bölgədəki məsələnin həlli bəzən də unudulur. Onlar isə özlərinin geostrateji maraqları uğrunda mübarizə aparırlar.

- Putinin iki ölkənin liderlərilə mütəmadi görüşməsində əsas məqsədi nədir?

- Rusiya nümayiş etdirmək istəyir ki, Azərbaycan-Ermənistan arasında atəşkəsə və üçtərəfli bəyanatın imzalanmasına nail olub. Eyni zamanda Rusiyanın vasitəçiliyi və iştirakı ilə sülhyaratma prosesində müəyyən üçtərəfli sənədlərin imzalanması mümkün olub. Ona görə də, prosesi Rusiyanın sona kimi aparmaq kimi bir iddiasının olduğu da, göz önündədir.

- İki gün öncə Rusiya dövlət televiziyasında Azərbaycan əleyhinə fikirlər səsləndirildi. Buna cavab olaraq rəsmi Bakı Rusiyaya etiraz notası təqdim etdi. Rusiya bir tərəfdən sülhyaratma xidmətlərini təklif edir, digər tərəfdən isə dövlət televiziyasında Azərbaycana qarşı kampaniya aparılır. Bu uyğunsuzluğu necə qiymətləndirmək olar?

- Belə görünür ki, şimal qonşumuz özünün moderatorluğu ilə olan prosesdə daha hikkəli davranır. Çünki müşahidələr göstərir ki, Rusiya burada ən xırda məsələlərə belə müdaxilə etmək istəyir. Bununla da barışığa getmək istəyən tərəflərin mövqeləri ilə bəzən də hesablaşmaq istəyi az olur. Biz bu gün görürük ki, Rusiya prosesdə yenidən moderatorluğu ələ almağa çalışır. Amma iki gün öncə Rusiya dövlət televiziyasında böyük bir şou təşkil edilməklə mənasız erməni siyasi təhlilçiləri də ora dəvət etmişdilər. Yenə də Qarabağ haqqında köhnə havaları çalır, avanturist ideyalar səsləndirirdilər. Bu da təbii ki, Azərbaycanın haqlı olaraq Rusiyaya etiraz notası ilə nəticələndi.

- ABŞ və Rusiyanın sülh prosesinə ümumi təsir imkanları haqqında nə demək olar?

- Görünür bu insanlar nə beynəlxalq hüququ tanıyır, nə də dövlətlərin özünə məxsus yol seçiminə hörmətlə yanaşmırlar. Ümumiyyətlə bunları nəzərə almırlar. Məsələni də kifayət qədər dolaşdırıblar. Burada da Rusiyanın da rolu az deyil. Məsələni həll etmək əvəzinə ona gərginlik, mürəkkəblik qatmaq üçün ABŞ və Rusiya xeyli “səy” göstəriblər. Amma Rusiyanın bu məsələlərdə oynadığı “rol” xüsusi qeyd edilməlidir. Çünki bu ölkənin kütləvi informasiya vasitələrinin, hakimiyyətin ayrı-ayrı qanadlarının xüsusi ilə Rusiyanın müdafiə nazirliyi öz saytında Qarabağın xəritəsini yaymaqdan hələ də əl çəkmir.

- Sizcə, prosesin bu səviyyəyə qədər inkişaf etməsinə nə səbəb oldu?

- Əslində məsələnin bu səviyyəyə qədər mürəkkəbləşməsində Ermənistanın özü də az rol oynamayıb. Ermənilərə xas olan hiyləgərlik, və bədniyyətliliklə, hər tərəfdən bir şey qoparmaq cəhdi böyük dövlətlərin bölgədə manevri üçün şərait yaradıb. Məhz onların qeyri-konstruktiv, sülhlə bağlı qeyri-ardıcıl mövqeləri məsələləri dolaşdırıb. Nəticədə bu bölgənin böyük dövlətlərin bir növ mübarizə meydanına çevrilməsinə yol açıb. Ona görə də, Rusiyanın moderatorluğu ilə indiki şəraitdə prosesin irəliyə doğru aparılacağına ümid çox azdır. Əksinə ola bilsin ki, yeni “təşəbbüslərlə” indiyə kimi əldə edilmiş nailiyyətlərin pozulması və ya başqa “şərtlər” irəli sürülsün. Bu da işi irəliyə aparmaq əvəzinə prosesi düyünə sala bilər. Ona görə də, ortada qat-qarış edilmiş müəyyən bir konsepsiyaya əsaslanmayan yanaşma tərzləri mövcuddur.

Fransanın türk düşmənçiliyi: Azərbaycan üzərindən Türkiyəyə təzyiq - İNCƏLƏMƏ...

Fransanın Azərbaycana qarşı qərəzli siyasəti davam edir. İllərdir ölkəmizə qarşı məkrli siyasət yürüdən Fransa artıq bu mövqeyini açıq nümayiş etdirir.

Fransa torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın müddətdə istər ölkə, istərsə də ATƏT səviyyəsində Ermənistana dəstək nümayiş etdirib. Lakin Emmanuel Makronun hakimiyyətə gəlişindən sonra rəsmi Paris bütün dünyanın gözü qarşısında İrəvana açıq dəstəyini ifadə etməkdən çəkinmir. Bütün beynəlxalq qanunları və haqq-ədaləti görməzdən gələn Makron özünü Fransadan çox Ermənistanın Prezidenti kimi aparır. Makron sonuncu açıqlamaları ilə də öz çirkin niyyətini növbəti dəfə nümayiş etdirib.

Lakin bu məqamda başqa bir məsələ diqqət çəkir. Əslində Fransa üçün Ermənistanın o qədər də maraqlı olmadığı aydındır. Makron hakimiyyəti Fransada yaşayan erməniləri nəzərə alaraq bu addımları atır. Bununla yanaşı, başqa bir reallıq da var. Nəzərə almaq lazımdır ki, qardaş Türkiyə dövlətinin nüfuzu həm regional, həm də beynəlxalq səviyyədə yüksəlir. Bu isə rəsmi Parisi olduqca narahat edir. Türkiyənin hərbi və siyasi təsir gücü baxımından yüksəlməsini həzm edə bilməyən Makron hakimiyyətinin türk düşmənçiliyi özünü açıq biruzə verir.

Ekspertlər hesab edirlər ki, Makron Türkiyənin qarşısını ala bilmək üçün Cənubi Qafqazdakı proseslərdə aktiv rol oynamağa və Ermənistana açıq dəstəyə çalışır.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Fransanın ölkəmizə qarşı apardığı bu məkrli siyasətin arxasında xristian təəssübkeşliyi və türk düşmənçiliyi var:

“Həmçinin, rəsmi Parisin Cənubi Qafqazda öz nüfuz dairəsini qoruyub saxlamaq və genişləndirmək hədəfi də var. Bu maraqlar üst-üstə düşdüyü üçün Fransa hazırda Ermənistana dost, Azərbaycana isə düşmən mövqeyi sərgiləyir. Əslində bu mövqe yeni deyil və bu siyasəti Fransa 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədri olaraq həyata keçirib. Biz torpaqlarımızın işğal altında olduğu illərdə də Fransanın Azərbaycana xoş olmayan münasibətinin şahidi olmuşuq. Təbii ki, Fransanın daxili siyasətinin bu məsələlərə təsir etdiyi amilini də diqqətdən qaçırmaq olmaz. Bilirik ki, Fransada ermənilərin böyük diaspor təşkilatları var. Orada yaşayan ermənilər təşkilatlanaraq Fransa siyasətinə bu və ya digər formada təsir etmək imkanları əldə ediblər. Yəni Fransanın bugünkü siyasətində bu amili gözdən qaçırmaq olmaz”.

Partiya sədri vurğulayıb ki, Fransa birmənalı şəkildə Türkiyənin bölgədə və dünyada artan nüfuzunun qarşısını almağa çalışır:

“Osmanlı İmperiyasının uzun illər dünyanın aparıcı gücü olması heç kimin yadından çıxmayıb. Onu da unutmayaq ki, ötən əsrin əvvəllərində Türkiyəni tamamilə parçalamağa çalışdılar. Amma Mustafa Kamal Atatürkün liderliyi ilə bunun qarşısı alındı və Türkiyə Cümhuriyyəti yarandı. Bu gün Türkiyə dünyanın əsas güclərindən birinə çevrilib. Dünyada baş verən bütün proseslərdə Türkiyənin nüfuzu gündəmə gəlir və vasitəçilik edir. Hətta digər vasitəçilərin əldə etmədiyi uğurları əldə edə bilir. Ukrayna-Rusiya müharibəsi və Yaxın Şərqdə baş verən prosesləri buna misal göstərmək olar. Üstəlik, Türkiyə hazırda NATO-nun ikinci ən güclü dövlətidir. Qardaş ölkə təkcə regional deyil, həm də qlobal gücə çevrilib. Türkiyə Azərbaycan və digər türk dövlətlərilə birlikdə çoxqütblüyə çevrilən dünyanın əsas güclərindən birinə çevrilməkdədir. Təbii ki, bunun qarşısını almaq və türk dünyasını zəiflətmək istəyirlər. Bu məqsədlə də türk dünyasının əsas aparıcı gücü olan Türkiyəyə qarşı siyasət yürüdürlər. Məhz bu faktor Fransanın Azərbaycan və Türkiyəyə qarşı yürütdüyü siyasətin əsasını təşkil edir”.

Daxili İşlər Orqanlarında yeni kadr təyinatı baş tutub.

Yol-xeber.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşfiq Aslanov tutduğu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. Digər əmrlə polis polkovnik-leytenantı Emil Comərdov Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilən Emil Comərdov bundan əvvəl Çevik Polis Alayında çalışıb.

Xəbər lenti