![]() |
|
“Soçidə danışıqları başlamazdan əvvəl hamıya, ən əsası da Nikol Paşinyana aydın oldu ki, KTMT onun köməkçisi deyil”.
“Bu barədə “kommersant”da “Если гора не идет к Карабаху” məqaləsində qeyd edilib.
Məqalədə qeyd olunub ki, Soçi görüşü öncəsi Paşinyanın KTMT-nin toplantısında bununla bağlı konkret cavabını alıb. Birmənalı şəkildə Paşinyanın diqqətinə çatdırıldı ki, Azərbaycanda təşkilata üzv ölkələrə çox yaxın dost ölkədir. Digər tərfədən Azərbaycan MDB-də təmsil olunur və o baxımdan KTMT-dən ona qarşı istifadə edilməsi düzgün taktika deyil.
“Nikol Paşinyan da sonda başa düşdü ki, Soçidə KTMT-nin köməyi olmadan Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparmalı olacaq. Xüsusən də nəzərə alsaq ki, cənab Putin bütün bu müddət ərzində susdu. Yəni görünür, belaruslu həmkarı ilə tam razılaşdı (burada Lukaşenkonun KTMT-ki çıxışı nəzərdə tutulur)”, - mətbu orqanı qeyd edib.
Soçi görüşünə gəlikcə “kommersant” yazır: “Paşinyan eyni vaxtda onun üçün hazırlanmış vərəqlərdən mətni oxusa da, ondan kənara çıxaraq xeyli danışdı. Çünki o danışanda saatlarla dayana bilmir. Amma o, açıq-aydın səhv bir şey deməkdən qorxurdu”.
Həmçinin nəşr yazır ki, Soçi görüşü zamanı Paşinyan kəndli erməni hiyləgərliyinə əl ataraq Rusiyanın təklif etdiyi sülh variantının onların xeyrinə olduğunu qeyd edib.
“O bunu təbii ki, Putinin Praqa danışıqlarına paxıllıq etməməsi üçün deyib. Bu da erməni baş nazirinin kəndli hiyləsi təssüratı yaradırdı”- “kommersant” qeyd edib.
“Kommersant” onu da qeyd edib ki, Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Soçi görüşündə deməyə sözü olan adam təsiri bağışladı:
- Azərbaycan bu yaxınlarda Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün beş prinsip əsasında sülh müqaviləsini imzalamağı irəli sürüb. Bunlar beynəlxalq hüququn təməl prinsipləridir... Qarabağ münaqişəsi artıq tarixdir. İki il əvvəl həll olundu. Bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.
Bəli, qaliblər belə deyirlər”.
31 oktyabr Soçi görüşündən çıxan nəticələr.
Birincisi, Rusiya artıq əvvəlki kimi Cənubi Qafqazda ciddi söz sahibi olmadığı açıq aydın ortaya qoyuldu. Putinin görüşün yekunu ilə bağlı verdiyi ümidsiz açıqlama bunun bariz nümunəsidir. Yekun açıqlama bir daha onu göstərdi ki, Putinin irəli sürdüyü sülh variantı, sülhməramlıların gələcəyi, Qarabağ və oradakı ermənilərin statusu “sülh variant” ilə bağlı təkliflər Azərbaycan tərəfdən qəbul edilməyib və birmənalı şəkildə rədd edilib. Azərbaycan Prezidenti birmənalı olaraq bəyan edib ki, Qarabağ məsələsi artıq tarixdir… Qarabağda yaşayan ermənilərin taleyi də Azərbaycanın daxili məsələsidir və buna kimsə qarışa bilməz. Məhz ona görə də ümumi fikilərə əsaslanan yekun birgə bəyanat imzalanıb.
Hansı ki, bəyanatda əks olunan fikirlər ondan öncə Praqa və əvvəlki görüşlərdə əksini tapan məsələlərdir. Bütün bunlar bir daha onu sübut edir ki, Rusiya ədalətli arbitr rolunu oynaya bilmədiyindən artıq bölgədə nüfuzunu itirib. Bölgə ölkələri Rusiyanı özünün etibarlı tərəfdaşı hesab etmir.
İkincisi, Ermənistanın bölgədə dayanıqlı sülhün yaranmasında deyil, gərginliyin davam etməsində maraqlı olduğu bəlli oldu. Bu özünü Soçi görüşündə Paşinyanın bəzi təxribatçı təklifləri, xüsusən də rus sülhməramlılarının müddətinin uzadılması, Qarabağ ermənilərinin təhlükəsizliyi, Azərbaycan qoşularının sərhəddən geri çəkilməsi, Rusiyanın bu məsələ ilə bağlı ortaya qəti mövqe qoyması və sair kimi məsələlər bunun göstəricisidir.
Ermənistan hakimiyyətinin və erməni cəmiyyətinin sərgilədiyi son revanişist fəaliyyəti bunu deməyə əsas verir.
Paşinyanın Soçidən sonra dəhrəl İrana uçması da, bölgədə gərginliyin davam etməsinə, sabitliyin pozulmasına xidmət edir.
Amma bütün bunlara baxmayaraq görüşdə Paşinyan belə, Rusiya tərəfinin irəli sürülən bəzi təklifləri qəbul etməyib və ondan imtina edib.
Soçi görüşünün nəticəsini Rusiyanın Cənbi Qafqaz maraqlarından geri çəkilmək niyyətində olmadığından, ədalətli sülhün imzalanmasına maraqlı olmadığı kimi dəyərləndirmək olar.
Bundan sonra nə baş verəcək. Rusiya hər iki tərəfə müxtəlif formalardan istifadə edərək təzyiqlərini artıracaq və bir sıra təxribatlara əl atacaq. Moskva Azərbaycana qarşı Qarabağ kartından və daxildəki “5-ci kolon”dan istifadə edərək təzyiqlərini artıra bilər. Bəlli olduğu kimi, Kreml bir müddət öz adamı Ruben Vardanyanı Qarabağa yollayaraq oradakı separatçılığı yenidən körükləməyə başlayıb. Vardanyan artıq bu gündən etibarən Xankəndidəki separatçı rejimin “dövlət naziri” kimi fəaliyyətə başlayacaq. Bir neçə gün öncə Xankəndidəki separatçıbaçı Araik Arutyunyan da Moskva da olub və “lazımi təlimatlar” alıb. Elə bazar günü Xankəndidə keçirilən mitinq də bunun tərkib hissəsidir. Yəni həmin mitinq Kremlin “xeyir-dua”sı ilə Rusiyaya bağlı siyasi qüvvələrin təşəbbüsü ilə keçirilib. Kreml Qarabağda bundan sonra da təxribatları davam etdirməsi istisna deyil və gözləniləndir. Bu prosesdə Kremlə Tehran və Paris də yaxından dəstək verəcək. Amma nəticə etibarı ilə bu cəhdlər uğursuzluğa düçar olacaq. Birincisi, Azərbaycan əvvəlki Azərbaycan deyil. Artıq Azərbaycan yenidən şəkillənən dünyada mühüm rola və nüfuza malik olkədir.
İkincisi, Azərbaycan cəmiyyətində də Rusiya ilə bağlı formlaşamış yekdil fikir mövcuddur. Digər tərəfdən isə Ermənistandan fərqli olaraq Azərbaycanda ciddi bir həmrəylik və birlik mövcuddur.
Soçi görüşünün pis nəticələrini daha çox parçalanmış erməni cəmiyyəti üzərində hiss edəcək.
Birincisi, Kreml öz nəzarətində olan siyasi qüvvələrə və iş adamlarına, diasporaya Paşinyanın qələmini sındırmaq tapşırığı verib. Xankəndidə keçirilən mitinqin bir mesajı da Paşinyana xəbərdarlıq idi. Artıq Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələrin noyabrın 5-dən etibarən etiraz aksiyalarına başlaması bunun tərkib hissəsidir. Moskva bütün resurslarında istifadə etməklə Ermənistanı öz çətiri altından çıxmasına imkan verməmək üçün təzyiqlərə başlayacaq. O baxımdan yaxın vaxtlarda Ermənistanda siyasi böhranın yeni mərhələsinin başlanması qaçılmaz olacaq.
Ermənistanın 44 günlük müharibədən sonra gələcəyi ilə bağlı düzgün strategiyasını müəyyən edə bilməməsi, təkcə ermənilərin gələcəyinə deyil, bütövlükdə bölgəyə ciddi təhdid yaradır.
Noyabrın 1-2-də Əlcəzair Xalq Demokratik Respublikası 4-cü dəfə Ərəb Dövlətləri Liqasının Sammitinə ev sahibliyi edəcək. Sonuncu dəfə liqanın sammiti bu ölkədə 2005-ci il martın 22-23-də keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitə Qoşulmama Hərəkatının sədri statusunda fəxri qonaq qismində dəvət olunub.
Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa, yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən islam dünyasında yüksək nüfuzunu bir daha sübut edir.
Məlumat üçün bildirək ki, Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Əlcəzair əhəmiyyətli təbii qaz (hasilatda dünyada 5-ci, ixracatda 4-cü) və neft (hasilatda 13-cü, ixracatda 9-cu) istehsalçısı və ixracatçısıdır.
Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir.
1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə nəticələnib. İnqilaba başçılıq edən Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, Əlcəzair Respublikasının yaradılması. 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzaladı və Əlcəzairin müstəqilliyini tanımalı oldu. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edildi.
Milli Azadlıq Hərəkatı məhz noyabrın 1-də başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti 1 noyabr tarixinə salınıb. Bu il ölkədə dövlət müstəqilliyinin 60-cı ildönümü qeyd olunur.
Qeyd edək ki, fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.
Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlərə gəldikdə, xatırlatmaq yerinə düşər ki, bu ölkə 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub.
Diplomatik nümayəndəliklərin fəaliyyəti barədə onu deyə bilərik ki, Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham Əliyev 2014-cü il noyabrın 28-də Sərəncam imzalayıb və 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib.
Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulasaq, deyə bilərik ki, ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir. Əlcəzair Prezidenti Abdelkader Bensalah 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər edib.
Hər iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mahir Abbaszadənin rəhbərlilyi ilə Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu, eyni zamanda, Əlcəzair parlamentində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir. Azərbaycanla Əlcəzair arasındakı iqtisadi sahədə əlaqələr barədə onu deyə bilərik ki, Azərbaycanda xidmət, ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən beş Əlcəzair şirkəti qeydiyyatdan keçib. 1995-2022-ci illər ərzində Əlcəzairdən Azərbaycana 504,9 min ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib. 2021-ci ildə Azərbaycanın Əlcəzair ilə ticarət dövriyyəsinin həcmi 1 373,2 min ABŞ dolları, o cümlədən idxalın həcmi 1 363,7 min dollar, ixracın həcmi isə 9,5 min dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 1 354,2 min dollar olub. 2022-ci ilin yanvar-sentyabr aylarında isə ticarət dövriyyəsinin həcmi 865,75 min ABŞ dolları, o cümlədən idxalın həcmi 845,94 min dollar, ixracın həcmi 19,81 min dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 826,13 min ABŞ dolları olub.
Onu da qeyd edək ki, iki ölkə arasında bu vaxtadək beş sənəd imzalanıb, yeddi sənədə baxılmaqdadır.
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gedib.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.
Hansı məsələlərlə bağlı razılığa gələ bilmədiyimizi açıqlaya bilmərəm.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Rusiya, Azərbaycan və Ermənistan liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı Soçi Bəyanatı qəbul olunub.
Sənəddə Qarabağla bağlı bir söz belə qeyd olunmayıb.
Bəyanatda deyilir:
“Biz Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2022-ci il oktyabrın 31-də Soçidə görüşdük və 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrasını müzakirə etdik.
Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq".
Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilir, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində vacibliyi vurğulanır.
"Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq", - sənəddə bildirilir.
Bununla yanaşı, bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi deyilir.
Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək.
Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər.
Həmçinin Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənub Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar”.
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
"Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib:
- Hörmətli həmkarlar, bu gün biz üç sessiyadan ibarət danışıqlar apardıq. Əvvəlcə, Ermənistan nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə təkbətək danışdıq. Daha sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə təkbətək danışdıq və sonra iki saat, bəlkə də bir qədər artıq müddətdə üçlükdə söhbət etdik. Bizim ümumi fikrimizə görə bu görüş çox faydalı oldu. Məncə bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı.
Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Özü də mən bütövlükdə deyəndə həm yaxın keçmişə aid cari hadisələri, həm də iki il bundan əvvəl baş vermiş hadisələri nəzərdə tuturam. Hər halda, o vaxt biz prinsipial məsələlər barədə razılığa gəlməyə nail olduq. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Mən bizim bütün ölkələr dedikdə həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək.
Çox sağ olun. Mən öz həmkarlarıma – həm Ermənistanın baş nazirinə, həm də Azərbaycanın Prezidentinə təşəkkür etmək istəyirəm ki, siz Rusiyaya, Soçiyə gəlməyə və bugünkü diskussiyanı aparmağa razılaşdınız. Razılaşdığımız kimi biz əlaqə saxlayacağıq, bu dialoqu və uzun müddət davam edən bu münaqişəyə nöqtə qoymaq üçün zəruri həllərin axtarışını davam etdirəcəyik.
Çox sağ olun, təşəkkür edirəm.
***
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
" Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
***
Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur.
Kremlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq.
Qeyd edək ki, üçtərəfli görüşdən öncə Vladimr Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.
Azərbaycan İsraildə səfirlik açacaq.
Oxu.az xəbər verir ki, bu barədə “KAN-Hadaşot” kanalı yüksək rütbəli İsrail rəsmilərinə istinadən xəbər verib.
Bildirilir ki, Bakı və Qüds İsraildə səfirliyin açılması ilə bağlı intensiv danışıqlar aparır.
O da qeyd edilir ki, iki ölkə arasında diplomatik əlaqələr 30 ildir mövcuddur.
Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə üçtərəfli danışıqlar Soçidəki “Rus” sanatoriyasının mərkəzi atriumunda keçiriləcək.
Görüş tərəflər arasında daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsinə həsr olunacaq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 31-də İndoneziyaya səfərə yola düşüb.
Bu barədə QMİ-nin Mətbuat xidmətindən bildirilib.
Səfərdə məqsəd 2-3 noyabr 2022-ci il tarixlərində İndoneziyada keçiriləcək G20 Dini Forumunda (R20) iştirak etməkdir.
Şeyxülislam qlobal əhəmiyyətli tədbirdə çıxış edəcək. Forum çərçivəsində QMİ sədrinin ikitərəfli görüşləri planlaşdırılır.