“İnsanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik”.

Bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Sülh sazişinin beynəlxalq hüququn beş prinsipinə əsaslanmalı olduğunu qeyd edən dövlət başçısı bildirib ki, bu prinsiplərə ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi, sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir.

“Artıq Böyük Qayıdış proqramı başlayıb. Bu ilin mayında Zəngilan rayonunda ilk kənd salınıb və ilk məcburi köçkünlər öz doğma yurdlarına qayıdıblar. Zəngilanda ilk məktəb açılıb və ilk gənclər də bu il həmin məktəbdə tədrisə başlayıblar”, - deyə Prezident İlham Əliyev bildirib.

“Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar”.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

Dövlət başçısı deyib ki, azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra edilir: “Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq hava limanını istifadəyə verməyi planlaşdırırıq”.

Ağdam şəhərində “Milli Şəhərsalma Forumu” öz işinə başlayıb.

Tədbirdə Prezident İlham Əliyev çıxış edir.

Tədbirdə həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edir.

Həmin görüntüləri təqdim edirik:

***

Azərbaycan ilk beynəlxalq şəhərsalma tədbirinə ev sahibliyi edir.

 Azərbaycan Milli Şəhərsalma Forumu adlı tədbir Ağdam şəhərində keçirilir.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edəcək:

Qeyd edək ki, Milli Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində baş tutur. 

Oktyabrın 4-də Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında telefon danışığı aparılıb. "Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ dövlət katibinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün, 27 sentyabr tarixində Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilmiş görüşün, habelə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş 31 avqust tarixli görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq Cenevrədə 2 oktyabr tarixində iki ölkənin xarici işlər nazirləri arasında aparılmış danışıqların davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə sözügedən telefon danışığı yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov telefon danışığı zamanı Cenevrə görüşünün təfərrüatlarını diqqətə çatdırıb. Cenevrə görüşü zamanı tərəfimizdən təklif olunmuş sülh müqaviləsinin elementlərinin əks olunduğu mətn üzrə danışıqların davam edəcəyinə dair gözləntilər vurğulanıb. Cenevrə görüşünün nəticələrinə uyğun olaraq, delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi və bu məsələlərin komissiya çərçivəsində aparılmasına çağırış müsbət qarşılanıb. Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Nazir eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

ABŞ dövlət katibi Antoni Blinken öz növbəsində tərəflərin hərbi toqquşmalardan çəkinməsinin, təklif olunmuş sülh müqaviləsi elementləri üzrə danışıqları sürətləndirmənin və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirməyin vacib olduğunu vurğulayıb.

Üçtərəfli telefon danışığı zamanı normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.

Azərbaycan bir qrup təhsil işçisi “Tərəqqi” medalı ilə təltif edilib.

Yol-xeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abasova Gülarə Əvəz qızı

Abbasova Fatma Əlislam qızı

Abbaszadə Elmira Barat qızı

Abdullayeva Natəvan Nadir qızı

Abdullayeva Səbirə Abdulla qızı

Abudova Sevil Məmmədəli qızı

Ağalarov Pərviz Hidayət oğlu

Ağalarova Günay Əlimərdan qızı

Ağaverdiyev Sahib Camaləddin oğlu

Aşurova Adilə Nəzir qızı

Babayeva Günay Seyfəddin qızı

Babayeva Şəfa Elman qızı

Babayeva Təranə Mirzə qızı

Bayramova Təranə Şahvələd qızı

Bədirova İlhamə Əmir qızı

Bünyatova Tahirə Vəli qızı

Cəfərova Afaq Əhməd qızı

Cəfərova Xalidə Məmmədxan qızı

Cəfiyeva Rəşidə Şahin qızı

Əfəndiyeva Məlahət Teymur qızı

Əliyeva Fəridə Nəbi qızı

Əsədova Xuraman Morux qızı

Həmzəyeva Hicran Xanbaba qızı

Hətəmova Pərvanə Müslüm qızı

Hümbətova Təranə Hümbət qızı

Hüseynova Əntiqə Əli qızı

Hüseynova Sədaqət Ramazan qızı

İbadova Taliyyə Sabir qızı

İbrahimov İmran Qurbanəli oğlu

İsayeva Səbinə Həzrət qızı

İsmayılova Elmira Əli qızı

Kərimov Camal Rəşid oğlu

Kərimova Günay Elman qızı

Qasımova Hicran Mirşəmi qızı

Qasımova Nəzakət Abbas qızı

Qənbərova Hicran Sahib qızı

Quliyev Zülfü Şahbaz oğlu

Quliyeva Azadə Əliağa qızı

Quliyeva Nəsibə Eldar qızı

Qurbanova Qızılgül Abdulla qızı

Qurbanova Təranə Nurəddin qızı

Qurbanzadə Elnarə Yaşar qızı

Məmişova Gülnarə İmamqulu qızı

Məmmədov Rafət Əzim oğlu

Məmmədova Aygün Novruz qızı

Məmmədova Xatirə Ağazər qızı

Məmmədova Natəvan Əli qızı

Məmmədova Yaqut Teymur qızı

Məmmədyarov Həsrət Tacı oğlu

Mərdanova Rəhilə Tahir qızı

Mirzayeva Ellada Rəşid qızı

Mirzəyev İqbal İsaq oğlu

Musayev Həbib Sahib oğlu

Musayeva Sevil Əskər qızı

Mustafayeva Məhluqə Müsəllim qızı

Nağıyeva Afaq Cəmil qızı

Orucova Heyran Akif qızı

Ramazanova Şəmsi Teymur qızı

Rəhimov Mahir Ağakişi oğlu

Rəhimov Rauf Rəhim oğlu

Rəhmanova Şamama Balanəzər qızı

Rzayev Elbrus Rza oğlu

Rzayeva Aytən Famil qızı

Rzayeva Ləyaqət Həmzə qızı

Səfərova Aybəniz Kamal qızı

Şərifova Aidə Əliabbas qızı

Şirinova Məhəbbət Oqtay qızı

Şiriyeva Zülfiyyə Şəmsəddin qızı

Ustayeva Aygün Məhəmməd qızı

Verdiyeva Nuriyyə Vəli qızı

Zeynalova Lətifə Azər qızı.

Səngərdə uduzan Ermənistanın DİPLOMATİK DAVASI... - ALINACAQMI?

Azərbaycan Ermənistan qarşısında beş tələb irəli sürüb:
1. Qarabağdakı separatçıların “müdafiə ordusu” buraxılır;
2. Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır, heç bir status olmur, hətta muxtariyyət belə;
3. Ermənistan ərazisindən keçən dəhliz verilir (Zəngəzur dəhlizi);
4. Sərhədin delimitasiya və demarkasiyası 1919-1920-ci illərin xəritələri ilə həyata keçirilir;
5. İtkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilir;
Bu tələblərlə bağlı iddianı Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbəri olduğu “Haykakan Jamanak” qəzeti yayıb.
İnformasiyanın Paşinyanın ailə qəzetində dərc edilməsi onun həqiqliyi ehtimalını gücləndirir, çünki “etibarlı mənbə” dedikləri elə erməni baş nazirin özüdür. Eyni zamanda, rəsmi Bakı bu tələblərini müxtəlif səviyyələrdə dilə gətirib. Hərçənd, Nikolun bunu media üzərindən ictimaiyyətləşdirməsi səbəbsiz deyil:
- Birbaşa özü açıqlasa, “Paşinyan bu sənədə imza atacaq” ittihamları ilə üzləşəcək;
- “Etibarlı mənbə” adı ilə icimaiyyətləşdirməklə erməni cəmiyyətinin reaksiyasını yoxlayır;
- Və çətin şərtlər altında mübarizə apardığı, “Ermənistanın maraqlarını” qorumağa çalışdığı rəyini yaratmaq istəyir;
Diqqət çəkən əsas məqam Paşinyanın “etibarlı mənbə” adı ilə təqdim etdiyi çıxış yoludur: Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün ya bu tələblər yerinə yetirilməli, ya kompramis tapılmalı, ya da Bakı bunlardan əl çəkməyə məcbur edilməlidir;
Hazırda Bakını tələblərindən əl çəkməyə məcbur etməyə çalışırlar. Azərbaycana qarşı müxtəlif cəbhələrdə müxtəlif formalarda aparılan kampaniyaların hədəfi budur.
Asif Nərimanlı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

"Yol-xeber.az" xəbər verir ki, Sərəncamla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib:

Abbasova Ruhiyyə Əbülfəz qızı

Abbasova Zahirə Köçəri qızı

Abdıyeva Amalya Nəbi qızı

Ağayeva Gülgəz Mürşüd qızı

Aslan Zenfira Müzəffər qızı

Babayev Sahib Hafiz oğlu

Babayeva Xanımqız Şüriyyə qızı

Bayramova Xuraman Xanbala qızı

Cəbrayılova Nailə Həsən qızı

Dosməmmədova Sevda Səməndər qızı

Əkbərli Şəlalə Vəli qızı

Ələkbərova Sevil Əli qızı

Əliyeva Nərgiz Muxtar qızı

Əsədov Elmir Ataş oğlu

Əskərova Ədalət Sultan qızı

Fəttayev Rauf Vidadi oğlu

Hacıyeva Gülxanım Xanlar qızı

Həsənova Xalidə Qurban qızı

Həsənova İradə Kərim qızı

Xəlilova Adilə Həbib qızı

İbrahimova Nüşabə İlyas qızı

İsayev Vəkalət Əjdər oğlu

İsmayılova Məlahət Lətif qızı

Qasımov Qəhrəman Məhəmmədəli oğlu

Qasımova Leyla Cəmaləddin qızı

Qasımova Sevinc Fazil qızı

Qəhrəmanova Afət Qüdrət qızı

Qəhrəmanova Aybəniz İsrafil qızı

Qurbanova Ruqiyyə Əhməd qızı

Qurbanova Tünzalə Rəsul qızı

Mansurova İlhamə Əjdər qızı

Mehdiyeva Nəzakət Bəxtiyar qızı

Mejlumova Yeganə Nurəddin qızı

Məhərrəmov Hamlet Ağarza oğlu

Məmmədova Naidə Şakir qızı

Məmmədova Sevil Əkbər qızı

Mikayılova Aytəkin Şahverdi qızı

Muxtarov Elman Ədil oğlu

Muradlı Çingiz Məzahir oğlu

Mütəllimova Təranə Qələndər qızı

Mütəllimova Yelena Kamilovna

Nəbiyeva İradə Gülmalı qızı

Nəcəfova Bikə Əliyulla qızı

Nəsirova Şəhla Abdulhəşim qızı

Rəhimov Gülağa İfadə oğlu

Rzayeva Yelena Serqeyevna

Sadıxova Gülşən Aydın qızı

Soltanov Şahin Şahalı oğlu

Şahgəldiyeva Ədibə Səfər qızı

Şükürov Aydın Süleyman oğlu

Şükürova Yasəmən Həsənağa qızı.

Prezident İlham Əliyev fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Yol-xeber.az" xəbər verir ki, sərəncamla beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib:

Kərimov Nazim Baxış oğlu

Qarayev Fuad Abdurahman oğlu

Quliyev Rafiq Meyxoş oğlu.

“Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb”.

“Yol-xeber.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən bildirib.

“Əlbəttə, qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər”, - dövlət başçısı vurğulayıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında paylaşım edilib.

 “Nazir Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səudu salamlayır”, - deyə paylaşımda qeyd olunur.

 

 
  •  

 

 

Xəbər lenti