Nazirdən polislərlə bağlı ciddi — TAPŞIRIQ


Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov nazir postuna təyinatından sonra bir sıra islahatyönümlü qərarlar imzalayıb. Bu vəzifəni icra etdiyi altı ay ərzində həyata keçirdiyi kadr təyinatları, vətəndaşların şəxsiyyət vəsiqələrini ölkənin istənilən yerindən ala bilməsi, “102” xidmətinə müraciət edən şəxslərin polis idarələrinə çağırılmadan izahatların alınması və avtomobillərə vurulan “plyonka” ilə bağlı qanunvericiliyə dəyişiklik edilənədək məhdudiyyətin aradan götürülməsi barədə əmrləri əhali arasında müsbət mənada ictimai müzakirələrə səbəb olub.
Qafqazinfo xəbər verir ki, bu dəfə nazir polis işçilərinin məzuniyyət və istirahət hüquqlarının daha da yaxşılaşdırılması ilə bağlı göstəriş verib.

Nazirin imzaladığı göstərişdə qeyd olunub ki, daxili işlər orqanlarının şəxsi heyətinin istirahət hüququnun təmin edilməsi ilə bağlı vəziyyət bütövlükdə qənaətbəxş olsa da, bəzi qurumlarda nöqsanlara yol verilir.

Araşdırma zamanı məlum olub ki, bəzi rəhbər vəzifəli şəxslər əməkdaşları zərurət olmadan istirahət günləri xidmətə çağırır, məzuniyyətlərini müxtəlif bəhanələrlə məhdudlaşdırırlar. Bu cür neqativ hallar isə cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi kimi gərginliklə müşayiət olunan vəzifələrin icrasına mənfi təsirsiz ötüşmür.
Vilayət Eyvazov araşdırmanın bu nəticəsini əsas tutaraq nazirlikdə vəzifə tutan rəhbər şəxslərdən tələb edib ki, hər bir əməkdaşın həftə ərzində bir gün istirahət etməsi üçün lazımi şərait yaradılsın. Əməkdaşların məzuniyyət hüququndan istifadə etməsinə həssaslıqla yanaşılmasını və məzuniyyət günlərinin ədalət və növbəlilik prinsipləri əsasında bölünməsini tapşırıb.

General-polkovnik V.Eyvazovun göstərişində qeyd olunub ki, dövlət əhəmiyyətli tədbirlər istisna olmaqla, müstəntiq və təhqiqatçıların təlimatlandırmalara və prosessual fəaliyyət ilə bağlı olmayan digər tədbirlərə cəlb edilməsinə yol verilməsin.

Bu göstərişin icrasına nəzarət nazir müavinlərinə, Baş Kadrlar və Şəxsi Heyətlə İş İdarələrinə tapşırılıb. Əlavə olunub ki, polis əməkdaşlarının istirahət hüquqlarına riayət edilməsinin vəziyyəti rübdə bir dəfə araşdırılıb nazirə məruzə olunmalıdır.
16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti