Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb - FOTO
Vilayət Eyvazov Bolqarıstan Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinov ölkəmizə rəsmi səfərə gəlib.

DİN-dən APA-ya bildirilib ki, noyabrın 21-də cənab Mladen Marinov və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarını və  Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bolqarıstan Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

V. Eyvazov M. Marinovun Sofiya şəhəri Daxili İşlər Direktoratlığının rəisi vəzifəsində çalışarkən Avropa paytaxt polis rəislərinin 2015-ci il avqust ayında Bakıda keçirilmiş 37-ci konfransında iştirakını məmnunluqla xatırladıb.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli inkişaf və tərəqqi yolu keçdiyini, beynəlxalq nüfuzunun yüksəldiyini, respublikamızda əsrlər boyu müxtəlif dinlərə, millətlərə mənsub insanların qarşılıqlı ehtiram və həmrəylik şəraitində yaşadıqlarını diqqətə çatdıran nazir son illər əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib, belə qarşılıqlı səfərlər və təmasların əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəyini bildirib.

Daha sonra V. Eyvazov müstəqilliyin ilk illərində ölkədə hökm sürmüş hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti, eyni zamanda, Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi, yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayişin, əmin-amanlığın bərpa edilməsi, kriminogen durumun nəzarət altına alınması, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün görülən işlər barədə qısa məlumat verib.

Daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlar barədə məlumat verən nazir əməliyyat-xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması istiqamətində görülən işlər barədə danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Bolqarıstanın verdiyi dəstəyin respublikamızda yüksək qiymətləndirildiyini nəzərə çatdıran nazir V.Eyvazov siyasi, iqtisadi-ticari əlaqələrin dinamik inkişafının təhlükəsizliyin etibarlı təmini ilə birbaşa əlaqəsi olduğunu qeyd edib, hazırkı səfərin ölkələrimizin Daxil İşlər nazirlikləri arasındakı əməkdaşlığın möhkəmləndirilməsində önəmli mərhələ olacağına əminliyini ifadə edib. Bu gün dünyadakı mövcud təhdid və çağırışların terrorizmlə, ekstremizmlə, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın bütün növləri ilə mübarizədə səylərin
birləşdirilməsinin zəruriliyi, belə qlobal xarakterli təhlükələrə qarşı kəsərli tədbirlərin görülməsində operativ informasiya və qabaqcıl təcrübə mübadiləsinin, əməkdaşlığın müqavilə-hüquqi bazasının daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra general-polkovnik V.Eyvazov bu yöndə ekspertlərin iştirakı ilə 27 aprel 2012-ci tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokolun hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldığını, ölkəmizin Avropa İttifaqının üzvü olan bir dövlətlə ilk dəfə imzalanması
nəzərdə tutulan həmin sənəddə hər iki tərəfin maraq və mənafelərinin, beynəlxalq öhdəliklərinin nəzərə alındığını qeyd edib, onun cinayətkarlığa qarşı mübarizə sahəsində birgə işbirliyinin səmərəliyinin daha da artırılmasına xidmət edəcəyinə əminliyini bildirib.

Mladen Marinov Bolqarıstanın ilk Daxili İşlər naziri kimi respublikamıza rəsmi səfər etməsindən fəxarət duyduğunu, dövlətlərimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb, rəhbərlik etdiyi qurumun çoxşaxəli funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəsindəki mövcud kriminogen durum, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşün sonunda Daxili İşlər nazirləri “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokolu imzalayıblar.

Qəbulda ölkəmizin Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov iştirak ediblər.
 

 
16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti