“Bundan sonra da daha böyük addımlar atılacaqdır” — Prezident islahatlardan danışdı

“İslahatlar bizim şüurlu seçimimizdir. Struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. İqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır”.
Bunu Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.

Prezident vurğulayıb ki, bu, sosial sahəyə böyük diqqət yetirməyə imkan verir:
“Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik.Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz”.
İlham Əliyev islahatlarda yaş həddi ilə bağlı məsələyə də toxunub:
“Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meylliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var”
16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti