![]() |
|
İzacəsiz ova cəhd edən şəxs saxlanılıb və 1000 manat cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.
Araşdırma zamanı brakonyerin İmişli şəhər sakini Rüstəm Ələsgərov olduğu müəyyən edilib.
Faktla bağlı R.Ələsgərov barəsində protokol tərtib olunub, inzibati qaydada1000 manat cərimə edilib və ov tüfəngi götürülüb.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni şəxs təyin edilib.
XİN-dən verilən məlumata görə, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin olunub.
Qeyd edək ki, L. Abdullayeva 2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.
Prezident İlham Əliyev bir qrup təhsil işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
dövlət başçısının sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abbasova Sevinc Ağaməmməd qızı
Abduxalıqov Telman Məhərrəm oğlu
Abdullayeva Bahar Fərzalı qızı
Abdullayeva Hədiyyə Veysəl qızı
Abışova Aliyə Eyvaz qızı
Ağayev Kamil Xudaşükür oğlu
Allahverdi Hidayət Fehruz oğlu
Aşurova İmarət Abdulkərim qızı
Babayeva Nəzakət Heybət qızı
Bağırova Adilə Nəriman qızı
Baxşəliyeva Diləfuruz Musa qızı
Baqişeva Amaliya Həsən qızı
Balaqardaşova Afət Səlvər qızı
Bullayeva Nəzani Abdulvaris qızı
Cabbarova Tahirə Mustafa qızı
Cəfərov Zaur Əlizadə oğlu
Cümşüdov Asif Cümşüd oğlu
Dadaşova Fidan Mahir qızı
Dəmirova Aidə Saday qızı
Əhmədov Nizami Hüseyn oğlu
Əhmədova Dərya Hidayət qızı
Əhmədova Svetlana Ədalətovna
Ələkbərova Gülnar Camal qızı
Əliyev Kəmaləddin Qurban oğlu
Əliyeva Məlahət Avıl qızı
Əmrahova Sevinc Zakir qızı
Əskərov Vilayət İsa oğlu
Əskərova Cəmilə Səlim qızı
Hüseynov Eldəniz Nəriman oğlu
Hüseynov Eldəniz Zahid oğlu
Hüseynova Məlahət Seyfəddin qızı
Hüseynova Ülviyyə Misirxan qızı
Xəmmədova Sevil Ənvər qızı
İbrahimova Gülbəniz Qeyrət qızı
İsmayılova Lyubov Vladimirovna
Qasımov Dadaş Həsən oğlu
Qayayeva Yasəmən Naib qızı
Qazıyev Azər Arif oğlu
Qədirli Sevda Həzrətqulu qızı
Liftiyev Rasim Şahab oğlu
Məcnunov Aydın Tapdıq oğlu
Məmmədov Vahid Abasqulu oğlu
Məmmədov Yavər Allahverdi oğlu
Məmmədova Elmira Yasın qızı
Məmmədova Zahidə Faiq qızı
Mirzəyeva Rüxsarə Məhərrəm qızı
Musayeva Kəmalə Hüseyn qızı
Namazov Şahingöz Yunis oğlu
Nəcəfov Əli Nəcəf oğlu
Nəcəfova Rəfiqə Rza qızı
Novruzov Rafiq Manaf oğlu
Novruzova Tamilla Gülağa qızı
Osmanov Osman Əhəd oğlu
Rüstəmov Kamaləddin Paşa oğlu
Seyidova Sədaqət Neymət qızı
Səmədova Aygün Ələsgər qızı
Səmədova Səkinə Çərkəz qızı
Şıxəliyeva Yeganə Şıxəli qızı
Vəliyeva Raifə İsmayıl qızı
Yusifov Avaz Abdulla oğlu
Zeynalov Abusət İsaq oğlu
Zeynalov Ziyafət Məmmədbağır oğlu
Zeynalova Fatma Nurəddin qızı.
Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə hərbi xidmətə yolasalınan gənclərlə görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, görüşdə çıxış edən icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hərbi xidmətə yeni çağırılmış gənclərə yollarının açıq, sağ-salamat gedib, sağ-salamat evlərinə, ailələrinə dönmələrini arzulayıb.
Ş.İbadov əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirdiyini bildirib.
Diqqətə çatdırıblar ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Sonda hərbi vətənpərvərlik sahəsi üzrə keçirilən tədbirlərdə fəal iştirakına, həmyaşıdları arasında nümunəvi davranışına və təhsilində fərqləndiyinə görə bir qrup şagirdlərin Fəxri Fərmanla, hərbi xidmətə yolasalınan gənclər isə hədiyyələr ilə təltif olunub və Azərbaycan Respublikasının üçrəngli bayrağını öpərək həqiqi hərbi xidmətə yola salınıblar.
Nazirlər Kabineti “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişikliklər edib.
“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə görə, icra məmurlarının fəaliyyətinə nəzarəti həyata keçirən qurumlar sırasına Ədliyyə Nazirliyinin Probasiya Xidməti də əlavə edilib.
Bundan başqa yoxlama aparan şəxs ictimai işlər növündə, cərimə növündə cəzanın icrası, müəyyən vəzifətutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəzanın icrası, islah işləri, azadlığın məhdudlaşdırılması, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaların, ictimai işlər növündə inzibati tənbehin icrasına baxan icra məmuru tərəfindən qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsini, icra məmurları tərəfindən şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasının çəkilməsi təxirə salınmış məhkumlara, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini yoxlayacaq.
Nazirlər Kabineti “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında qərarlarında dəyişikliklər edib.
“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliklərə görə, Dövlət Miqrasiya Xidməti bundan sonra Azərbaycan Respublikasında 10 gün deyil, 15 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət və sənədləri qəbul edəcək.
Bundan əlavə, viza almaq üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti deyil, əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti tələb olunacaq. Bu sənəd tranzit və turizm vizalarına şamil olunmur.
Həmçinin Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, dəvətin səbəbini təsdiq edən sənəd tələb olunacaq. Tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur.
Oktyabr ayında Azərbaycanda hava şəraitinin yağmurlu olacağı gözlənilir. Belə ki, ekoloq Telman İsmayılov bildirib ki, bu ayın birinci yarısında Azərbaycanda hava şəraiti mülayim keçəcək. Ancaq 13-14 oktyabrdan başlayaraq respublika ərazisində güclü yağışlar yağacaq.
Xatırladaq ki, sentyabrın 23-də Bakıda güclü yağış yağmışdı. Bir neçə dəqiqə davam edən yağış nəticəsində paytaxtın bəzi küçələri keçilməz həddə gəlmişdi. Bəzi yerlərdə suyun dərinliyi yarım metrə qədər çatmışdı. Doğrudur, Bakıda normadan artıq yağış yağmışdı. Ancaq “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi də buna səbəb kimi göstərilə bilər.
Bəs müvafiq qurumlar güclü yağışlarda bu kimi problemlərin təkrarlanmaması üçün hansı işləri görüblər?
“Yeni Müsavat”a danışan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, onlar lazımi tədbirləri görürlər:
“Sentyabrın 23-də yağan güclü yağış palçıq, qum, çınqılları bizim kollektorlarımıza daşıyıb gətirdi. Yağış kəsəndən dərhal sonra kollektorlarımızın tam ötürücülük qabiliyyətinin təmin olunması üçün monitorinqlərə başladıq. Nəcəfqulu Rəfiyev küçəsində, Bülbül prospektində nəqliyyatın sıxlığından asılı olaraq gecə və gündüz saatlarında xətlərin yuyulması işini həyata keçiririk. Çalışırıq ki, onları qumdan, çınqıldan təmizləyək ki, xətlərin tam ötürücülük qabiliyyəti bərpa olunsun. Yağış barmaqlıqları ilə kanalizasiya baxış quyularının açılması ilə ora bərk məişət tullantıları, daş, çınqıl, torpaq tökülüb. Bunların da təmizlənməsi işlərini həyata keçiririk. Onu da deyim ki, bu işləri həm Bakı Su Kanal İdarəsinin, həm də yerli rayon su kanalı idarələrinin əməkdaşları həyata keçirirlər. Bakı Su Kanal İdarəsi əsasən iri diametrli kollektorların və xətlərin yuyulması işini həyata keçirir. Yerli su kanalı idarələri isə nisbətən kiçik diametrli xətlərin yuyulması və təmizlənməsi işlərini həyata keçirir. Xətlərin yuyulması işləri xüsusi maşınlarla, yüksək təzyiqlə həyata keçirilir”.
“Yeni Müsavat”a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, onlar da lazımi işləri görürlər:
“Yağış zamanı piyada keçidlərinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində zəruri olan yerlərdə yağış, kanalizasiya xətləri çəkilərək, yeni barmaqlıqlar quraşdırılır. Mövcud yağış-kanalizasiya xətləri yuyularaq bərpa olunur. Köhnə yağış baramaqlıqları isə yenisi ilə əvəzlənir. Görülən kompleks tədbirləri çərçivəsində intensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərində suların kənarlaşdırılması üçün nəzərdə tutulmuş, ötürücülüyün artırılması məqsədilə əlavə xətlər də çəkilir. Heydər Əliyev prospektində Böyük Şor yolu qovşağından Sabunçu yol qovşağı istiqamətində yağışların kənarlaşdırılması üçün əlavə, 60 metr uzunluğunda xətt çəkilir. Ərazidə həmçinin yağış barmaqlıqları quraşdırılıb. Bundan başqa isə Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində də işlər aparılır. Burada uzunluğu 325 metr olan əlavə xətlərin çəkilişi işləri görülür. Məqsəd həmin ərazidə intensiv yağışlar zamanı yolun hərəkət hissəsində yığılıb qalan yağış sularının vaxtında kənarlaşdırılmasıdır. Ərazidə 9 ədəd yağış barmaqlıqlarının da quraşdırılması nəzərdə tutulub. Bundan başqa, qeyd edim ki, kiçik həcmli yağış barmaqlıqları böyük ölçülü barmaqlıqlarla əvəz olunub. Bu işlər çərçivəsində təqribən 100-ə yaxın yağış barmaqlığı da dəyişdirilib. Həmçinin yol kənarında yerləşən yağış barmaqlıqları ilə yağış kanalizasiya quyularına ötürücülük bərpa olunub. Bu istiqamətdə də işlər davam etdirilir”.
Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yaymışdı. Xəbərdə bildirilirdi ki, oktyabrın 5-6-da ölkə ərazisində hava şəraiti kəskin pisləşəcək, leysan olacaq, dolu düşəcək, dağlıq rayonlara qar yağacaq.
sözügedən məlumat nazirliyin saytına “Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq” başlığı ilə yerləşdirilib. Amma xəbərdə təhlükənin nədən ibarət olması barədə məlumat verilməyib.
Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.
Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın olacağı bildirilir.
Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.