“Azərpoçt”un adından gələn mesajlarla bağlı

 

Bəzi abunəçilərin telefonlarına “Azərpoçt”un adından müxtəlif mesajlar göndərilir.

Bununla bağlı qurumun mətbuat sözçüsü Günel Gözəlova sosial şəbəkədə məlumat yayıb. O qeyd edib ki, "Azərpoçt"MMC-nin adından mobil telefonlara gələn mesajlar saxtadır və saxtakarların işidir: “Biz bununla bağlı mediaya açıqlama da vermişdik.

 

Xahiş edirik,aldanmayın!”.

 

 




 

 

“Bakıda turistlər pul xırdalamaq üçün əziyyət çəkir”

“Bu gün Azərbaycanda bir dənə də olsun valyuta dəyişmə məntəqəsi yoxdur. Axı, niyə? Biz valyuta dəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik”.

Bunu deputat Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, banklar şənbə və bazar günləri işləmir: “Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyuta dəyişmə məntəqəsi harda var? Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkir. Niyə görə bir dənə də valyuta dəyişmə məntəqəsi yoxdur?”

 

 R.Quliyev iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib. “Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər olmasa, bununla bağlı açıqlama verin. Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük”.

Deputat Vahid Əhmədov da bunun ciddi bir problem olduğunu və insanlarda narazılıq yaratdığını bildirib. O, qeyd edib ki, bu məsələ artıq həllini tapmalıdır, bəhanələrə son qoyulmalıdır”.

 

 

“Vətən uzaqda deyil”

 

Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə layihəsi olan “Vətən uzaqda deyil” diaspor proqramının ilk buraxılışı sentyabrın 24-dən 25-nə keçən gecə saat 00.10-da yayımlanacaq. 

Komitədən daxil olan xəbərə görə, ilk buraxılışda “Cümhuriyyətun 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsindən bəhs ediləcək. 37 ölkədən gəlmiş gənclərin Yay düşərgəsi və Azərbaycan haqqında təəssüratları, diaspor gənclərinin gələcəyə baxışı, ölkəmizdə və xaricdə yaşayan gənclərin maraqlı debatı, diaspor gənclərini vətənə bağlayan tellər və s. kimi məsələlərlə ilk buraxılışda tanış ola bilərsiniz.

Layihənin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, soydaşlarımızı maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və  soydaşlarımız arasında, eləcə də soydaşlarımızla tarixi vətənləri arasında etibarlı körpü yaratmaqdan ibarətdir.

 

 “Vətən uzaqda deyil” TV layihəsinin buraxılışlarını Dövlət Komitəsinin onlayn “Diaspor TV” ünvanında da izləyə bilərsiniz.

 

 

 

Bu gün də yağış yağacaq?

 

Ötən gün baş verən yağışlı hava bu gün də davam edə bilər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-19°, gündüz 23-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 23-28° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Havanın temperaturunun gecə 6-11°, gündüz 13-18° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 12-17°, gündüz 22-27° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Temperatur gecə 10-15°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 14-19°, gündüz 26-31° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 17-19°, gündüz 23-26° isti, dağlarda gecə 8-13° isti , gündüz 15-20° istilik təşkil edəcəyi ehtimal olunur.

Bölgələrdə qərb küləyinin əsəcəyi proqnozlaşdırılır.

 

 

Bu gün səhər saatlarında Bakının müxtəlif hissələrinə yağan intensiv yağışın yaratdığı çətinliklər aradan qaldırılır.

Ardını oxu...

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Ardını oxu...


Bundan sonra əlillər də arabaları ilə metropolitendən istifadə edə biləcək.

Ardını oxu...

 

İlham Əliyev şəxsi hesabına məscid tikdirəcək

Prezident İlham Əliyev "Fatimeyi Zəhra" məscidini şəxsi vəsaiti hesabına tikdirmək istəyir.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. 

 QMİ sədri bildirib ki, Məhərrəm ayından sonra prosesə başlanılacaq.

Kənd təsərrüfatı üçün uyğun olan, əkinə-biçinə münasib münbit torpağı təyinatı üzrə istifadə etməyib torpağı korlayan kəndlilərə cərimə kəsilib.

Ardını oxu...

 

İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

 

İqtisadiyyat naziri Şahin Mustafayev sabah Gəncədə Gəncə şəhəri, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535) keçiriləcəkdir.

 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.azelektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78; (050) 395-91-97, elektron poçt ünvanı: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbər lenti