![]() |
|
Azərbaycan dilində səslənməsi və tələffüzü çətin olan sözlərin lüğəti hazırlanıb.
AMEA Nəsimi adına Dilçilik İnstitutundan Trend-ə verilən məlumata görə, institutun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi dosent Nərgiz Hacıyevanın hazırladığı “Azərbaycan dilinin paronimlər lüğəti” artıq işıq üzü görüb.
Lüğətin elmi redaktorları professorlar Tofiq Hacıyev və İsmayıl Məmmədlidir. Lüğətin rəyçiləri professor Qara Məşədiyev, Nadir Məmmədli və dosent İntizar Salahovadır:
“Azərbaycan dilində çətin tələffüz olunan bir sıra sözlər var ki, bunlar eyni və müxtəlif köklü olaraq, dilçilikdə paronim sözlər adlanır. “Azərbaycan dilinin paronimlər lüğəti” paronimlər barədə yazılan ilk lüğətin genişləndirilmiş şəkli olub, 1600-dan çox sözü əhatə edir. Lüğət “Ön söz”, əlifba sırası ilə düzülmüş paronim sözlər, frazeoloji paronimlər və somatik frazeoloji paronimlərin izahından ibarətdir. Nitqdə bəzən kalambur məqsədilə, bəzən də bilməyərəkdən səhv işlədilən bu sözlərdən bədii ədəbiyyatda geniş istifadə olunur”.
Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesi aparılır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.
Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilib, onlara planlı şəkildə qulluq göstərilib.
Qış istismar rejiminə keçid soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə icra olunub.
Hazırda Azərbaycanda Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir.
Artıq bir müddətdir ki, tezyetişən sortunun yığılması başlayan narın saxlanılma müddəti də elə yetişməsindən asılıdır.
Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu var.
Narın özü kimi qabığı, budaqları da dəmlənilib içildikdə bir çox xəstəliklərə dəva olur. Narın qabığını çay kimi dəmləyib, mədə-bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər.
“Qafqazinfo”nun əməkdaşı Pərvin Zeynalın Göyçayın Aşağı Qaraməryəm kəndindəki nar bağlarından hazırladığı foto-reportajı təqdim edirik.
83 ədəd yulğun kolunu kökündən çıxaran kəndli ilə bağlı toplanmış sənədlər Sabirabad Prokurorluğa göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Axar.az-a verilən məlumata görə, Sabirabad rayon Salmanlı kəndi ərazisində yaş köküstə 83 ədəd yulğun kolunun kökündən çıxarıldığı aşkar edilib.
Araşdırma zamanı yulğun kollarının Salyan rayon Yuxarı Noxudlu kənd sakini Vaqif Babayev tərəfindən çıxarıldığı məlum olub.
Faktla bağlı V.Babayev barəsində akt tərtib olunub və təbiətə 6640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sabirabad rayon Prokurorluğuna göndərilib.
09:40
İqtisadçı alim Qubad İbadoğlunun təklifləri olduqca maraqlı və cəlbedicidir.