![]() |
|
Hava Limanı yolu, Heydər Əliyev, Babək, Nobel prospektləri və bu kimi Bakıətrafı əsas yolların qar və buzdan təmizlənməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən addım atılacaq. Şəhəriçi yolların təmizlənməsi isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Bu sözləri Axar.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bakı şəhərinin enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qar və buzdan təmizlənməsi üçün tədbirlər planı hazırlanması ilə bağlı danışarkən bildirib.
A.Nəcəfli deyib ki, Bakının bütün giriş və çıxışları, xarici dairəvi yol, hava limanı şosesi və bu kimi digər 30 ərazisi qış boyunca xüsusi nəzarətdə saxlanılacaq. Qar və buz hər hansı maneə yaratdığı təqdirdə operativ müdaxilə ilə hərəkətin müntəzəmliyi təmin ediləcək:
"Qar yağan kimi qurum dərhal 24 saatlıq gücləndirilmiş iş rejiminə keçəcək. Ən kritik yol Bakı dairəvi yolu hesab edilir. Bura açıqlıq sahə olduğuna görə ən çox yağıntı da bura düşür, külək də güclü olur. Bu səbəbdən bura xüsusi diqqətimizdədir.
Bundan başqa, xüsusilə Hava Limanı yolu, Heydər Əliyev, Babək, Nobel prospektləri və Bakıətrafı əsas yolların qardan-buzdan təmizlənməsi Agentlik, şəhəriçi yolların təmizlənməsi isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Sinoptiklərin xəbərdarlığından sonra texnikalar müəyyən edilmiş ərazilərə çıxarılacaq”.
Xatırladaq ki, 2018-2019-cu ilin qış mövsümündə Bakı şəhərində 257 ədəd maşın-mexanizmlərin (21ədəd avtoqreyder, 34 ədəd avtoyükləyici, 131 ədəd yükünü özüboşaldan, 16 ədəd qum səpən, 6 ədəd qar yükləyən, 19 ədəd ekskavator, 22 ədəd yol süpürən, 14 ədəd su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtgü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb. Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700 maşın-mexanizm hazır vəziyyətə gətirilib.
Azərbaycanda ümumi təhsil müəssisələrində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.
Report xəbər verir ki, bu, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd olunub.
Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.
Yeni hazırlanan qanun layihəsi parlamentin “Elm və təhsil” komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Komitə sədri İsa Həbibbəyli bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a averilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz , gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 5-də bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti təşkil edəcək.
2014-cü ilindən etibarən Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində işləmək üçün direktorları ilk dəfə olaraq bir neçə mərhələli müsabiqə ilə seçməyə başladı. Əlbəttə, ümumilikdə bu müsabiqəni müsbət adlandırmaq olar, ancaq seçim üçün 3 aylıq təlim, test və müsahibə kifayət deyil.
Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov bu il ərzində məktəb direktorları ilə bağlı mediada yazıların dərc edilməsi, direktorlar barədə polisə, hətta məhkəməyə müraciət edilməsi və buna gətirib çıxaran səbəblər barədə danışarkən deyib.
O bildirib ki, 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan bəzi şəxslər bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib:
“Direktorların seçilməsi üçün keçirilən müsabiqədə boşluqlar var. Onlara təqdim edilmiş suallar iddiaçıların psixoloji durumunu yoxlamağa imkan vermir. Sizə statistik məlumatlar deyim: Bakı üzrə 317 məktəbdən 70-a yaxınının direktoru müsabiqə yolu ilə seçilib. Azərbaycan üzrə isə 4500 məktəbdən cəmi 340-a yaxınının direktoru bu müsabiqə ilə təyin olunub. 4500 rəqəminin yanında bu, çox aşağı rəqəmdir.
Təəssüf ki, 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan şəxslər var ki, onlar bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib, məktəblərdə qeyri-şəffaf mühit yaradıblar. Onların yerinə gələn təzə direktorlar isə bu mühitdə çalışa bilmirlər. Çünki köhnə qaydaları öyrənən kollektiv yenilik gətirmək istəyən şəxsi qəbul etmək istəmir”.
Ekspert hesab edir ki, məktəb direktorunun bu vəzifəni tutması üçün onun imtahandan keçməsi kifayət etmir:
“Test mərhələsində təqdim edilmiş suallar tam şəkildə təhsilin miqyasını əhatə etmir. Düşünürəm ki, imtahan prosesini daha da təkmilləşdirmək, müsabiqə və müsahibədən uğurla keçənləri təlimlərə cəlb etmək, ardınca peşəkar direktorların yanına direktor müşaviri kimi təyin etmək lazımdır. Bundan sonra onların təyinatını həyata keçirmək olar. Çünki təcrübəsiz şəxslərin adi test yolu ilə qəbul edilməsi daha ciddi fəsadlara yol aça bilər”.
K.Əsədov bildirib ki, hazırda hətta yeni qaydalarla direktor vəzifəsinə qəbul edilən şəxslər də təhsil müəssisəsində özlərini şah, xan kimi aparırlar:
“Sanki onların qeyri-məhdud səlahiyyətləri var. Amma real vəziyyət odur ki, onların bir çoxunun təhsil qanunvericiliyindən, məktəb idarəetməsindən, təhsil standartları və strategiyasından xəbəri yoxdur. Onlar yalnız müsabiqə və müsahibə zamanı əzbərçilik yolu ilə uğur əldə ediblər. Bir çoxları isə müsahibə zamanı özlərini aktyorluğa qoyub uğur qazananlardır.
Hesab edirəm ki, hər bir direktorun tədris ilinin sonunda çalışdığı məktəbin müəllim və şagird heyəti tərəfindən anonim məmnunluq sorğusunu keçirmək, bundan sonra onun növbəti ildə fəaliyyəti barədə düşünmək lazımdır”.
Dekabrın 3-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar Bakı şəhərində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası işə başlayıb. Tədbirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib, burada nümayiş olunan əl işlərinə baxıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sərgi barədə ətraflı məlumat verib. Bildirilib ki, üç gün davam edəcək tədbirdə ölkəmizin müxtəlif bölgələrindən fiziki məhdudiyyətli 250 nəfərdən çox şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələrdən ibarət 1500-dən çox əl işi nümayiş olunur. Sərgidə, eyni zamanda, əl işlərinin satışı təşkil edilib. Bu da əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması məqsədi daşıyır.
Leyla Əliyeva əl işlərinin müəllifləri olan fiziki məhdudiyyətli şəxslərlə və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib.
Sonra xüsusi bacarıqları ilə fərqlənən iştirakçılara mükafatlar təqdim edilib.
Bakıda bəzi ərazilərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsində qalxma müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakının Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi yüksəlir.
Şuşa şəhərciyi subasma sahəsində, Daş Karxanası yaşayış massivində də atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi qalxıb.
Sabunçu rayonunda Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Xəzər rayonunun Qala qəsəbəsində də eyni səbəbdən qrunt sularının səviyyəsi qalxır.
Binəqədi rayonunda Binəqədi 1-ci mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsinin Məlik Aslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsində artım qeydə alınır.
Qeyd edilib ki, sadalanan ərazilərin hamısında subasma prosesin dinamikasında stabil gərgin vəziyyət müşahidə edilib.
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini 250-dən artıq yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsində təklif olunan eksklüziv endirimlər və imtiyazlarla təmin edir.
Axar.az xəbər verir ki, artıq 5 ildir ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”a 3 milyona qədər “Bakcell” abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.
“Ulduzum” proqramının ən aktiv tərəfdaşları siyahısında yer alan “Hesab.az” portalı, “Park Cinema” kinoteatrlar şəbəkəsi, “166 Yük Taksisi” xidməti, “İdeal” və “Poppy Gallery” mağazalar şəbəkəsi cari mövsümdə istifadəçilərin sayı üzrə ən yüksək nəticə göstərib.
Qeyd edək ki, 2018-ci ilin may ayından etibarən “Ulduzum” tərəfdaşı olan “166 Yük Taksisi” xidmətinin 12000 nəfərdən çox müştərisi bu günə kimi proqram vasitəsilə müxtəlif endirimlərdən yararlanıb. Həmin abunəçilərə heç bir əlavə şərt olmadan yük taksisi və evakuasiya xidmətlərinə 10%, təmizlik xidmətlərinə isə 15% endirim təqdim olunur.
“Ulduzum” Loyallıq Proqramı geniş partnyor şəbəkəsi ilə öz istifadəçilərinə böyük imkanlar yaradır. Proqram tərəfdaşlıq etdiyi hər bir şirkət üçün müştəri loyallığının artırılmasında mühüm rol oynayır. Müştərilərimiz endirimdən istifadə etməyə çox maraq göstərirlər. ”166 Yük Taksisi” olaraq "Bakcell" şirkətinin “Ulduzum” proqramı ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk”, deyə “166 Yük Taksisi” şirkətinin Marketinq meneceri Rüfət Əliyev bildirib.
Proqramın digər ən aktiv partnyorlarından olan “Park Cinema” kinoteatrlar şəbəkəsi 16000-dək “Ulduzum” istifadəçisinə 3 kinoteatrda (Park Bulvar, Metropark, Park Zağulba ticarət mərkəzlərində yerləşən kinoteatrlar) həftənin hər cümə axşamı bütün seanslara hər 2-ci bileti pulsuz əldə etmək imkanı təqdim edilib.
“Müştərilərimiz arasında bu kampaniyaya böyük maraq var və aldığımız müştəri rəyləri arasında bu imkanın digər günlərə şamil edilməsi təklifləri də çoxdur. İstənilən şirkətin bazarda rəqabət aparmaq üçün müştəriyönümlü olması çox vacibdir. Çünki bu, müştəriyə şirkət tərəfindən verilən dəyərin göstəricisidir. "Bakcell" Azərbaycanın ilk mobil operatorudur, “Park Cinema” isə 1-ci kinoteatr şəbəkəsidir. Bazarın liderləri ilə çalışmaq hər zaman yeniliklərə imza atmaq deməkdir. Biz hər zaman Ulduzum və "Bakcell" şirkəti ilə yeni kampaniyalar keçirməyə və bu layihəyə dəstək olmağa hazırıq”, deyə Park Cinema kinoteatrlar şəbəkəsinin Satış və Marketinq Direktoru Musa Axundov bildirib.
“Ulduzum” proqramının üstünlükləri müştərilərə təkcə böyük endirimlər və imtiyazlar verməkdən ibarət deyil. Proqramın əsas məqsədlərindən biri də abunəçilərin gündəlik həyatına rahatlıq gətirməkdir. Proqram ölkənin ilk və ən innovativ mobil operatoru ilə onun böyük və dəyərli müştəri ailəsi arasında loyallıq, etibar və şəffaflığa əsaslanan möhkəm münasibətlərin qurulmasına xidmət edir. “Ulduzum”un daha bir özəlliyi ondan ibarətdir ki, proqramdan təkcə “Bakcell” abunəçiləri yox, həm də endirim təqdim edən tərəfdaşlar faydalanır.
Hər bir “Bakcell” müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az səhifəsində əldə oluna bilər.
“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti sosial aksiyasını gerçəkləşdirib. 3 dekabr – Beynəlxalq Əlillər Günündə mobil operator fiziki məhdudiyyətli insanlara dəstək nümayiş etdirib.
Axar.az xəbər verir ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların bir-biri və yaxınları ilə daha rahat ünsiyyət qurması üçün onları limitsiz internetli “Nar” nömrələri ilə təmin edib. Təqdim edilən “Nar” nömrələri ilə eşitmə və nitq məhdudiyyətli şəxslər video zəng edə bilər. Video zəng vasitəsilə eşitmə və nitq məhdudiyyətli şəxslər öz fikirlərini işarət dilində izah etməklə yaxınları ilə daha rahat ünsiyyət qura biləcəklər. Bununla da məsafədən asılı olmayaraq, əlaqə problemlərindən uzaq olacaq və cəmiyyətə daha asan inteqrasiya olunacaqlar. Qeyd edək ki, nömrələr "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin üzvlərinə təqdim edilib.
Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nün "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Məqsəd cəmiyyəti fiziki məhdudiyyətli insanların problemlərinin həllinə cəlb etmək, onların bütün hüquqlarını qorumaqdır.
3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini jestlərlə izah edən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib. Məlumat xarakterli vəsait sayəsində eşitmə və nitq məhdudiyyəti olan insanlar və onların yaxınları daha çox söz toplusu əldə edəcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Fiziki məhdudiyyətli şəxslərə dəstək “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif layihələr gerçəkləşdirib. Qeyd edək ki, “Azerfon” (“Nar” ticarət nişanı) şirkətinin əməkdaşları arasında hazırda fiziki məhdudiyyətli şəxslər də var.
“Nar”ın KSM strategiyası haqqında daha ərtaflı məlumatı nar.az saytından əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.