“Qarabağ”ın yeni transferi Ailton Silva Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə Albaniyadakı ilk oyunu buraxacaq.

Axar.az xəbər verir ki, bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, braziliyalı sol cinah müdafiəçisi hələ “Neftçi”də çıxış edərkən cəzalı duruma düşüb.

24 yaşlı futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində Monteneqronun “Mladost” klubu ilə cavab oyununda (1:1) qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalandırılmışdı. Cəzasının 2 oyununu çəkən Ailton daha bir avrokubok matçını buraxmalıdır ki, bu da “Qarabağ”ın heyətində “Partizani” ilə ilk görüşə təsadüf edəcək.

Qeyd edək ki, iyulun 10-da keçiriləcək “Partizani” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq. “Dalğa Arena”dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.

Yaxşı oyun oldu. Görüş 2:2 hesabı ilə başa çatmasına baxmayaraq, istədiyimiz çox şey alındı.

Ardını oxu...

 

Sabir Cəfərov erməniyə qalib gəlib çempion oldu

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı sona çatıb.

Altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulub.

İlk mərhələdə Rusiya güləşçisiylə qarşılaşan Murad Haqverdiyev əzmkar qələbəyə sevinib. 1/4 finalda Moldova təmsilçisini çətinlik çəkmədən üstələyən Haqverdiyev adını yarımfinala yazdırıb. Türkiyə güləşçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fəndi icra edən Murad finala vəsiqə qazanıb. Həmyerlimiz iyunun 23-də baş tutan həlledici görüşdə gürcü rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

Kənan Heybətov ilk mərhələdə Fransa təmsilçisinə aman verməyib. Həmyerlimiz daha sonra Türkiyə güləşçisinə vaxtından əvvəl qalib gəlib. Italiya təmsiçisi də Heybətov qarşısında duruş gətirməyib. Ancaq yarımfinalda ukraynalı rəqibinə bata bilməyib. Bununla belə, Belarus təmsilçisinə ilk hissədə qalib gələn Kənan Avropa üçüncüsü olub.

Sabir Cəfərov debütdə Polşa idmançısı üzərində erkən qələbə qazanıb. Ardınca Belçika nümayəndəsini yolundan kənarlaşdıran yığma üzvü 1/4 finalda alman həmkarına da göz açmağa imkan verməyərək yarımfinala yüksəlib. Rumıniya güləşçisinə də rahat qalib gələn Cəfərov finalda güləşməyə haqq qazanıb. İyunun 23-də prinsipial qarşılaşmaya çıxan Sabir erməni güləşçi üzərində 6:1 hesablı parlaq qələbəylə Avropa çempionu olub. 

Məhəmmədəli Əliyev yarışa Polşa idmançısı üzərində inamlı qələbəylə başlayıb. Ancaq 1/8 finalda Rumıniyadan olan rəqibiylə bacarmayıb.

Saqadulla Ağayev ilk mərhələdə mübarizəni dayandırıb. Ancaq rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyunun 23-də təsəlliverici görüşlərə çıxıb. Ağayev əvvəlcə yunan həmkarına vaxtından əvvəl qalib gəlib. Daha sonra bolqar rəqibinə eyni aqibəti yaşadan Saqadulla bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Son görüşdə Makedoniya təmsilçisini də rahat üstələyən Ağayev bürünc medalı boynundan asıb.

Beləliklə, sərbəst güləş yığmamız qitə birinciliyini 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.

“Qarabağ” ÇL-də bu 5 rəqibin biri ilə qarşılaşacaq

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

Püşkatmadan bir gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb.

Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

"Valetta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan).

Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkatma mərasimi sabah saat 14:30-da başlayacaq.


“Çelsi” final hazırlığını tamamladı

Avropa Liqası finalı çərçivəsində sabah Bakıda “Arsenal”la qarşılaşacaq. “Çelsi” Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşqinə çıxıb.

“Qafqazinfo” “zadəganlar”ın məşqindən fotolarl təqdim edir:

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal

 
















İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda daha bir ilk yaşanacaq.

Report-un məlumatına görə, komandaların həlledici matç üçün iştirak ərizələrinə 18 əvəzinə 23 oyunçu daxil ediləcək. Bununla da ehtiyat oyunçular skamyasında 12 futbolçu yer alacaq.

Finalçılardan "Arsenal" mayın 25-də Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib. Baş məşqçi Unay Emeri final matçında bir oyunçusunun xidmətindən yararlana bilməyəcək. Digər finalçı "Çelsi" isə bu gün axşam saatlarında Bakıda olacaq.

Avropa Liqasının finalında həmçinin ilk dəfə Video-Köməkçi Hakim (VAR) sistemindən də istifadə olunacaq.

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

İngiltərənin “Arsenal” klubunun Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı təxribat xarakterli planları alt-üst olub.

ONA-nın məlumatına görə, London təmsilçisi mayın 29-da keçiriləcək oyundan öncəki isinmə hərəkətlərində meydana arxasında Henrix Mxitaryanın adı yazılan formalarla çıxmağı planlaşdırırmış.

Azərbaycanda keçirilən görüşə gəlməkdən imtina edən erməniyə dəstək olmaq istəyən “topçular”ın bu arzusuna UEFA əngəl olub. Avropa futbol qurumu hər hansı belə addımın qaydalarla qadağan olunduğunu bəyan ediblər. Komandaların matç zamanı, həmçinin ondan əvvəl və sonra geyindikləri geyimlər UEFA tərəfindən təsdiqlənmiş olmalıdır.

Qeyd edək ki, Azərbaycan “Arsenal”ın erməni futbolçusunun təhlükəsizliyini ən yüksək səviyyədə təmin etsə də, H.Mxitaryan Bakıya gəlməkdən boyun qaçırıb.

Futbol üzrə Türkiyə Superliqasının sonuncu turunun əsas oyununda İstanbulun “Qalatasaray” komandası səfərdə “Sivasspor”un qonağı olub.

Axar.az xəbər verir ki, “Sivas 4 Eylul” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə hesab ikinci dəqiqədə açılıb. İstanbulluların norveçli müdafiəçisi Martin Linnes ilk qolun müəllifi olub. “Qalatasaray” 34-cü dəqiqədə Muğdat Çelikin qolu ilə hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin meydan sahibləri 43-cü və 45-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdiriblər. Daha sonra isə Sivas təmsilçisi 77-ci və 79-cu dəqiqələrdə Serhiy Rıbalka və Arouna Konenin qolları ilə hesabı 4:2 edib. “Qalatasaray” isə bu qollardan birinin əvəzini 82-ci dəqiqədə çıxa bilib. Muğdat Çelik özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Beləliklə oyun 4:3 hesabı ilə sivaslıların xeyrinə başa çatıb.

Ötən tur çempion olan “Qalatasaray” Superliqanı 69 xalla başa vurub.

"Sivasspor" isə xallarının sayını 41-ə çatdıraraq turnir cədvəlində 14-cü pillədən 11-pilləyə yüksəlib.

“Başakşəhər” turnir cədvəlində 67 xalla çempionatda ikinci yeri tutub.

Turun digər oyunlarında “Beşiktaş” doğma meydanda “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edərək 65 xalla üçüncü pillədə qərarlaşıb. “Trabzonspor” isə səfərdə “Rizəspor”a 3:2 hesabı ilə qalib gələrək turnir cədvəlində 63 xalla dördüncü olub.

Türkiyə Superliqasında XXXIV turun digər oyunları mayın 25-də və 26-da keçiriləcək.

İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.

Report xəbər verir ki, fanatlar Tvitter sosial şəbəkəsində "Çelsi"nin futbolçuları Nqolo Kante, Eden Azar, Kepa Arrisabalaqanı hədəfə alıblar.

Onlar hər üç futbolçunun erməni olduğu üçün Bakıdakı finalda iştirak etməmələrini istəyiblər.

Riçard adlı Tvitter istifadəçisi tətildə Ermənistana getdiyini, nənə və babalarını ziyarət etməyə gedən Kante və Azarın da orada olduğunu yazıb.

Digər bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti mükafatını qazanıb.

Axar.az klubun saytına istinadən xəbər verir ki, İspaniyanın Xixon şəhərində keçirilən Avropa çempionatına qatılan idmançımız döyüş sambosunda qüvvəsini sınayıb.

82 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar ilk qarşılaşmada ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan samboçumuz bürünc medal uğrunda görüşə çıxıb. Ermənistan samboçusu Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.

Xəbər lenti