"Formula 1": Azərbaycan Qran-prisinin biletləri bu gün satışa çıxarılacaq
Qran-pris 2020-ci ildə iyunun 5-7 keçiriləcək

Bu gün "Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına start veriləcək. Yol-xeber.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 2020-ci ildə iyunun 5-7 keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı Anar Məmmədov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən pauerliftinqin qarışıq ağırlıqqaldırma növü üzrə dünya çempionatının qalibi olub. 
125 kq. çəki dərəcəsində mübarizə aparan A.Məmmədov Ermənistan, Gürcüstan və İran idmançılarını qabaqlayaraq qızıl medala sahib olub. “Azərbaycan Dəmir Yolları”nda Keşlə sahə məntəqəsində sahə rəisi vəzifəsində çalışan Məmmədov Azərbaycan bayrağını yüksəyə qaldırdığına görə fəxr etdiyini bildirib: “Şəkil çəkdirən zaman erməninin bayrağı bizim bayraqdan aşağıda qaldı. Bizə paxıllıq edir və həsrətlə baxırdılar. Bizim komandada 20-dək idmançı var idi. Demək olar ki, hamı medal qazandı. 50-yə yaxın isə erməni olardı. Onların əksəriyyəti bizim idmançılara uduzdu. 
“Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi bizə istənilən şəraiti yaradıb. Məni qələbə münasibəti ilə təbrik ediblər. Qızıl medal qazanmağımla bağlı məni qəbul edəcəklər. Düşünürəm ki, bu nailiyyətim bir dəmiryolçu kimi oktyabrın 13-də qeyd edəcəyimiz peşə bayramına ən gözəl hədiyyəm olacaq”.

Türkiyənin "Fənərbaxça" komandası Almaniya təmsilçisi "Bavariya" ilə qarşılaşıb.

Ardını oxu...

Azərbaycanın “Neftçi” futbol klubunun məşqçilər qərargahı Avropa Liqasının ikinci təsnifat raundunun birinci oyununda Tula şəhərinin “Arsenal” komandasına qarşı düzgün taktika seçib.

Axar.az xəbər verir ki, bu barədə Bakı komandasının prezidenti Kamran Quliyev bildirib.

“Biz çox güclü komandaya qarşı oynadıq, “Neftçi” mürəkkəb oyun keçirdi. Hesab edirəm ki, taktika nöqteyi-nəzərindən oyun planı düzgün seçilmişdi. Bizim oyunçular meydanda heç nəyi əsirgəmədilər. Lakin yadda saxlamaq lazımdır ki, biz döyüşdə deyil, yarışda qalib gəlmişik”, - deyə K.Quliyev bildirib.

İyulun 20-də “Arsenal” Rusiya çempionatının matçında səfərdə Samaranın “Krılya Sovetov” komandasını 3:2 hesabla məğlub edib.

“Mən “Arsenal”ın “Krılya Sovetov” komandasına qarşı oyununu izləyərkən böyük zövq aldım. Bu, futbol təntənəsi idi. Mən “Arsenal”ın ünvanına xoş sözləri indi burada olduğuma görə demirəm. Ona görə deyirəm ki, bu, yaxşı məşqçiyə, əla azarkeşlərə və çox yaxşı prezidentə malik olan güclü, bacarıqlı komandadır”, - deyə “Neftçi”nin prezidenti əlavə edib.

“Neftçi” Tula şəhərində “Arsenal”a 1:0 hesabla qalib gəlib.

Cavab matçı avqustun 1-də Bakıda təşkil olunacaq.

Çox şey alınmadı. Rəqibin ilk dəqiqələrdən tətbiq etdiyi pressinqdən çıxa bilmədik.

Report xəbər verir ki, bunları Rusiyanın "Arsenal" komandasının baş məşqçisi İqor Çerevçenko "Neftçi"yə evdə 0:1 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, hələ mərhələ keçmək şanslarını saxlayıblar:

"Neftçi" müdafiədə çox əla oynadı. Futbolçularımızı bağladılar. Uduzduq, belə alındı. Amma cavab matçı var. Bu gün 0:0 olsaydı belə, səfərdə qol vurmalıydıq. "Neftçi" hər il avrokuboka gedən komandadır, təcrübələri çoxdur. İlk 5 dəqiqədə öz meydanımızdan çıxa bilmirdik. Rəqib çox yaxşı pressinq etdi. Buna hazırlaşmışdıq, amma alınmadı. Hamımız birgə məğlub olduq. Məğlubiyyəti futbolçuların və ya məşqçinin ayağına yazmayaq".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 1-də Bakıda olacaq.

Bu gün "Qəbələ" və "Neftçi" komandaları UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcəklər.

Ardını oxu...

Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin (“Ultimate Fighting Championship”in) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir.

Ardını oxu...

Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələr tez-tez olur. Ona görə də qələbə qazanmaq üçün oyuna maksimum köklənəcəyik. İlk oyundakı nəticə bizi aldatmamalıdır.

Axar.az xəbər verir ki, bu fikirləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Speranta” oyunu ilə bağlı təşkil edilmiş mətbuat konfransında səsləndirib.

Təcrübəli məşqçi deyib: “Oyunda maksimum diqqətli olmalıyıq. İlk oyunda da rəqib bizə çətinliklər yaratmışdı. Fasiləyədək real qol imkanları vardı, amma Səlahət Ağayev bizi xilas etdi. Sonra da qol imkanları oldu, amma istifadə edə bilmədilər. Start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik. Həm Baqali Dabo, həm də Soni Mustivar bizim üçün vacib futbolçulardır. Soni artıq əsas komanda ilə məşqlərə başlayıb. Son həftəni yaxşı çalışıb. Yüksək xarakterə malik futbolçudur. Heç vaxt təslim olmur. Ola bilər ki, sabah heyətdə onu da görərsiniz. Daboda da irəliləyiş var. Həkimlərin tapşırığı ilə bərpa məşqlərini davam etdirir. Onu da yaxın vaxtlarda meydanda görə biləcəksiniz. Hazırda yalnız “Speranta” ilə oyunu düşünürəm. Bu mərhələni keçəndən sonra digər mövzular haqqında da düşünəcəyik. Çalışacağıq ki, hücum futbolu göstərək, oyuna diktə edən tərəf biz olaq, əvvəldən sonadək aqressiv oynayaraq qələbə qazanaq. İstənilən hesablı qələbə məni qane edəcək. Səfər matçında mənə vacib olan komandamızın oyuna yanaşması idi. Moldovada çempionat davam etdiyindən rəqib daha hazırlıqlı ola bilər. Bununla belə, futbolçularımız oyuna ciddi yanaşdılar. Düzdür, bəzi səhvlərimiz oldu, amma ilk oyundan razı qaldım. Rəqib baş məşqçinin ilk görüşdən sonra dediklərinə şərh vermək istəmirəm. Əsas odur, gözəl oyun nümayiş etdirib qələbə qazanaq”.

Roberto Bordin ilk oyunda heyətdə olunan dəyişiklik haqında da söz açıb: “Voislav Stankoviçə ilk görüşdə şans verməməyimə gəlincə, qeyd edim ki, komandamızda 6 arxa xətt oyunçusu var. Bunların 4-ü mərkəz, 2-si cinah müdafiəçisidir. Müdafiədə güclü rəqabət var. Həmin an üçün düşündüm ki, Mbodjla Petrov cütlüyünə şans verim. Bununla belə, bugünkü məşqdən sonra dəyişiklik ola bilər”.

UEFA Azərbaycanın FİFA hakimlərinə növbəti təyinat verib.

Ardını oxu...

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Ardını oxu...

Xəbər lenti