Formula 1-in Azərbaycan Qran-prisi oktyabrda keçirilə bilər
Formula 1 təşkilatçıları maddi itkini minimuma endirmək üçün təqvimdəki yarış sayını artırmaq niyyətindədir.

Qafqaazinfo xəbər verir ki, bunu niderlandlı jurnalist Ulav Mol deyib. O, bildirib ki, hazırda Formula 1 təşkilatçıları ilkin versiya ilə heç bir əlaqəsi olmayan yeni təqvim hazırlayır və maksimum sayda yarış keçirməyi planlaşdırır.

Yeni təqvimdə 17 yarışın baş tutacağı göstərilib. Avstraliya, Monako, Vyetnam, Kanada və Sinqapur Qran-prilərinin adlarına rast gəlinməyib. Azərbaycan Qran-Prisi isə oktyabrın 9-11-nə salınıb.

Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü
Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq ölüb.
 
Baku.ws xəbər verir ki, bu barədə Ukraynadakı Qafqaz Xalqları Konsresinin rəhbəri Paşa Məmmədov məlumat yayıb. 
O, koronavirusa yoluxan yaxın dostunun komaya düşərək vəfat etdiyini yazıb:
 
"Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım Koronavirusdan komaya düşərək vəfat etdi. Söz tapa bilmirəm, Allahın qədər-qismətinə üsyan edə bilmərəm, lakin bu cür itki ilə barışmaq çox çətindi! 
Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlar təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı. Yerin Cənnətlik olsun canım qardaşım!
 
Allah rəhmət etsin! Özünüzü və yaxınlarınızı qoruyun!"
Həbibin növbəti döyüşü karantinə görə TƏXİRƏ SALINIR
Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov Rusiya Federasiyasının səfər etməyə icazə verdiyi təqdirdə, amerikalı Tony Ferquson ilə aprelin 18-i döyüşməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, Nurməhəmmədov və Ferquson arasındakı döyüş, aprelin ortalarında Bruklində keçiriləcək UFC 249 turnirinin əsas tədbiri olaraq planlaşdırılırdı. Aprelin 1-i Həbib, koronavirus pandemiyası ilə əlaqədar karantində qaldığını və döyüşünün ləğv olunduğunu bildirib.

ESPN-ə verdiyi müsahibəsində idmançı hər gün evdə məşq etdiyini deyib.

"İndi mən UFC-nin əsas ulduzlarından biriyəm, UFC çempionuyam, məğlubedilməzəm. Bu adi döyüş deyil. Döyüşün harada və nə vaxt keçiriləcəyini bilmirəm", -  deyə o, bildirib.

AFFA-dan 65 yaşını keçmiş veteranlarla bağlı aksiya
AFFA rəhbərliyinin təşəbbüsü Avro 2020 könüllü komandası 65 yaşdan yuxarı futbol veteranlarına gündəlik ərzaq tədarükü ilə dəstək olurlar.

İgiyena qaydalarına uyğun olaraq onlarla birbaşa ünsiyyət qurmadan qapılarına çatdırılır.

Aksiya 20 aprel tarixinədək davam edəcək

Fatih Terimdə koronavirus aşkarlandı
"Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimdə koronavirus aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, bu haqda məşqçi özü məlumat verib.


O deyib ki, nəticələri pozitiv çıxıb: "Narahat olmayın, həkimlərə güvənirəm. Tezliklə sağalacam”.

Zemfira Meftaxetdinova: “Polis idmançılarımızın ildən-ilə yarış təcrübələri artır”
Sonda qaliblərə medallar və diplomlar təqdim olunub

Bu yaxınlarda DİN İdmаn Cəmiyyətində qol güləşi (armrestlinq) və ağırlıq daşlarının qaldırılması üzrə güc çoxnövçülüyü yаrışı keçirilib. Yol-xeber.az xəbər verir ki, açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ölkəmizdə bu idman növündə daxili işlər orqanları əməkdaşları arasında yarışların müntəzəm keçirildiyini, onların asudə vaxtlarında bu idman növü ilə məşğul olduqlarını, əməkdaşların hazırlıq səviyyəsinin daha yüksək nəticələrə ümid etməyə əsas verdiyini, polis idmançılarımızın ildən-iləyarış təcrübələrinin artdığını diqqətəçatdırdı.

Əsasən dənizçilər arasında yaranan qol güləşi (armrestlinq) idman növü kimi 100 ilə yaxındır ki tanınır. İdman daşlarının qaldırılması hərəkəti də vaxtı ilə dövrlərinin ən güclüləri hesab olunan pəhləvanlardan miras qalıb. Güc, dözüm və çevikliyi müəyyən edən bu idman növü indi də orduda, xüsusi təyinatlılar və dənizçilər arasında ən sevilən yarışmadır. Fiziki gücün yoxlamağın ən asan və sadə üsulu kimi tanınan bu idman növündə polislərimiz əvvəlcə nümunəvi çıxışlar göstəriblər.

DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissəvətədris müəssisələrini təmsil edən ümumilikdə11 komandadan 100-dək idmançı qələbə uğrunda mübarizə aparıblar.

 

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Naxçıvan MR DİN, Əlahiddə Çevik Polis Alayı və DİN Daxili Qoşunlarının Baş İdarəsinin əməkdaşları qərarlaşıblar.

Yarışı İdman Təlimi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov idarə edib.

Sonda qaliblərəmedallar və diplomlar təqdim olunub.

 

“El-klasiko”da
İspaniya La Liqasının 26-cı turunda “El-klasiko” baş tutub.

Madriddə kemirilmiş görüşdə “Real” “Barselona”nı qəbul edib. 

İki komanda arasında əzəli rəqabətdən əlavə turnir cədvəli baxımından da olduqca vacib əhəmiyyət daşıyan görüşün qalibi meydan sahibləri olub. 

Bu matça qədər 53 xalı olan və 55 xallı “Barselona”dan sonra ikinci pillədə qərarlaşan “Kral klubu” iki qollu qələbə ilə xalını 56-ya yüksəldib və liderlik mövqeyini ələ keçirib. 

Oyunda hesabı Vinisius Junior açıb. O, 71-ci dəqiqədə Toni Kroosun ötürməsini məntiqi sonluğa çatdırıb.  

Qarşılaşmaya əlavə olunmuş 2-ci dəqiqədə isə Mariano Diaz nəticəni elan edib. Bir dəqiqə əvvəl oyuna daxil olan və Dani Karvaxalın ötürməsindən sonra fərqlənən 26 yaşlı futbolçu hesabı 2:0-a çatdırıb. 

Futbol millimizin sabiq üzvü özünü bu hala saldı
Futbol üzrə Azərbaycan milli komandasının Braziliya əsilli sabiq üzvü Andre Ladaqanın sosial şəbəkədəki son paylaşımı marağa səbəb olub. "Ölkə.Az" xəbər verir ki, veteran futbolçu saçlarını tamamilə saraldıb. 45 yaşlı futbolçunun bu addımı izləyicilərini təəccübləndirib.

Qeyd edək ki, Ladaqa ölkəmizdə "Bakı" və "Karvan" klublarının şərəfini qoruyub. O, 2006-2008-ci illərdə  milli komandamızda 11 oyun keçirib və 1 qol vurub.

Döyüşü yarımçıq saxlanılan idmançımız
“Bəli, Moldovada keçirdiyim görüşüm yarımçıq saxlanıldı. Rəqibim ayağa qalxmadı. Dursaydı, hakim mənim əlimi qaldıracaqdı”.

Bunu Oxu.Az-a açıqlamasında MMA üzrə döyüşçümüz Mehman Məmmədov deyib.  

Dörd gün əvvəl Moldovanın paytaxtı Kişinyovda keçirilmiş “Eagles Next Level” döyüş gecəsində azərbaycanlı idmançı Mehman Məmmədovla Əfqanıstan döyüşçüsü Nurəddin Həzrət arasında keçirilmiş görüş yarımçıq saxlanılıb.  

Görüşün bitməsinə 3:11 dəqiqə qalmış əfqanıstanlı idmançı yerə yıxılıb və zədələndiyini bildirib. Onu oktaqondan xərəklə aparıblar. Hakimlər isə görüşdə qalibin olmadığını bildiriblər.  

Lakin Mehman Məmmədov saytımıza açıqlamasında sonradan qələbənin ona verildiyini bildirib: “O, uzandı və ayağa qalxmadı. Rəqibimi xəstəxanaya apardılar. Ancaq sonra məlum oldu ki, ona heç nə olmayıb. Özünü artistliyə vurmuşdu. Mənim ayağım heç onun qasıq nahiyəsinə dəyməyib. Hamı, hətta hakimlər də şokda idi. Belə şey olar?!

Hələ sonradan qışqırırdı ki, qələbə onundur. Ayağım ona toxunmur. Videoya baxsanız, görərsiniz ki, əvvəlcə fikirləşir, sonra yerə uzanır. Xəstəxanadan həkim rəyindən sonra təşkilatçılar bu döyüşdə qələbəni sonradan mənə verib. Bunu həmin təşkilatın prezidenti Dorin Damir məşqçim Ruslan Əfəndiyevə də deyib. Buna görə də iyunda mənə kəmər uğrunda döyüş veriləcək”.

Qeyd edək ki, həmin döyüşdə daha iki azərbaycanlı idmançı gücünü sınayıb. Lakin həm Tünzalə İmanlı, həm də Elçin Hüseynov müvafiq olaraq moldovalı və özbəkistanlı rəqiblərinə uduzub.
Prezident milli komandamızı təbrik etdi
Prezident İlham Əliyev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğurlu nəticə qazandığına görə Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvlərini təbrik edib.

Bununla bağlı Prezidentin "Twitter" səhifəsində paylaşım edilib.

Təbrikdə deyilir: "Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

Xəbər lenti