Cəsarət Əhmədov Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib 

Bu gün Azərbaycan ictimaiyyətinə böyük itki üz verib. Hər zaman özünün yüksək insani keyfiyyətləri, ağsaqqallığı və müdrikliyi ilə seçilən, sülh və əmin-amanlıq tərəfdarı olan, qəlbində böyük bir əhli-beyt sevgisi daşıyan, Qurani-kərimi gözəl bilən bir insan, Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib.
Fəttah Heydərov Azərbaycanın ictimai-siyasi həyatında daim yaxından iştirak edib, dövlətçiliyimizin inkişafı naminə ölkəmizdə görülən işlərə böyük töhfələr verib.
Rəhbərlik etdiyim Azərbaycan Qol Güləşi Federasiyasının çoxsaylı kollektivi adından və şəxsən öz adımdan görkəmli ictimai-siyasi xadim Fəttah Heydərovun vəfatından kədərləndiyimizi bildirir və mərhumun doğmalarına dərin hüznlə başsağlığı verirəm.
Allahdan mərhuma rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm!

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov
İngilis klubu azərbaycanlı hücumçunu icarəyə götürə bilmədi

Azərbaycan milli komandasının və İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Renat Dadaşovun “Konverti”yə keçidi alınmayıb.
Bununla bağlı azerisport.com məlumat yayıb.

Bildirilib ki, R.Dadaşovun icarə əsasında həmin klubda oynaması ilə bağlı razılıq əldə edilməyib.

Hazırda “Vulverhempton” Dadaşovun daha çox tərcübə yığması üçün klub axtarışdadır.

FİFA prezidentinə cinayət işi açıldı

FİFA prezidenti Canni İnfantinoya qarşı cinayət işi açılıb.
Qrum rəhbəri vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham edilir.

Qeyd edək ki, İnfantino 2016-cı ildə FIFA prezidenti seçilib.

Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək

Azərbaycanın peşəkar MMA-dakı ilk qadın döyüşçüsü Suad Səlimova bu növdə ikinci döyüşünü keçirəcək.
Oxu.az verir ki, bu barədə xanım döyüşçü özü “Facebook” profilində paylaşım edib.

O bildirib ki, mövcud koronavirus pandemiyası sona yetəndən sonra növbəti qarşılaşmasına çıxacaq.

Hələlik Suad Səlimovanın rəqibinin kim olduğu barəsində məlumat yoxdur.

Qeyd edək ki, MMA-ya peşəkar kikboksinqdən keçid etmiş “Dəmir qız” (“Iron Girl”) ilk döyüşünü 2018-ci ildə Romada keçirmişdi.

İlk rəqibi yerli idmançı Maria Vittoria Kolonna olan Suad sözügedən döyüşdə məğlub olmuşdu.

Nurməhəmmədovun yeni döyüşünün posteri hazırlandı
Yüngül çəkidə UFC çempionu rusiyalı Həbib Nurməhəmmədovla ABŞ təmsilçisi Castin Getji ilə görüşünün posteri hazırlanıb.

Oxu.az xəbər verir ki, poster UFC-nin mətbuat xidməti tərəfindən “Twitter”də yerləşdirilib. 

“Həbib - Getji. İrs üçün, qızıl üçün”, - paylaşımın şərh bölməsində yazılıb. 

Qeyd edək ki, bu gün UFC çempionu Dana Uayt Nurməhəmmədov və Getji arasında görüşün oktyabrın 24-də keçiriləcəyini açıqlayıb.

Tokio olimpiadası azarkeşsiz keçirilə bilər

Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori yarışı azarkeşsiz keçirməyi düşünə biləcəklərini istisna etməyib.
Funksioner bu barədə yerli NHK telekanalına müsahibəsində bildirib. O, hazırda olimpiadanı tamaşaçısız təşkil etməyi nəzərdən keçirmədiklərini söyləsə də, bunun yeganə mümkün ssenari olub-olmadığını düşünmələrinin gərəkliyini vurğulayıb.

Mori hazırkı vəziyyətdə "Tokio-2020"nin ləğvinin də mümkünlüyünü sözlərinə əlavə edib.
Xərclərin azaldılması və infeksiyanın yayılmasının qarşısının alınması üçün azarkeş sayını ixtisara salmaq planları barədə suala cavab olaraq Mori qeyd edib ki, bu, çətin vəzifədir, çünki müəyyən meyarların işlənilməsini tələb edir. O, nümunə kimi yalnız Yaponiyada daimi yaşayanların idman obyektlərinə buraxılma variantını göstərib.

Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda gerçəkləşəcək. (report.az)

Cəsarət Əhmədov: "Qələminiz iti, sözünüz kəsərli və ən əsası da tutduğunuz mövqe hər zaman haqq və ədalətli olsun"


Bu gün, iyul ayının 22-də Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd olunur. Bu münasibətlə rəhbərlik etdiyim Azərbaycan Qol Güləşi Federasiyasının bütün əməkdaşları, üzvləri və bütün idmançılarımız adından və əlbəttə ki, şəxsən öz adımdan bütün jurnalist dostlarımızı, bu sahədə şərəf və ləyaqətilə çalışan bütün insanları səmimi qəlbdən təbrik edirəm, hər kəsə öz işində yeni-yeni uğurlar arzulayıram. Qələminiz iti, sözünüz kəsərli və ən əsası da tutduğunuz mövqe hər zaman haqq və ədalətli olsun, yazılarınız isə yalnız əsil həqiqətləri əks etdirsin!

Hörmətlə,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti,
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov.
Rövşən Binnətli koronavirusdan sağaldı

Bir neçə gün öncə Covid-19 virusuna yoluxan “İdman TV”nin direktoru Rövşən Binnətli artıq sağalaraq xəstəxanadan evə buraxılıb.
Oxu.az xəbər verir ki, son test nəticəsi neqativ olan Binnətli iki həftəlik ev karantinində olacaq.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Rövşən Binnətlinin son test nəticəsi neqativ çıxıb.

O, iki həftə ev şəraitində karantində olacaq.

Həbibin Makqreqorla revanş görüşünün şərtləri açıqlandı

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqorun revanş görüşünün şərtləri açıqlanıb.
“Vestnik Kafkaza” xəbər verir ki, bununla bağlı Həbibin meneceri Əli Əbdül-Əziz açıqlama verib.

“Castin Qetji Konorla görüşdən imtina edib. İndi biz öndəyik, Konor isə geridədir. O, bir döyüş udmalıdır. İndi ilk yerlərdə Həbib və Qetji qərarlaşıb. Konor isə dördüncü ya beşincidir”.
Onun sözlərinə görə, əvvəlcə Makqreqor hansısa güclü rəqibə qarşı döyüşməlidir:

“Konor Həbiblə döyüşmək üçün Maxaçevlə görüşməlidir. O zaman Həbib revanşa razı olacaq”.

Qeyd edək ki, Həbib 2018-ci ilin oktyabrında keçirilən görüşdə Konor üzərində inamlı qələbə qazanıb. (oxu.az)

“Real”dan 34-cü çempionluq

Futbol üzrə İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib.

Turun bütün görüşləri eyni gündə baş tutub. “Barselona” bu turda “Osasuna” ilı üz-üzə gəlib və gözlənilmədən 1:2 hesabı ilə uduzub. Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider “Real” doğma meydanda “Vilyarreal”ı qəbul edib.

“Kral klubu” bu görüşdə qalib gəlməklə (2:1) sona bir tur qalmış çempionluğunu elan edib. Bu, Madrid təmsilçisinin tarixində 34-cü belə uğurdu.

 






 

Xəbər lenti