FİFA-dan milli üzvləri üçün yeni qaydalar

FİFA koronavirus pandemiyası dövründə oyunçuların milli komandalara gediş-gəlişini tənzimləyən müvəqqəti qaydaların tətbiqinə dair qərar qəbul edib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni qaydalar yığmaların sentyabr pəncərəsi üçün nəzərdə tutulub. Buna əsasən, komandanın məskunlaşdığı və ya yığmanın oyununun keçirildiyi yerlərdə ən azı beş günlük məcburi karantin müddəti müəyyən edilsə və ya giriş-çıxışa məhdudiyyət qoyulsa, klub öz oyunçusunu milliyə buraxmaya bilər.

Bu hal, həmçinin bölgəyə məcburi karantin tətbiq edilməsi və ya giriş məhdudiyyəti qoyulması ilə əlaqədar qərarlar qəbul edən müvafiq orqanların bu məsələdə futbolçuları nəzərə almaması zamanı da baş verə bilər.

Bu qaydalar kişi futbolçular üçün avqustun 31-dən sentyabrın 8-dək, qadınlar üçün isə 14-22 sentyabr tarixlərində tətbiq olunacaq.

Qeyd edək ki, Azərbaycan millisi pandemiya dövründə ilk rəsmi matçını sentyabrın 5-də UEFA Millətlər Liqasında Bakıda Lüksemburqa qarşı keçirəcək. Yığma 3 gün sonra isə səfərdə Kipr seçməsinin qonağı olacaq.

“Bavariya” Çempionlar Liqasının qalibi oldu

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüşdə Fransanın PSJ komandası ilə Almaniya “Bavariya”sı üz-üzə gəlib.

İtaliyalı Daniele Orsatonun idarə etdiyi matç “Estadio da Luş” stadionunda keçirilib.

Minimal hesabla üstün olan Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə Çempionlar Liqasının qalibi olmuş “Bavariya” isə son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi. Münhen klubu 6-cı dəfə də istəyini gerçəkləşdirməklə İngiltərə “Liverpul”u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olub.

UEFA Çempionlar Liqası
Final
23 avqust

PSJ (Fransa) – “Bavariya” (Almaniya) 0:1
Qol: Koman, 59.
Lissabon. “Estadio da Luş” stadionu.

 





 
Millimizin hücumçusu İsveçrə klubuna icarəyə verildi
Milli komandamızın hücumçusu Renat Dadaşov karyerasını İsveçrədə davam etdirəcək.

Klubdan verilən məlumata görə, Dadaşovun transfer hüququna sahib olan İngiltərənin “Vulverhempton” klubu hücumçumuzu “Qrasshopers”ə icarəyə verib.

İsveçrə Birinci divizion təmsilçisi Dadaşovla bir illik icarə müqaviləsi imzalandığını açıqlayıb.

Bundan əlavə, “Qrasshopers” "Vulverhempton”dan Konnor Ronanı da icarəyə götürüb. Onunla da bir illik icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda keçdiyi “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki əsas komandada debüt etməyib.

Millimizin üzvü 2019/20 mövsümünün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib. O, mövsümün ikinci yarısında “Vulverhempton”un U-21 komandasında çıxış edib.oxu.az

Azərbaycan reytinqdə gerilədi

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA reytinqində növbəti dəfə dəyişikliklər olub. Azərbaycan ötən günlə müqayisədə iki pillə geriləyib.

Aktivində 14,750 xalı olan millimiz 26-cı yerdə qərarlaşıb. Norveçin “Molde” və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi Azərbaycanın geriləməsinə səbəb olub.
Siyahıda Norveç 14,875 xalla 24-cü, Rumıniya isə 14, 825 xalla 25-ci sıradadır.

Xatırladaq ki, “Qarabağ”ın “Sileks” 4:0 hesabı ilə məğlub etməsinin ardından yığmamız 24-cü pilləyə yüksəlmişdi.

Çempionlar Liqasında finalçılar məlum oldu

Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, bu gün ikinci finalçının adına aydınlıq gəlib.

Həlledici matça sonuncu vəsiqə uğrunda mübarizədə “Bavariya” ilə “Lion” qarşılaşıb. Bir gün əvvəl PSJ “Leypsiq” üzərində qələbə qazansa da, bu dəfə Fransa-Almaniya duelində ikincilərin təmsilçisi üstün olub.
"Lion" müvafiq olaraq “Yuventus” və “Mançester Siti”ni mübarizədən kənarlaşdırsa da, Bundesliqa çempionu ilə bacarmayıb. Münhen klubu Serj Qnabrinin birinci hissədəki dublu və Robert Levandovskinin son dəqiqələrdəki qolu sayəsində böyükhesablı qələbə qazanaraq, sensasiyaya imkan verməyib.

Beləliklə, avqustun 23-də Lissabonun “Da Luş” stadionunda baş tutacaq finalda PSJ ilə "Bavariya" üz-üzə gələcək. Turnirin qalibini müəyyən edəcək görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Çempionlar Liqası
Yarımfinal
19 avqust
23:00. “Lion” (Fransa) – “Bavariya” (Almaniya) - 0:3
Qol: Qnabri, 18, 33, Levandovski, 88
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)
Lissabon. “Joze Alvalade” stadionu

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqindəki mövqeyində yeri dəyişib. Buna səbəb "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etməsi olub.

Aktivinə 0,375 xal yazan Azərbaycan 14.750 xalla 2 pillə irəliləyərək 24-cü pilləyə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Messi Premyer Liqaya keçə bilər

Çempionlar Liqasının 1/4 finalında "Lion"a uduzaraq (1:3) mübarizəni dayandıran "Mançester Siti" Lionel Messini heyətinə qatmağı qarşısına məqsəd qoyub.
Goal.az xəbər verir ki, klub rəhbərliyinin Pep Qvardiola ilə Messini bir araya gətirməyi çıxış yolu saydıqları bildirilir. Mançester klubunun rəhbərliyi Messini istənilən qiymətə almağa hazır olduqları deyilir.
Qeyd edək ki, Messinin "Barselona"dan ayrılmaq istədiyi deyilir.

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sileks" Bakı səfəri öncəsi koronavirus testindən keçib.
Apasport.az xəbər verir ki, bu barədə Şimali Makedoniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, bütün futbolçu, məşqçi heyəti və rəhbərlik testdən keçib, hamıda nəticə neqativ çıxıb. Bu səbəbdən "Sileks"in Bakıya gəlməsində heç bir maneə qalmayıb.

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq.

“Qarabağ” – “Sileks” matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” matçının hakim təyinatları açıqlanıb.

Qarşılaşma ukraynalı ədalət təmsilçilərinə tapşırılıb. Görüşün baş hakimi Yaroslav Kozık köməkçiləri isə Viktor Nijnik və Vladimir Korotin olacaqlar.
Dördüncü hakim funksiyasını Anatoli Abdulla yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Bakıda gerçəkləşəcək və saat 20:00-da başlayacaq.

Çempionlar Liqasında 2-ci yarımfinalçı müəyyənləşir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

UEFA Çempionlar Liqası
1/4 final
13 avqust
23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Şimon Marçinyak.
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu.

Xəbər lenti