“İdman TV”də növbəti ayrılıq

"İdman TV"nin tanınmış aparıcısı İsmayıl Abdullayev sözügedən telekanaldan ayrılıb.
Qafqazinfo xəbər verir ki, şərhçinin işindən ayrılması öz istəyi ilə baş verməyib.
Ayrılığın telekanal daxilində baş verən problemlərdən qaynaqlandığı bildirilir. Yaxın günlərdə növbəti ayrılıqların baş verəcəyi isə istisna edilmir.

Qeyd edək ki, bir müddət öncə "İdman TV"nin daha bir tanınmış şərhçisi Ramiz Mirzəzadə işindən ayrılaraq "CBC Sport"a keçib. İsmayıl Abdullayev isə 11 ildir "İdman TV"nin uğurları üçün çalışırdı.

DİN-dən "Neftçi" - "Qalatasaray" açıqlaması

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Neftçi" Peşəkar Futbol Klubu UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində 2020-ci il sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyunu ilə əlaqədar ictimaiyyətin diqqətinə çatdırır ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, qarşılaşma azarkeşsiz keçiriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, hər iki komandanın ölkəmizdə çox sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildiririk ki, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. "Qalatasaray" komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.

DİN, AFFA və "Neftçi" PFK koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.

Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.

Dünyanın ən çox qazanan futbolçusu açıqlandı
"Forbes" jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını dərc edib.
Siyahıya Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messi başçılıq edir. 33 yaşlı hücumçu bu il 126 milyon dollar qaanlıb.
 
Onu 117 milyon dollarla Portuqaliya millisinin və "Yuventus"un ulduzu Kriştianu Ronaldu izləyir. İlk "üçlüy" Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar qapayır - 96 milyon dollar.
 
1. Lionel Messi ("Barselona") - 126 milyon dollar
2. Kriştianu Ronaldu ("Yuventus") - 117 milyon dollar
3. Neymar (PSJ) - 96 milyon dollar
4. Kilian Mbappe (PSJ) - 42 milyon dollar
5. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 37 milyon dollar
6. Pol Poqba ("Mançester Yunayted", İngiltərə) - 34 milyon dollar
7. Antuan Qrizmann ("Barselona") - 33 milyon dollar
8. Qaret Beyl ("Real Madrid", İspaniya) - 29 milyon dollar
9. Robert Levandovski ("Bavariya", Almaniya) - 28 milyon dollar
10. David De Xea ("Mançester Yunayted") - 27 milyon dollar  (fanat.az)
“Qalatasaray”ın Bakıya gələcək heyəti

“Qalatasaray” klubu Avroliqanın II təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyunun heyətini UEFA-ya təqdim edib.
Oxu.az xəbər verir ki, baş məşqçi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib.

Bunlar aşağıdakılardır:

Qapıçılar: Okan Kocuk, Fatih Öztürk.
Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.

Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.

Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də, Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Rusiyanın məşhur səhifəsi Firdovsi Umudovun görüntüsünü paylaşdıRusiyanın məşhur “Wrestling_Russia” səhifəsi İnstaqram hesabında sərbəst güləş üzrə Azərbaycan yığmasının sabiq böyük məşqçisi Firdovsi Umudova aid görüntüləri paylaşıb. "Qafqazinfo" xəbər verir ki, səhifə məşqçinin 2015-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirilən Dünya Kubokunda 3-cü yer uğrunda Rusiya ilə gərgin mübarizədə keçirilən matçdan həyəcanlı anlarını yayımlayıb. 

Ruslar videonu “Güləş üzrə məşqçi ilə ancaq güllə atıcılığı məşqçisi mübahisə edə bilər” başlığı ilə paylaşıb. 

Qeyd edək ki, sözügedən Dünya Kuboku yarışında sərbəst güləş üzrə Rusiya və Azərbaycan pəhləvanlarının qarşılaşması baş tutmuşdu. 3-cü yer uğrunda görüşdə sərbəst güləşçilərimizdən ibarət yığmamızın üzvü Cəmaləddin Məhəmmədovun rəqibi Timur Kotsoev üzərində yalnız böyük xal üstünlüyü ilə təmiz qələbəsi ölkəmizi Dünya Kubokunun üçüncüsü edə bilərdi.

Ermənilərin də Rusiyanı dəstəklədiyi həmin qarşılaşmada C.Məhəmmədov 12:1 hesablı qələbə ilə komandamıza bürünc medalları qazandırdı.

Komandamızın bu qələbəsi zalda görüşü izləyən erməniləri məyus etdi. 

Sözügedən həyəcanlı görüşdən sonra həmin ildə sərbəst güləş üzrə milli yığma komandanın böyük məşqçisi, hazırda isə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov möhtəşəm qələbə sevinci ilə bütün zalın, eyni zamanda dünya idman ictimaiyyətinin diqqətini cəlb etmişdi.

Rusiya idman cameəsi də F.Umudovun bu sevincinə marağını gizlədə bilməyib. 

 

Rusiyanın məşhur “Wrestling_Russia” səhifəsi İnstaqram hesabında sərbəst güləş üzrə Azərbaycan yığmasının sabiq böyük məşqçisi Firdovsi Umudova aid görüntüləri paylaşıb. "Qafqazinfo" xəbər verir ki, səhifə məşqçinin 2015-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirilən Dünya Kubokunda 3-cü yer uğrunda Rusiya ilə gərgin mübarizədə keçirilən matçdan həyəcanlı anlarını yayımlayıb. 

Ruslar videonu “Güləş üzrə məşqçi ilə ancaq güllə atıcılığı məşqçisi mübahisə edə bilər” başlığı ilə paylaşıb. 

Qeyd edək ki, sözügedən Dünya Kuboku yarışında sərbəst güləş üzrə Rusiya və Azərbaycan pəhləvanlarının qarşılaşması baş tutmuşdu. 3-cü yer uğrunda görüşdə sərbəst güləşçilərimizdən ibarət yığmamızın üzvü Cəmaləddin Məhəmmədovun rəqibi Timur Kotsoev üzərində yalnız böyük xal üstünlüyü ilə təmiz qələbəsi ölkəmizi Dünya Kubokunun üçüncüsü edə bilərdi.

Ermənilərin də Rusiyanı dəstəklədiyi həmin qarşılaşmada C.Məhəmmədov 12:1 hesablı qələbə ilə komandamıza bürünc medalları qazandırdı.

Komandamızın bu qələbəsi zalda görüşü izləyən erməniləri məyus etdi. 

Sözügedən həyəcanlı görüşdən sonra həmin ildə sərbəst güləş üzrə milli yığma komandanın böyük məşqçisi, hazırda isə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov möhtəşəm qələbə sevinci ilə bütün zalın, eyni zamanda dünya idman ictimaiyyətinin diqqətini cəlb etmişdi.

Rusiya idman cameəsi də F.Umudovun bu sevincinə marağını gizlədə bilməyib. 

 

 

Millimizin Slovakiya ilə matçının vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Slovakiya və Azərbaycan komandaları arasında oyunun başlanma vaxtı müəyyənləşib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq görüş oktyabrın 8-də olacaq.

Oyun Nitra şəhərindəki eyniadlı stadionda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

“Atletiko”nun futbolçusu Azərbaycan yığmasına qarşı oynamayacaq

Millətlər Liqasının 3-cü turu çərçivəsində oktyabrın 10-da Azərbaycan yığması ilə qarşılaşacaq Monteneqro millisi ciddi itki ilə üzləşib.

Komandanın aparıcı futbolçusu, “Atletiko”da (Madrid) çıxış edən Stefan Saviç cəzalı duruma düşüb.

O, Lüksemburqla qarşılaşmada sarı vərəqə alaraq limiti doldurub. Saviç yığmamıza qarşı matçda oynamayacaq.

Millimiz səfərdə qalib gəldi
Bu gün Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib.

Komandamız səfərdə Kiprlə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

8 sentyabr

Millətlər Liqası, 2-ci tur

C liqası

22:45. Kipr – Azərbaycan - 0:1
Qol: Maksim Medvedev, 29
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)
Nikosiya. GSP stadionu

Toral Bayramovdan Fransaya əla qol

Xəbər verdiyimiz kimi, 21 yaşlılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə Fransaya 1:2 hesabı ilə uduzub.

“Qafqazinfo” matçdan hazırlanmış videoicmalı təqdim edir:

Qeyd edək ki, yığmamızın yeganə qolunu 90-cı dəqiqədə Toral Bayramov vurub. 

 

Millimiz Fransaya qarşı

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, yığmamız Fransa komandasını qəbul edəcək.

Saat 21:00-da başlayacaq görüş Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq.  

Türkiyəli hakim Halis Özkahyanın idarə edəcəyi görüş yığmanın 2020-ci ildə ilk sınağı olacaq.

Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi 6 oyundan sonra 6 xalla 3-cü pillədə yer alır. 5 görüşdən 12 xal toplayan Fransa isə 2-ci sırada qərarlaşıb. Qrupa 15 xalı olan İsveçrə seçməsi başçılıq edir.

7 sentyabr

Avropa çempionatının seçmə mərhələsi

II qrup

21:00. Azərbaycan - Fransa
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt. “Kapital Bank Arena”

Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.

Xəbər lenti