İspaniya "Barselona"sı futbolçu Lionel Messini İngiltərənin "Mançester Siti" klubuna satmağa hazırdır.
Kataloniya təmsilçisi 33 yaşlı hücumçudan ötrü "şəhərlilər"dən 280 milyon avro istəyir. "Barsa" argentinalı forvardın əlavə vəsaitlə birgə dəyişdirilməsinə də razıdır.
Qeyd edək ki, daha əvvəl Messi hazırkı klubundan ayrılmaq istədiyini bildirib. Onu heyətinə cəlb etməyə namizədlər arasında İtaliya "İnter"i və "Yuventus"u, həmçinin Fransa PSJ-si də var. Messi yetirməsi olduğu "Barselona"nın əsas heyətində 2004-cü ildə debüt edib. O, 6 dəfə "Qızıl top"un sahibi olub.

3 klubumuz Avroliqada mübarizəyə başlayır

Bu gün UEFA Avropa Liqasında 2020/2021-ci il mövsümünə start veriləcək. Azərbaycan klubları da qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə qoşulacaq.

Avropa Liqasında çıxış edəcək hər 3 klubumuz mübarizəyə 1-ci təsnifatdan başlayacaq.

“Neftçi” Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gələcək.

“Keşlə” Albaniya “Laçi”sini qonaq edəcək.

Avrokuboklarda debütə hazırlaşan “Sumqayıt” isə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

Avropa Liqası

1-ci təsnifat mərhələsi

27 avqust

20:00. Neftçi - Şkupi

Hakimlər: Aleksandr Qolubev, Raymond Tatrik, Yevgeni Morozov, Artis Kenin (hamısı Latviya).

Bakı. “Bakcell Arena”.

21:00. Keşlə - Laçi

Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan).

Bakı. “ASK Arena”.

20:00. Sumqayıt - Şkendiya

Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan).

Sumqayıt. “Kapital Bank Arena”.

Azərbaycan reytinqdə irəlilədi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ardından reytinq cədvəlini yeniləyib. “Qafqazinfo” xəbər verir ki, siyahıda Azərbaycanın mövqeyində dəyişiklik olub.

“Qarabağ”ın Moldova təmsilçisi “Şerif”i 2:1 hesabı ilə məğlub etməsi ölkəmizin bir pillə irəliləməsinə səbəb olub.

Bu oyunlaradək Azərbaycan UEFA reytinqində 26-cı sırada idi. Ancaq Rumıniya klubu ÇFR-in öz meydanında Xorvatiya təmsilçisi “Dinamo” ilə 2:2 hesablı heç-heçə edərək 25-ci pilləni ölkəmizə təhvil verib.

Xatırladaq ki, Azərbaycanın aktivində 15, 125 xal var.

Messi İngiltərə klubuna keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə bilər.
“Report” xəbər verir ki, bu barədə Argentinanın “Nacion” qəzeti idmançının ətrafındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 33 yaşlı hücumçu keçidi rəsmiləşdirmək üçün “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə danışacaq.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib.

Dmitri Nazarov Azərbaycan yığmasınn dəvətindən imtina etdi

Almaniya 2-ci Bundesliqasında çıxış edən “Aue” klubunun futbolçusu Dmitri Nazarov Azərbaycan millisinə aldığı dəvətdən imtina edib.

Bu barədə o, “sueddeutsche” nəşrinə açıqlamasında məlumat verib.

O bildirib ki, koronavirus səbəbindən risk alıb Azərbaycana gəlmək fikrində deyil.

“Dəvət aldım, amma Azərbaycana getmirəm. Çünki hazırda koronavirusla bağlı vəziyyət pisdir, təhlükəsizliyim isə mənim üçün daha vacibdir. Azərbaycan da risk zonasıdır və ora uçuşlar da o qədər asan deyil. Buna görə biz millinin məşqçisi ilə birgə bu dəfə evdə qalmağımla bağlı qərar verdik ”, - 30 yaşlı hücumçu açıqlamasında deyib. O, həmçinin qeyd edib ki, əgər vəziyyət bir qədər yaxşılaşsa, yenidən milliyə qayıda bilər.

“Barselona” azarkeşləri etiraz aksiyasına başladı

“Barselona” fanatları klubunun ofisinin qarşısında aksiya keçiriblər. “Buna səbəb Lionel Messinin katalon klubundan ayrılıq xəbərlərinin yayılmasıdır. 

Tərəfdarlar klub prezidenti Xosep Bartomeunun istefasını istəyiblər. Onlar bildirib ki, Messi istənilən halda klubda qalmalıdır. 

 

 
“Sumqayıt”ın rəqibinə koronavirus şoku

“Sumqayıt”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubu Azərbaycana ciddi itki ilə gələcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə komandanın aparıcı oyunçularından Armend Alimin koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Bu üzdən də o, qarşıdakı matçda Tetovo təmsilçisinə kömək edə bilməyəcək. Futbolçuda xəstəliyin simptomları hiss olunmasa da, o, öz evində karantinə alınıb.

Qeyd edək ki, avqustun 27-də “Sumqayıt”ın stadionunda keçiriləcək “Şkendiya” ilə oyuna saat 20:00-da start veriləcək.

“Qarabağ”dan yeni transfer

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə oyuna çıxacaq “Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın “Çerno More” klubunun futbolçusu Patrik Andrade ilə anlaşıb.

Capo Verdedən olan mərkəz yarımmüdafiəçisi sabah Ağdam təmsilçisi ilə müqaviləsini rəsmiləşdirəcək. 

İspaniyanın "Barselona" futbol klubu argentinalı hücumçu Lionel Messidən komandanı tərk etmək istəyi barədə bildiriş aldığını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi klubdakı mənbəyinə istinadən bildirib.
Bundan əvvəl İspaniya və Argentina mediası L.Messinin klubdan ayrılmaq istəyi barədə dediyini yazmışdı. Qeyd edildi ki, oyunçu müqavilədəki bir bəndi aktivləşdirmək niyyətindədir. Həmin bəndə əsasən o hər mövsümün sonunda birtərəfli qaydada komandanı tərk edə bilər.

“Qarabağ” – “Şerif” oyununun hakimləri dəyişdi

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə (Moldova) keçirəcəyi oyunun hakimlər briqadası dəyişdirilib. “Qafqazinfo” xəbər verir ki, UEFA görüşü Ukraynadan olan hakimlər briqadasına tapşırıb.

Qarşılaşmaya daha öncə qazaxıstanlı referilər təyin edilsə də, qərarda dəyişiklik edib. Matçı Mikola Balakin idarə edəcək. Ona həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" oyunu saat 20:00-da başlayacaq.

Xəbər lenti