![]() |
|
Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatı iştirakçılarının tərkibi 32-dən artıq olmayacaq.
Axar.az xəbər verir ki, ali futbol qurumu tərkibin 48 komandaya qədər artırılmasından imtina edib.
Qeyd edək ki, Qətərdə dünya çempionatı 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixləri arasında keçiriləcək. Əgər dünya çempionatında ölkələrin sayı artırılsaydı, Azərbaycan millisinin də böyük ölçüdə şansı olacaqdı.
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvü Milad Beigi Hərçəqani Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının qalibi olub.
Axar.az xəbər verir ki, o, çempionatın həlledici döyüşündə yunanıstanlı Apostolos Telikostoqlounu 22:12 hesabı ilə məğlub edərək yarışın qızıl medalını qazanıb.
Dünya çempionatında 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində taekvondoçumuz M.Hərçəqani kubalı, fransalı və moldovalı idmançılarından üstün olaraq yarışların yarımfinal mərhələsinə vəsiqə əldə edib. Bu mərhələdə taekvondoçumuz Koreya təmsilçisinə də qalib gələrək yarışların finalına yüksəlib. Yığmamızın üzvü həlledici görüşdə yunanıstanlı idmançını məğlubiyyətə uğradaraq ikiqat dünya çempionu tituluna sahib olub.
UEFA Avropa Liqasının kubok turu – bütün Avropadan futbol azarkeşləri üçün turnirin bir parçası olmaq, fəxri mükafatı yaxından görmək və futbol ulduzları ilə görüşmək üçün unikal imkandır.
Report xəbər verir ki, bu il kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycanın paytaxtı – Bakı şəhərində başa çatıb.
Kubok Avropa Liqasının səfiri olan Portuqaliyalı futbolçu Nunu Rikardo tərəfindən şəxsən təhvil verilib.
Kubok mayın 18-də Bakıya gələrək, Azərbaycanın regionlarında səyahətə yollanıb və respublikanın ikinci böyük şəhəri qədim Gəncə və Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dayanıb. Dayanacaq məntəqələrində sakinlər və tədbir qonaqları xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə biləcəklər, həmçinin onları əyləncəli konsert proqramları, Bakıda final oyununa bilet qazanmaq imkanı və digər hədiyyələr gözləyir.
Azyaşlı qonaqlar üçün face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr hazırlanıb.
Tədbirin daha bir diqqətçəkən məqamı Avropa Liqasının final oyununun səfiri Vəli Qasımov, həmçinin “Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyaları olacaq.
UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda yerli vaxtala saat 23:00-da başlayacaq.
İspaniya futbolunun canlı əfsanəsi hesab olunan qapıçı İker Kasilyas karyerasına son qoyub.
Axar.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib.
Kasilyas sözügedən qərarı həkimlərin məsləhəti ilə qəbul etdiyini bildirib.
Qeyd edək ki, “Porto” klubunun qapıçısı ötən ay məşq zamanı infarkt keçirmişdi.
"Qarabağ" Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə qazandığı çempionluq kubokunu Ağdama aparacaq.
Report-un məlumatına görə, bunu klubun vitse-prezidenti Tahir Gözəl Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşündə deyib.
"Neftçi" ilə oyunu izləmək üçün "Bakcell Arena"ya gələn Həsənov matçdan sonra Gözəllə görüşüb. O, çempionluq kubokunu doğma rayonda görmək istədiyini bildirib. Klub rəsmisi isə çempionatın baş mükafatını Ağdama aparacaqlarına söz verib.
13-15 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş növbəti banklararası şahmat yarışı keçiriləcək.
Axar.az xəbər verir ki, yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir.
Yarışda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankların əməkdaşları iştirak etmək hüququna malikdirlər. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən şəxsi hesab üzrə keçiriləcək.
Artıq 4-cü dəfə keçiriləcək və hər il böyük marağa səbəb olan yarışmada ötən il 28 kredit təşkilatının 80-nə yaxın nümayəndəsi iştirak edib. İştirakçılar arasında şəxsi komanda çempionatında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib olmuşdur.
2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” ASC qərarlaşmışdır.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir.
Futbol üzrə Avropa Liqasında ikinci finalçı müəyyənləşib.
Report-un məlumatına görə, mayın 29-da Bakıda keçiriləcək həlledici qarşılaşmada İngiltərə "Arsenal"ına "Çelsi" rəqib olub. "Zadəganlar" yarımfinalda Almaniya "Ayntraxt"ı ilə həm səfər, həm də ev matçını 1:1 hesablı heç-heçə ilə başa vurub. Əlavə vaxtda da nəticə dəyişmədiyi üçün qalib penaltilər seriyası ilə müəyyənləşib.
Bu zaman "Çelsi"dən Sezar Aspilikueta, "Ayntraxt"dan isə Martin Hinteregger və Qonsalo Pasiensia dəqiq olmayıb. Nəticədə London komandası 4:3 hesabı ilə qələbə qazanaraq, həlledici görüşdə iştirak hüququna yiələnib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Arsenal" - "Çelsi" qarşılaşması saat 23:00-da başlanacaq. "Arsenal" kimi "Çelsi" də bu arenada meydana çıxıb. 2017-2018 mövsümündə "zadəganlar" "Qarabağ"la Çempionlar Liqasının qrup oyununu böyük hesablı qələbə ilə başa vurub - 4:0.
Avropa Liqası, Yarımfinal, cavab oyunları
9 may
23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) - 1:1 (ƏLAVƏ VAXT - 0:0, penaltilərlə - 4:3)
Qollar: Ruben Loftus-Çik, 28 - Luka Yoviç, 49
Penaltilər seriyası: Sebastyan Alle (0:1), Ross Barkli (1:1), Luka Yoviç (1:2), Sezar Aspilikueta (1:2), Conatan de Quzman (1:3), Jorjinyo (2:3), Martin Hinteregger (2:3), David Luis (3:3), Qonsalo Pasiensia (3:3), Eden Azar (4:3)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
London. “Stemford Bric” stadionu
İlk oyun - 1:1.
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, “Arsenal” ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi “Valensiya”nın qonağı olacaq. "Çelsi" səfərdə 1:1 hesablı-heçə etdiyi “Ayntraxt”ı qəbul edəcək. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
9 may Avropa Liqası Yarımfinal, cavab oyunları 23:00.
“Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 1:3 23:00.
“Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya)
İlk oyun – 1:1
***
Kevin Qameyro 11-ci dəqiqədə hesabı açır. “Valensiya” - “Arsenal” 1:0.
***
17-ci dəqiqədə Obameyanq hesabı bərabərləşdirir. “Valensiya” - “Arsenal” 1:1
***
28-ci dəqiqədə “Çelsi” “Ayntraxt”la matçda hesabı açır. Loftus- Çik fərqlənir.
***
Hər iki oyunda fasilə oldu.
***
İkinci hissə başladı.
***
50-ci dəqiqədə “Arsenal” 2-ci qolu vurur. Lyakazat fərqlənir.
***
Yoviç 49-cu dəqiqədə “Ayntraxt”ın bərabərlik qolunu vurur.
***
Kevin Qameyro 58-ci dəqiqədə hesabı bərabərləşdirir. “Valensiya” - “Arsenal” 2:2
***
Obameyanq 69-cu dəqiqədə hesabı 3:2 edir. “Arsenal” önə keçir.
***
“Arsenal”dan 4-cü qol. Obameyanq 89-cu dəqiqədə hesabı 4:2 edir.
***
“Valensiya” - “Arsenal” matçı başa çatdı.
***
“Çelsi” - “Ayntraxt” oyununda əlavə vaxt
***
“Çelsi” penaltilərdə “Ayntraxt”a qalib gələrək Bakıdakı finalda mübarizə aparacaq ikinci komanda olub. Mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” - “Çelsi” finalı olacaq.
Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı haqqında fikirlərini bölüşüb.
Report xəbər verir ki, A.Rəhimov hazırda ölkədə "Formula 1"in keçirildiyini və tezliklə Avropa Liqasının finalı kimi böyük hadisəyə ev sahibliyi edəcəklərini açıqlayıb.
O, yarımfinalda mübarizəni davam etdirən komandalardan "Çelsi"yə azarkeşlik edəcəyini söyləyib: "Finalda kimi görmək istəyirik? Həlledici oyunda əsla İngiltərə finalı istəmirəm. Hazırkı komandalardan "Çelsi"yə azarkeşlik edəcəyəm. Hər halda Roman Abramoviç bizim adamdır".
Nazir "İngiltərəli azarkeşlərdən qorxursunuz?" sualını isə belə cavablandırıb: "Bilirəm ki, onlara xeyli pivə lazım olacaq. Amma biz hazırıq. Bütün pivə zavodları tam gücü ilə işləyir. Amma onların nəyisə dağıdacaqlarını düşünmürəm. Çünki başqa yerlərdə də dağıtmayıblar".
Qeyd edək ki, Avropa Liqasının yarımfinalında "Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya) və "Ayntraxt" (Almaniya) - "Çelsi" (İngiltərə) cütləri üz-üzə gələcək. Görüşlər mayın 2-də və 9-da keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
18:36
ABŞ Prezident Donald Tramp və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar arasında telefon söhbəti baş tutub.
Axar.az xəbər verir ki, telefon danışığı zamanı Tramp terrorizmə qarşı mübarizənin aparılmasının və neft qaynaqlarının qorunmasının vacibliyini qarşı tərəfin diqqətinə çatdırıb.
Tərəflər Liviyanın sabit, demokratik sistemə keçidində həmfikir olduqlarını vurğulayıblar.