Bakıda baş verən avtobus qəzası ilə bağlı rəsmi AÇIQLAMA - FOTO
Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq

Bu gün səhər saat 07 radələrində Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) Yol-xeber.az-a verilən məlumata görə, "Mercedes" markalı qeyri-müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövləq Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub. 149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə hadisə "Mercedes" markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

 

Dünən yol qəzalarında 3 nəfər ölüb
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, noyabr ayının 20-də törədilən 15 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub. 

 

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşdu: 4 yaralı
Yaralılar xəstəxanaya yerləşdirilib

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. İlkın məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Bakıda MTK-nın aldatdığı vətəndaş intihara cəhd etdi
Paytaxtın Nəsimi rayonunda intihara cəhdin qarşısı alınıb.

"Yol-xeber.az" xəbər verir ki, rayonun Mirəli Qaşqay küçəsində Damət Ağayev yaşadığı binanın damına çıxaraq intihar etmək istəyib.
Damət Ağayevin intihar etməyinə səbəb MTK-nən narazılığıdır. D.Ağayev binanın kommunal təhcizatından narazı olduğu üçün özünü öldürmək qərarına gəlib.
Damət Ağayev yaşadığı binanın MTK-sindən şikayət edib.
O, 2006- cı ildə "Aslan MTK"-ya 45 min manat ödəyərək sənəddə sahəsi 81 kv metr göstərilən mənzil alıb. Bir neçə il sonra evini təmir etdirərkən bilib ki, mənzilin real sahəsi 81 yox 68 kv metrdir.

Damət Ağayev MTK-dən pulunu verib 81 kv metr adı ilə aldığı mənzilini geri istəyir.

İllərdir bu probleminin həll olmadığını bildirən Damət Ağayev artıq bu şəraitdən bezdiyini bildirib.

Hadisə yerinə gələn FHN-nin Xilasediciləri bir qədər söhbətdən sonra Damət Ağayevi intihar etmək fikrindən yayındırıblar.

Göyçayda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Göyçayın Şəhadət kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" və "VAZ 2104" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü İbadov İntiqam Yolçu oğlu, Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılova Xatirə Nadir qızı, Şəhadət kənd sakini, 1962-ci il təvəllüdlü Rəsulov İkram Çıraq oğlu, Şəkər kənd sakini, 1960-cı il təvəllüdlü Ələkbərov Kamil Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

 

Faktla bağlı araşdırma aparılır. 

DİN əməliyyat keçirdi: Bakıya narkotik maddələr gətirənlər saxlanılıb - FOTO
Faktla bağlı cinayət işi başlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib. DİN-in Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakinləri Müqabil Məmmədov və əvvəllər məhkum olunmuş Rəşad Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar. M.Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman 47,542 qram narkotik vasitə heroin, 49,862 qram psixotrop maddə metamfetamin, 52,324 qram tiryək və 19,236 qram qurudulmuş marixuana, digər şəxs R.Şükürovdan isə 51,710 qram narkotik vasitə tiryək aşkar edililərək götürülüb. Araşdırma zamanı M.Məmmədov və R.Şükürovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onların bir müddətdir ki, yaşadıqları Yevlax rayonundan Bakıya satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr gətirdikləri məlum olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

Aeroport yolunda daha bir qəza: "Prado" "Opel"i belə vurdu - REAL VİDEO
Son anda "Opel" digər avtomobilə dəyməyə az qalsa da ikinci qəza baş vermir

Bakıda baş vermiş qəza anı kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, "Toyota Prado" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən "Opel" markalı avtomobilə çırpılır. Hadisə səbəb kimi "Opel"in sürücüsünün sürəti azaltması olsa da "Prado" sürücüsü də ara məsafəsini düzgün seçməyib.

Son anda "Opel" digər avtomobilə dəyməyə az qalsa da ikinci qəza baş vermir. Videonu təqdim edirik:

 

Bakı-Sumqayıt yolunda qəza olub, xəsarət alan var
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. 

Nəticədə avtomobil yolun kənarındakı maşına çırpılıb. Nəticədə taksidə olan 1995-ci il təvəllüdlü Muradov Rauf Feyzulla oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Hacıqabulda evakuator "KamAZ"-la toqquşub, bir nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Bakı-Qazax magistral yolunda, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ucar sakini, 1993-cü il təvəllüdlü Hacıyev Orxan Şakir oğlunun idarə etdiyi evakuator "KamAZ" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində evakuatorun sürücüsü ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Bakıda sürət yarışı qəzaya səbəb olub - FOTO
Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır

Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsünün verdiyi məlumata görə, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə sürət yarışına çıxıb. Avtotexniki ekspertiza təyin edilib.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

 

 

Xəbər lenti