![]() |
|
Daxili İşlər Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.
Nizami RPİ 25-ci Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb.
"Yol-xeber.az" xəbər verir ki, qadın özünü körpüdən atmaq istəyib.
İntihar etməyə çalışan orta yaşlı qadını YPX əməkdaşları xilas edib.
Hadisə zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, avtoqəza B.Çobanzadə küçəsində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Məmmədova Fəridə Mehman qızını vurub, daha sonra yol kənarındakı ağaca çırpılıb. Hadisəni törədən sürücü ərazidən yayınıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhərində ötən gün iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini Nazim Həsənovun idarə etdiyi “Mitsubishi” və Bakı şəhər sakini Ş.Babayevin idarə etdiyi “Ravon” markalı avtomobillər toqquşub.
Nəticədə N.Həsənov və Ş.Babayevin sərnişini olan qardaşı Seymur hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini, habelə Ş.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Göyçay rayonunda zəncirvarı yol qəzası baş verib. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 5 avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomibillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
BakuPost.az xəbər verir ki, həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib.
Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər.
Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər.
Bu provokasiya xarakterli video qısa müddətdə sürətlə yayılıb və insanların hiddətinə səbəb olub.
Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın "Report"a istinadən verdiyi verdiyi məlumata görə, hadisə Tanrıqullar kəndi ərazisində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobil qəfil qarşısına çıxan camışı vuraraq öldürüb. Bu zaman yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb. Qəza zamanı “VAZ-2106”da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, noyabrın 1-dən 2-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə, 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.