Bakı-Qazax yolunda avtomobil aşdı - Ölən var - FOTOLAR
"Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az-ınverdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Qasımov Kamran İlham oğlu ölüb, daha 3 nəfər xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 
Yevlax-Şəki yolunda baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb - FOTO
Faktla bağlı araşdırma aparılır

Yevlax-Şəki yolunda yol qəzəsı baş verib.

Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaldan-Çayqaraqoyunlu yolu istiqamətində qeydə alınıb.

Belə ki, kiçiktutumlu "Ford" markalı yük maşını "VAZ 2107" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Şəki rayon sakini Hacıyev Fədat Taleh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkim briqadası tərəfindən ona yerində tibbi yardım göstərilib. Yaralı şəkər xəstəsi olduğu üçün öz istəyi ilə Şəkiyə geri göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 
Bakı Quba yolunda piyadanı maşın vuraraq öldürüb
Faktla bağlı araşdırma aparılır

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az-ın “Report”a istinadən məlumatına görə, hadisə magistral yolun 60-cı km-də qeydə alınıb. Belə ki, həmin ərazidə yolu keçmək istəyən 1985-ci təvəllüdlü Eldarov Rövşən Vidadi oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Sabirabadda piyadanı avtomobil vurub
Faktla bağlı araşdırma aparılır

Sabirabad rayonunda piyadanı avtomobil vurub. Yol-xeber.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “BMW” markalı minik avtomobili yolu keçən piyadanı vurub. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda avtomobil aşdı: yaralılar var
Faktla bağlı araşdırma aparılır

İsmayıllıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Yol-xeber.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Kürdmaşı kənd sakini, 1994-cü il təvəllüdlü Məcidov Tərlan Müqabil oğlu idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Hadisə zamanı sürücü Tərlan Məcidov və sərnişini olan həmkəndlisi, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən T.Məcidov hazırda koma vəziyyətindədir.

 

Faktla bağlı araşdırma aparılır.

Sürücülük hüququ olmayan şəxs qəza törətdi: 22 yaşlı gənc öldü
Faktla bağlı cinayət işi başlanıb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Xəlilov Rahib Bəybala oğlu idarə etdiyi "Hyundai Tucson" markalı 90 BM 329 dövlət nömrə nişanlı avtomobillə Ə.Ələkbərov küçəsində hərəkətdə olarkən Təhmirazov Ramin Əli oğlunun idarə etdiyi 10 B 619 dövlət nömrə nişanlı motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan sərnişin, 1997-ci il təvəllüdlü Əsgərov Xəyal Səbuhi oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən olunub ki, R.Təhmirazovun motosiklet sürmək hüququ olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

DİN insan alverinə dair animasiya hazırladı - VİDEO
Baş İdarənin 152 Qaynar Xəttinə zəng edin

İnsan alverinin qurbanı olmusunuzsa, 
DİN-in İnsan Alverinə Qarşı Mübarizə 
Baş İdarəsinin 152 Qaynar Xəttinə zəng edin.

 
Bakı metrosunda qatarda nasazlıq yaranıb
"Hazırda interval qrafikə uyğun şəkildə davam etdirilir"
Bakı metrosunda qatarda problem yaranıb. Yol-xeber.az xəbər verir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə səhər saatlarında “Sahil” stansiyasından “28 May” stansiyasına hərəkət edən qatarda baş verib: "İçərişəhər" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda qəfil texniki nasazlıq yaranıb. "Qatar “28 May” stansiyasında dayanıb. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq vaqonlar boşaldılıb və texniki baxış üçün depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə yeni qatar buraxılıb. Hazırda interval qrafikə uyğun şəkildə davam etdirilir".
Avtomobillə vurulan piyada xəstəxanada öldü
Binəqədi RPİ tərəfindən araşdırma aparılır

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabrın 20-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Fərrux Həmidovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Nəqliyyat şirkətindən iş axtaran xanıma iyrənc təklif - FOTOLAR
Elan saytında iş axtaran qadının başına iş gəlib

Bakıda transport şirkətinin yerləşdirdiyi elandakı nömrəyə mesaj yazan gənc qız əxlaqsız təkliflə üzləşib. Şirkətin nümayəndəsi iş axtaran qadına intim suallar ünvanlayıb, istədiyini ala bilmədikdə isə nalayiq söyüşlərlə təhqir edib.

Onların WhatsApp yazışmalarının görüntüləri sosial mediada yayılıb.

Yazışmaları sizə təqdim edirik:

 

AzNews.az 


Xəbər lenti