Avtomobili təkərsiz idarə edən sürücünün dəhşətli görüntüsü - VİDEO
Bu cür hərəkət qəzaya və ölümə səbəb ola bilərdi

Yük maşınının təkərini çıxarıb təhlükəli şəkildə hərəkət edən sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Yol-xeber.az xəbər verir ki, yolda hərəkət edən 90-UT-957 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü, avtomobilin arxa sağ təkərlərini çıxararaq hərəkət edib. Onun bu cür hərəkəti konkret qəzaya və ölümə səbəb ola bilərdi. Videodan da aydın şəkildə görünür ki, avtomobilin arxa körpüsünün sağ təkərləri olmadığı üçün sol təkərlərə güc düşərək əyilib.

Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi sürücünün bu cür məsuliyyətsiziliyinə hüquqi qiymət verəcək.

 

Bakıda işıqforun işləməməsi qəzaya səbəb oldu: xəsarət alanlar var - FOTO
Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsi, 17 ünvanında baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Əzizova Rəhimə Zamiq qızı idarə etdiyi “KİA” markalı avtomobillə yol kəsişməsində hərəkətdə olan  “Nissan” markalı avtomobilə çırpılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı işıqfor işləməyib. Qəza nəticəsində R.Əzizova və “Nissan”ın sürücüsü, 1991-ci il təvəllüdlü Səmədov Behzad Qubad oğlu xəsarət alaraq 1 saylı şəhər xəstəxanasının Reanimasiya şöbəsinə  yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 
"Müşfiq postu"nun əməkdaşı yanan maşını belə söndürdü - VİDEO
Yanğınsöndürənlər gələnə qədər YPX əməkdaşı yanğının qarşısını qismən alır

Şamaxıda avtomobil hərəkətdə olarkən qəfildən yanmağa başlayıb. Bu barədə Avtosfer.az-a vətəndaşlardan biri məlumat verib. Vətəndaşın göndərdiyi videodan görünür ki, vətəndaşa məxsus "VAZ 2106" markalı avtomobil yanır. Yol polisi əməkdaşı isə yanğınsöndürən balonla avtomobili söndürməyə çalışır. Yanğınsöndürənlər gələnə qədər YPX əməkdaşı yanğının qarşısını qismən alır. 
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, avtomobili söndürər şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı, polis leytenantı Aydın İsayevdir. O, Müşfiq postunda xidmət aparır.

Videonu təqdim edirik:

 



Bakıda avtomobil yolu keçən piyadanı vurub
Faktla bağlı araşdırma aparılır

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.

Avtomobil yolu keçən Verdiyev Seyidağa Elçin oğlunu vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona kəllə-beyin travması və üz sümüyünün sınığı diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Polisə yalan məlumat verdi, şərikinin pulunu mənimsədiyi üzə çıxdı
Araşdırma aparılır

Bərdə RPŞ-yə müraciət edən Qarayusifli kənd sakini Z.Əzizli oktyabrın 25-də saat 5 radələrində Alpoud kəndi ərazisində yerləşən bazarda 2 nəfərin onun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək 8745 manat pulunu almasını bildirib. Z.Əzizliyə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyindən Yol-xeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Z.Əzizlinin üzərindəki pulun şəriki olan qohumu T.Qurbanova məxsus olması, həmin məbləğdən 5150 manat pulu yaşadığı evdə gizlətməsi, bir qismini isə borcu ilə əlaqədar şəxsi istifadəsinə xərcləməsini, sonradan bu cinayət əməlini ört-basdır etmək üçün evdən götürdüyü bıçaqla özünə xəsarət yetirib quldurluq barədə yalan məlumat verməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən Z.Əzizlinin yaşadığı evdən 5150 manat pul maddi sübut kimi götürülüb.

Araşdırma aparılır.

Şəmkirdə "QAZ" markalı minik avtomobili yanıb
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Şəmkirdə minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən Yol-xeber.az-a verilən məlumata görə, Şəmkir rayonunda "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teplovoz dəmiryolundan keçən qadını vurdu - Bərdədə
Yevlax-Bərdə mənzilində bədbəxt hadisə baş verib

Oktyabrın 24-də, saat 23:05 radələrində Yevlax-Bərdə mənzilində xəsarətlə nəticələnən hadisə qeydə alınıb. Yol-xeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, teplovoz Yevlax-Bərdə mənzilinin 31-ci kilometrində hərəkətdə olan zaman Ağdam rayonundan olan 1979-cu il təvəllüdlü Mənsurə Fərhad qızı Quliyeva və 1988-ci il təvəllüdlü Kənan Elbrus oğlu Məmmədov qadağan olunmuş yerdən dəmir yolunu keçmək istəyiblər. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Xəsarət alan Mənsurə Quliyeva Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Protiv" gedən avtobus sürücülərinin təhlükəli görüntüləri - VİDEO
Sərnişini yolun əks istiqamətində düşürərək onun həyatını təhlükəyə atıb

Paytaxtın Nizami rayonu M.Şərifli küçəsində əks istiqamətə çıxan avtobus sürücüləri kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, oktyabrın 25-də qeyd etdiyimiz küçədə əks istiqamətə çıxan 106 nömrəli xətt üzrə fəaliyyət göstərən 99-MA-451 qeydiyyat nişanlı və 191 nömrəli xətt üzrə fəaliyyət gösrərən 90-VB-363 qeydiyyat nişanlı avtobusun sürücüləri qarşıdan gələn sürücülərin hərəkətini məhdudlaşdırıb. Avtobusun sürücüləri qayda pozmaqlarına baxmayaraq yoluna çıxdığı sürücüyə irad da bildiriblər. İkinci əks istiqamətə çıxan sürücü yolun əks tərəfində sərnişin düşürməklə onların həyatını da təhlükəyə atıb.

Görüntüləri sizə təqdim edirik:

 

 

Təbriz

 
Qayda pozmağına baxmayaraq özünü haqlı bilir 10-TK-064 - VİDEO
Düzünə hərəkət olan zolaqdan sola dönərək təhlükə yaradıb

Qaydaları pozub qəza vəziyyəti yaradan sürücü Yol-xeber.az-ın kamerasına düşüb. Belə ki, oktyabrın 23-ü Bakıxanov prospekti ilə hərəkətdə olan 10-TK-064 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü, düzünə hərəkət təşkil olunmuş zolaqdan sola- Ceyhun Hacıbəyli küçəsinə dönərkən sol zolaqdakı avtomobilə qəza vəziyyəti yaradıb. Sürücü qəzanın qarşısını almaq məqsədiylə səs siqnalından istifadə edən zaman, qaydaları pozan sürücü onun üstünə qışqıraraq haqsız şəkildə etirazını bildirib.

  

Bakıda yük və minik avtomobilləri toqquşub - FOTO
Hadisənin təfərrüatı araşdırılır

Binəqədi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, qəza Şövkət Məmmədova küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili dönmə əməliyyatı etmək istəyərkən Mətləb Ağakişiyevin idarə etdiyi "Ford" markalı yük avtomobili ona çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı araşdırılır.

 

Xəbər lenti