![]() |
|
Noyabrın 1-nə keçən gecə paytaxtın Moskva prospektindən Bakı şəhər sakini O.İsmayılova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.
Məlumatla əlaqədar Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil A.Mustafayev küçəsində qabaq sağ şüşəsi sınmış vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 1-nə keçən gecə Y.Vəzirov və N.Məlikov küçələrində “Range Rover” markalı avtomobildən videoqeydiyyat qurğusu, “KİA” markalı avtomobildən içərisində 700 manat olan pulqabı və “Ford” markalı avtomobildən 2 ədəd çanta oğurlaması da müəyyən edilib.
Nəsimi RPİ-də araşdırma aparılır.
"Yol-xeber.az"ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunda baş verib.
Qax şəhər sakini, 1997-ci il təvəllüdlü Mustafa Füzuli oğlu Mirzəyev idarə etdiyi “Qaz 31 10” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı dirəyə, sonra isə divara vurub.
Qəzadan sonra sürücü M.Mirzəyev və avtomobildə olan sərnişinlər - Qax şəhər sakinləri, 2001-ci il təvəllüdlü Ülfət Teymur oğlu Əhmədzadə, 1997-ci il təvəllüdlü Elvin Vasif oğlu Dəmirçiyev və 1999-cu il təvəllüdlü Sənan Abid oğlu Abidli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralılardan Ü.Əhmədzadə və M.Mirzəyevin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılıb. A.Abudlinin və E.Dəmirçiyevin xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Daxili İşlər Nazirliyi (DİN) ötən gün piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabrın 31-də saat 8 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini Fazil Nəhmətov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən həmyerlisi Esmira Mustafayevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Abşeron Rayon Polis Şİdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, F.Nəhmətov Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabirabad kəndində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində kənd sakinləri - 1968-ci il təvəllüdlü Həsənov Azər Tapdıq oğlu və 1983-cü il təvəllüdlü Ələkbərov Ramil Adil oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bir əlində telefon, bir əlində isə siqaret. Siqaretdən çəkir, mesajdan yazır, sükan-sərnişin qalıb öz halına. Yol-xeber.az xəbər verir ki, bu görüntülər oktyabrın 30-da Ukraynanın Kiyev şəhərində qeydə alınıb.
Kadrlarda, hərəkətin gur olan vaxtı 32 saylı marşrut avtobusun sürücüsü, bir əlində telefon, bir əlində isə siqaret tutaraq nəqliyyatda irəlilədiyi görülür. Heç bir qayda-qanun saymayan sürücü, gah telefonda mesaj yazır, gah da siqaret çəkir, heç yola da baxmır.
Bir sərnişin qeydə aldığı videonu öz hesabından paylaşıb. Bundan sonra daşıyıcı şirkətin nümayəndəsi, görüntüləri izləyərək, ismarıc bölümünə yazılı şəkildə ona təşəkkül edib və sürücünün cəzalandırılacağı ilə bağlı söz verib.
Türkiyənin Zonquldaq vilayətində mədən işçilərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb.
Yol-xeber.az xəbər verir ki, insident bu gün səhər 06.30 radələrində Ereğil-Zonquldaq avtomagistralının Qandilli istiqamətindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Ereğil rayonundan mindirdiyi mədən işçilərini, Türkiyə Daş-kömür Qurumuna bağlı Qozlu müəssisəsinə aid mədən yerinə aparan Mustafa Turxanın idarə etdiyi 67 AAU 323 qeydiyyat nişanlı mikroavtobus, naməlum səbəblərdən idarəetmədən çıxaraq aşıb.
Nəticədə servis sürücüsü ilə işçilər Okan B.(26), Coşqun D. (33), Məhəmməd E. (24), Ərsin Ö. (35), Hakan D. (22), Sərxan B. (33), İlyas A.(35), Qurtuluş S. (24), Tayfun Y. (26), Həmdi K. (35), Fateh D. (27), Yıldıray A. (29), Hüseyin U. (34) və Şərafəddin T. (48) yaralanıb.
Yaralılar, ambulanslarla Erğili Dövlət Xəstəxanasına və rayonda yerləşən özəl xəstəxanalara çatdırılıblar. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.
Polis qəzanın baş vermə səbəblərini araşdır.
Pakistanın Pəncab vilayətində qatarda baş verən yanğın nəticəsində ölənlərin sayı 73-ə çatıb.
Bildirilir ki, partlayış baş verən vaqonlarda (2 ekonom və 1 biznes-klass) ümumilikdə 209 nəfər olub.
***10.10
Pakistanda qatarda baş vermiş yanğın zamanı azı 65 nəfər ölüb. Yol-xeber.az xəbər verir ki, insident bu gün Liakvatpur şəhərində qeydə alınıb.
Bildirilir ki, Karaçi şəhərindən Ravalpindi istiqamətinə irəliləyən qatarın vaqonlarından biri yanmağa başlayıb və alov genişlənərək daha 3 vaqona keçib.
Nəticədə azı 65 nəfər dünyasını dəyişib, onlarla insan xəsarət alıb.
“Pakistan Railways” şirkətinin nümayəndəsinin sözlərinə görə, yanğın qaz balonunun partlamasından sonra genişlənib.
Qeyd edilir ki, sərnişinlərin əksəriyyəti özlərini qatardan atan zaman dünyalarını dəyişib.
Daxili İşlər Nazirliyi (DİN) ötən gün baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Kərimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Ülvi Vəliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Ü.Vəliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub.
Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb. Yol-xeber.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə oktyabrın 22-də paytaxtın Binəqədi rayon, Biləcəri qəsəbəsi ərazisində baş verib.
Belə ki, qəsəbənin Natavan küçəsində yerləşən piyada keçidində Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Ş.Ələsgərovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb.
Ağır xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb.
Binəqədi Rayon Polis İdarəsi, Dövlət Yol Polis Şöbəsi və 6-cı Polis Bölməsinin keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1989-cu il təvəllüdlü R.Namazov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.