Daş maşını məktəbli avtobusuna çırpıldı: 13 ölü, 20 yaralı - FOTO
Hadisə yerinə polis, xilasetmə və səhiyyə vertolyotu cəlb edilib

Slovakiyada sərnişin avtobusunun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az xəbər verir ki, insident bu gün Nitra - Zlate-Moravçe şəhərlərini birləşdirən avtomagistralda qeydə alınıb.

Məlumata görə, daş yüklü yük maşını böyük sinif şagirdlərini daşıyan avtobusa çırpılıb.

Şahidlər bildirir ki, avtobusun sürücüsü qəzadan qaçmaq istəyib, lakin yük maşını onu yan tərəfdən vurub. Zərbənin gücündən avtobus yol kənarına aşıb.

 

Nəticədə azı 13 nəfər dünyasını dəyişib, daha 20 nəfər isə xəsarət alıb. Ölənlərin artacağı istisna edilmir.

Hadisə yerinə polis, xilasetmə və səhiyyə vertolyotu cəlb edilib.

 

 

 

 

Azərbaycanda televiziyaya məxsus maşını yolayrıcında belə vurdular - ANBAAN VİDEO
“Nissan” markalı avtomobilin sürücüsü yolayrıcında digər avtomobili vurub

Bakıda baş vermiş qəza kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, hadisə Həsən bəy Zərdabi prospektində baş verib. İşıqforun qadağanedici nişanının tələblərini pozan “Nissan” markalı avtomobilin sürücüsü yolayrıcında digər avtomobili vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Qeyd edək ki, qəzaya uğrayan avtomobillərdən biri ARB televeziyasına məxsusdur. Videonu təqdim edirik:

 

 
"Gecə qara, cücə qara" prinsipi ilə hərəkət edən sürücü - VİDEO
Əks istiqamətdə çıxaraq təhlükə yaradır

Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Hadisə Təbriz küçəsi ilə Dəmiçizadə küçəsinin kəsişməsində qeydə alınıb. Əks istiqamətdə çıxan sürücü birtərəfli olan Dəmirçizadə küçəsi ilə Təbriz küçəsinə doğru hərəkət edir. Bununla da qaydaları kobud şəkildə pozur. Sürücünün bu əməli 4 cərimə balı və 100 manat pul cəzasıdır. Videonu təqdim edirik:
Bakıda avtomobil piyadanı vuraraq öldürüb
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Qala qəsəbəsində qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Məmmədov Feyruz Kamil oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Maşını 11 ildir satıb, cərimələr ona gəlir – DYP də yorulub, sürücü də - FOTO
Əkbər Yusufov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən xahiş edir ki...

Bakı şəhər sakini Əkbər Yusufov qeyri-adi hadisə ilə üzləşib. Avtosfer.az xəbər verir ki, o, özünə məxsus 10-XK-842 qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomobili 2008-ci ildə etibarnamə ilə digər şəxsə satıb. Lakin etibarnamənin vaxtı bitdiyinə görə avtomobillə törədilən xətalar üzrə tərtib olunmuş qərarlar birbaşa mülkiyyətçi Əkbər Yusufovun adına tərtib edilir. O, bu barədə dəfələrlə Baş Dövlət Yol Polisinə rəsmi şikayətlər edib. Şikayətlər qeydiyyat üzrə Sabunçu rayon DYP Şöbəsində araşdırılaraq eyni məzmunlu cavablar verilir. 
Müraciətlərə verilən cavablarda bildirilir ki, “avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərar qəbul olunub”. Lakin avtomobilin sürücüsü hər həftə qayda pozduğu üçün elektron qaydada qərarlar tərtib olunur. Cərimələr ödənmədiyi üçün avtomobilin mülkiyyətçisi Əkbər Yusufova hər dəfə Sabunçu rayon DYP-dən rəsmi məktub göndərilərək sürücülük hüququnun məhdudlaşdırılacağı barədə xəbərdarlıq edirlər. O, hər dəfə bu məzmunlu müraciəti aldıqdan sonra DYP Şöbəsinə yaxınlaşır və idarədə Əkbər Yusufovun olduğunu bildikdə, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı göndərilən sənədləri cırıb ləğv edilər. Bu məsələdən bezən Sabunçu rayon DYP şöbəsinin əməkdaşları Əkbər Yusufova müsbət nəticə əldə etmək üçün Baş Dövlət Yol Polisi idarəsinə getməyi tövsiyə ediblər.
Əkbər Yusufov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən xahiş edir ki, məsələnin kökündən həll olunması və avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı göstəriş versin.

 

 
8-ci mikrorayonda maşın piyadanı vurdu
Faktla bağlı Binəqədi Rayon polis İdarəsində araşdırma aparılır

Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

Hadisə Cəfər Xandan küçəsində baş verib.

1977-ci il təvəllüdlü Vəzirov Akif  Həsənağa oğlu yolu keçmək istəyərkən “99-FF-892” dövlət nömrə nişanlı “Kia Optima” markalı minik avtomobili onu vurub.

 

Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon polis İdarəsində araşdırma aparılır.

Taksidən düşmək istəyən 2 nəfəri avtomobil vurub - Bakıda
Faktla bağlı araşdırma aparılır

Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Hava Limanı istiqamətində qeydə alınıb. 1989-cu il təvəllüdlü Hüseynov Elxan Əmirxan oğlu və 1996-cı il təvəllüdlü Həsənov Tural Qalib oğlu taksidən düşən zaman arxadan gələn minik avtomobili onları vurub. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Azərbaycanda toy karvanında avtomobildən havaya atəş açıldı — VİDEO

“Youtube” sosial şəbəkəsində Qazax rayonun Daş Salahlı kəndində, toy karvanında kənd sakinlərindən birinin avtomobildən havaya atəş açmasının görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, görüntülər, noyabr ayının 10-da Eldar Barxudarlı adlı şəxsin “Youtube” kanalına yüklənmiş videoda öz əksini tapıb. Sərlövhədə kadrların Qazax rayonunun Daş Salahlı kəndində keçirilən toyda lentə alındığı bildirilib. E. Barxudarlı həmçinin toyu lentə alan operator olduğunu qeyd edib.
Kadrlarda “VAZ-2106” markalı, “09-BC-367” dövlət qeydiyyat nişanlı avtobobilin ön tərəfində əyləşən gəncin ov silahından havaya atəş açdığı müşahidə olunur.
Həmin kadrları təqdim edirik:
Avtomobil partladıldı: azı 7 ölü, 13 yaralı
Onlardan bir neçəsinin vəziyyəti ağırdır

Suriyanın Rakka əyalətində partlayış baş verib. Yol-xeber.az xəbər verir ki, insident əyalətin şimalında yerləşən Suluk yaşayış məntəqəsində qeydə alınıb.

Bildirilir ki, terrorçuların minalanmış avtomobili partlatması nəticəsində azı 7 nəfər ölüb, daha 13 nəfər isə xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Suluk Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındadır. Onlar regionda təhlükəsizlik zona yaratmaq və məcburi köçkünlərin geri qayıtması üçün hərbi əməliyyatlar aparır.

Təyyarənin tualetində siqaret çəkən qadın məcburi enişə səbəb oldu
Daha sonra hava gəmisi Samaradan Soçiyə yola düşüb

Çelyabinskdən Soçiyə uçan təyyarə Samaraya məcburi eniş edib. 

“RİA Novosti” xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin təyyarənin tualetində siqaret çəkməsi olub. 

Kuybışev Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, qadın sərnişin elektron siqaret çəkdiyi üçün təyyarədən endirilib. 

 

Daha sonra hava gəmisi Samaradan Soçiyə yola düşüb. 

Xəbər lenti