Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü
Bakıda baş vermiş qəza anı kameraya düşüb.

"Yol-xeber.az" avtosfer.az-a istinadla xəbər verir ki, hadisə aeroport yolunda baş verib.

Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırıb və asta sürətlə hərəkət edib. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq, ona yaxınlaşıb və irad bildirib.

Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyib. Zərbənin gücündən “Subaru” “Toyota”ya çırpılıb. Digər avtomobil isə “Toyota”ya dəyib. Bütün bu hadisələrin fonunda beşinci avtomobil son anda yüngül toqquşma ilə qəzadan qurtulub.

Bir anın içində avtomobillərdən düşən sürücü və sərnişinlər “Toyota” markalı avtomobilə tərəf qaçıb və sürücünü döyməyə başlayıblar. Magistral yolun ortasında bir neçə şəxs davaya qarışıb. Sonda ərtafdakı digər avtomobillərin sürücüləri onları ayırıblar.

Bakı-Quba yolunda baş vermiş qəzada yaralananlardan 2-si ölüb - YENİLƏNİB
Faktla bağlı araşdırmalar davam etdirilir

***22:00**

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.  

 

"KamAZ" markalı yük maşını ilə "Vaz 21010" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

***00:15***

Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsində yaralanan sərnişinlərdən ikisi dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Çiləgir kənd sakini, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı ölüb.

Tibb müəssisəsindən xəsarət alan Çiləgir kənd sakini, sürücü Savalanov Hümbət Şayəddin oğlunun vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, dünyasını dəyişən Günay Savalanova sürücünün həyat yoldaşıdır.

Bakıda 2 avtomobil toqquşdu: 2 qadın ağır yaralanıb
Faktla bağlı araşdırma aparılır

Bakının Xəzər rayonunda iki nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qala qəsəbəsində qeydə alınıb. Qala yolunda "VAZ 2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ 2107"-də olan sərnişinlər - 1981-ci il təvəllüdlü Hüseynova Ləman Məhəmməd qızı və 17 yaşlı Hüseynova Firəngiz Anar qızı xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Böyük faciələrə "xırda" səbəb: Telefon və siqaret sürücünün diqqətini yayındırır
Ekspert: "Sürücü belə hadisələr nəticəsində özünü qırağa çəkib deyə bilməz ki, “mən nə edirəmsə, özümə edirəm"

Başı telefona qarışan sürücü ağır qəzaya səbəb olub. Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. Hadisə aeroport şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılıb. Ardınca idarəetməni itirərək sağ, daha sonra sol tərəfdəki dəmir arakəsmələrə dəyib və dayanıb. Hadisə nəticəsində taksi sürücüsü xəsarət alıb. Qəzaya sürücünün mobil telefona başı qarışması səbəb olub. Sürücülərin diqqətini yayındıran və dəhşətli qəzalara səbəb olan hadisələrin yaşanmaması üçün geniş təbliğatlar aparılsa da,  bədbəxt hadisələrin ardı-arası kəsilmir. Əksər yol qəzalarının arxasında sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi dayanır. Hadisə ilə bağlı Sherg.az-a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, sürücülərin ani olaraq diqqət yayınması böyük qəzalara səbəb olur: “Yol hərəkətinin təhlükəsizliyinə aid “2019-2023-cü illər Dövlət Proqramı”prezident tərəfindən təsdiqlənib. Bu sənədin üzərində müəyyən işlər gedir. Orada böyük bir bölmə “sürücü və nəqliyyat vasitəsi” terminini əhatə edir. Necə etmək lazımdır ki, bizdə etibarlı və peşəkar, həmçinin mədəniyyətli sürücü formuluna gəlib çataq? Ümumiyyətlə, bütün dünya ölkələrində yol nəqliyyat hadisələri olur. Amma elə hadisələr olur ki, onlar obyektiv səbəbdən yox, subyektiv səbəbdən baş verir. Subyektiv səbəb, yəni hadisələrin 70-80 faizi sürücülərin təsiri ucbatından baş verir. Çünki onlar yol hərəkəti qaydalarını pozmasalar da, hadisədən qaça bilərlər. Maariflənmə işi aparılmalıdır, peşəkar sürücü modeli bizdə yüksək səviyyədə olmalıdır. Yol hadisələrinin əksəriyyətinə səbəb olan sürücülər peşəkarlıq nöqteyi nəzərdən zəif olanlardır. Çünki peşəkar və etibarlı sürücü bilir ki, diqqəti başqa səmtə yönəltmək olmaz. Sürücülərin iki cür diqqəti var. Biri odur ki, mənalı olaraq insan öz məqsədi üçün nəzərdə tutduğu diqqətdədir. Yəni, yol nişanları və müəyyən hadisələrə yönələn diqqətdir ki, insan həmişə iradəsindən asılı olaraq bu diqqət formasında hərəkət edir. Diqqətin də həcmi, intensivliyi var.  Bir də var ki, passiv diqqət. Passiv diqqət isə insanın fikrinin iradəsindən asılı olmayaraq həyəcanlanma və emosiyalara uyğun bir istiqamətə yönəlməsidir. Passiv diqqətdən biri də sükan arxasında telefonla oynamaqdır. Maşını idarə edərkən telefonla oynamaq, siqaret çəkmək və yaxud müəyyən bir formada sürücünün diqqətini kənar yerlərə yayındırmaq çox təhlükəlidir. Sürücünün diqqəti ani olaraq yayınır passiv diqqət əmələ gəlir, bir neçə saniyədə reaksiya zəifləyir və hadisə baş verir. Ona görə  çalışmaq lazımdır ki, sürücülərdə passiv diqqət olmasın. Bu məsələlərdə sürücü peşəkarlılığı, etibarlılığı və mədəniyyəti vacibdir. Sürücülər bunların uğrunda mübarizə aparmalıdır. Ona görə də sürücülərin hazırlığı, maariflənməsi hər zaman olmalıdır”.

 

Ekspert bildirib ki, baş verən hadisədə sürücü yalnız özünə yox başqasında da ziyan edib: “Sürücü belə hadisələr nəticəsində özünü qırağa çəkib deyə bilməz ki, “mən nə edirəmsə, özümə edirəm”. Bu, hər birimizə təsir edən amildir. Maariflənmə işi və müəyyən təbliğatların aparılması vacibdir. Sürücülərlə söhbətlər aparılmalıdır. İndi bizdə bəzi taksi sürücüləri başlı-başına buraxılıb. Bizim nəqliyyat şəbəkəsində müxtəlif sektorlara məxsus nəqliyyat vasitələri işləyir. Həmin sürücülərin hərəsinin bir xüsusiyyəti var. Taksi sürücüləri sahibkarlara məxsus sektordur və yaxud şəxsi istifadəsi olan sürücülər ən çox hadisələri törədənlərdir. Bu hadisələr elmi cəhətdən araşdırılmalıdır, maariflənmə aparılmalıdır, tez-tez təbliğatlar aparılmalıdır ki, sürücülər belə məsuliyyətsizlik ilə digərlərinə də ziyan etməsinlər. “2019-2023-cü illər Dövlət Proqramı”nda bu məsələlər əks olunub. Amma nə qədər öz üzərimizdə işləməsək və məsuliyyət hiss etməsək, belə hadisələr artacaq. Bütün halların arxasında sürücü məsuliyyəti dayanır. Hər birimiz mübarizə aparmalıyıq və ictimai fikir formalaşmalıdır ki, sürücülər məsuliyyətli olsunlar”.

 
Bakıda zəncirvari qəza, 3 avtomobil bir-birinə çırpıldı - VİDEO
Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib

Bakıda zəncirvari yol qəzası baş verib. Yol-xeber.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki "Qəsr" Yaşayış Kompleksinin qarşısında hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşaraq yolun kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

 
Bakıda motosiklet avtomobillə toqquşub, 2 nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, avtoqəza Bülbül prospekti və Füzuli küçəsinin kəsişməsində baş verib.

Motosiklet və minik avtomobilinin toqquşması zamanı hər iki sürücü - Məhərrəm Rəsulov və 1990-cı il təvəllüdlü Elvin Maqsudov xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Nəsimi rayonunda yol qəzası olub, xəsarət alanlar var
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı 24 yaşlı Rəsulov Məhərrəm Əflatun oğlu və 29 yaşlı Maqsudov Elvin Nəriman oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. M.Rəsulova sağ çiynin əziyi, E.Maqsudova isə qarnın və onurğanın küt travması diaqnozu qoyulub

Polis ölkədə 5 mln. avroluq narkotik vasitə ələ keçirib
Narkotik maddələrin Türkiyə ərazisindən gətirildiyi, sonra isə Serbiyada paylandığı qeyd olunur

Serbiya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində narkotiklərin yayılması ilə məşğul olan cinayətkar qrupu yaxalayıb. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Neboyşa Stefanoviç məlumat verib. Onun sözlərinə görə, “qara bazar”da dəyəri 5 milyon avro olan 77 kiloqram heroin ələ keçirilib. “Polis əməkdaşları 77 kq təmiz heroin götürüb və ölkədə qadağan olunmuş maddələrin yayılmasında şübhəli bilinən üç nəfərdən ibarət cinayətkar qrupu ələ keçiriblər”, - deyə nazirliyin mətbuat xidməti nazirdən sitat gətirib.

 

Narkotik maddələrin Türkiyə ərazisindən gətirildiyi, sonra isə Serbiyada paylandığı qeyd olunur.

Azərbaycanda yol qəzalarında ölən və yaralananların ŞOK statistikası
Sağlamlığına yüngül zərə dəyənlərin statistikası aparılmır

"Ölkəmizdə müstəqillik illərində yol-nəqliyyat hadisələri üzrə statistik rəqəmləri təhlil edəndə dəhşətli mənzərə alınır. Rəsmi statistikaya inansaq, 1991-2018-ci illər üçün ölən və yaralananların sayı 100 minə çatmaqdadır." Yol-xeber.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov yazıb. Onun sözlərinə görə, bu ili də əlavə etsək, 100 minlik hədd aşılacaq.
Onlardan:
Ölənlər - 25386 nəfər:
Yaralananlar (sağlamlığına ağır və ya az ağır zərər dəyənlər) - 74413 nəfər. 
Sağlamlığına yüngül zərə dəyənlərin statistikası aparılmır. Bu bəla ilə hamı mübarizə aparmalıdır. Ən azından hər kəs özündən başlamaqla.
Məcburi köçkün Gəncədə iş yerindən itkin düşdü
Faktla bağlı araşdırma aparılır

Gəncədə 32 yaşlı kişi itkin düşüb. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidə baş verib. Kəlbəcər rayonunda qeydiyyatda olan, Goranboy rayonu, Yeni Qaçqın şəhərciyi, bina 5, mənzil 52-də yaşayan, 1987-ci il təvəllüdlü Cəfərov Nazim Elman oğlu noyabrın 11-də Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidəki iş yerinə gedib və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti