![]() |
|
Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
“Yol-xeber.az” xəbər verir ki, qəza oktyabrın 29-da saat 21 radələrində qeydə alınıb.
Bakı şəhər sakini S.Mehdiyev idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
“Yol-xeber.az” xəbər verir ki, qəza piyada zolağının üstündə baş verib.
Məlumata görə, O.Gülalıyev ağır vəziyyətdə xəstəxanaya aparılır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabr ayının 29-dan 30-dək daxili işlər orqanlarında törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Bakı-Sumqayıt yolunda evakuator ilə avtomobil toqquşub. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, 50-DA-813 dövlət nömrə nişanlı "VAZ 2106" avtomobil yolun ortasında idarəetməni itirib. Bu anda qarşı tərəfdən gələn 99-JP-098 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı evakuator maşını ona dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə nəticəsində Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Əraziyə DYP əməkdaşları gəlib.
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının yaxınlığında 1986-cı il təvəllüdlü Qədirov Orxan Adil oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Rusiyanın Novosibirsk əyalətində Yol Polis Xidmətinin əməkdaşları (YPX) təqib etdikləri traktor sürücüsünü silahdan istifadə edərək dayandıra biliblər.
Yol-xeber.az xəbər verir ki, insident oktyabrın 27-də Çebaklı kəndi ərazisində qeydə alınıb.
Polisin məlumatına görə, YPX əməkdaşları traktor sürücüsündən nəqliyyat vasitəsini saxlamağı tələb ediblər. Lakin o, tələbə məhəl qoymayaraq hərəkətə davam edib.
Bildirilir ki, YPX əməkdaşları bundan sonra təqibə başlayıblar. Səs gücləndirici qurğunun köməkliyi ilə sürücüdən dayanmasını tələb ediblər. Ancaq o, yüksək sürətlə əks istiqamətə çıxaraq hərəkətə davam edib. Bununla yanaşı qayda pozucu, özündən başqa digər hərəkət iştirakçılarının da həyatı üçün təhlükə yaradıb. Bütün bunları nəzərə alan polislər xidməti silahdan istifadə etmək qərarına gəliblər.
Asayiş qoruyucuları traktorun təkərinə atəş açaraq nəqliyyat vasitəsini dayandırmağa müvəffəq olublar. Sürücü saxlanılaraq polis bölməsinə gətirilib.
Məlum olub ki, o, traktoru sərxoş vəziyyətdə idarə edib. 29 yaşlı qanun pozucusuna inzibati qaydada protokol tərtib edilib. Ayrıca, yaxalanan sürücü polis əməkdaşının qanuni tələbinə tabe olmadığına görə məsuliyyətə cəlb olunacaq.
Namiq Musayev
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az Report"a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Məmmədəli Racib yolu oğlu yolu keçərkən onu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.
Daxili İşlər Nazirliyi (DİN) Qobustan şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. DİN Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabrın 26-da saat 8 radələrində Qobustan şəhərinin ərazisində Sumqayıt şəhər sakini Samir Rufullayevin idarə etdiyi “VAZ-2107” və Ağsu rayon sakini Əhmədağa Rüstəmovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü hadisə yerində ölüb, avtomobillərdə olan 3 sərnişin xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakı metropolitenində baş vermiş qəzadan 24 il ötür. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, 1995-ci il oktyabrın 28-də "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb.
Qatar tuneldə alışdığından və xilasetmə əməliyyatının lazımi səviyyədə olmaması səbəbindən faciənin miqyası böyük olub. Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Hadisə terror əməli hesab olunmayıb, texniki qəza kimi qiymətləndirilib. Uzun müddət araşdırma aparan istintaq qrupu hadisənin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi yararsız olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı yanlış sayılıb. Təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan olunub, qəzada həlak olanlar dövlət hesabına dəfn edilib və ailələrinə bir milyon manatlıq yardım göstərilib. Hadisə ən dəhşətli metro qəzası kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.