![]() |
|
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Yol-xeber.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.
Vətəndaşa məxsus çamadan rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Bu zaman əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən 10 ədəd "Samsung Galaxy Note 10" markalı mobil telefon və 2 ədəd qulaqlıq aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda qəza törədib qaçan sürücü saxlanılıb. Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də şəhər sakini Ramin Hüseynovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mitsubishi” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini S.Dadaşov saxlanılıb.
Hacıqabulda baş vermiş ağır yol qəzasında xəsarət alan şəxs dünyasını dəyişib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, "KamAZ" markalı yük maşınının sürücüsü - Füzuli rayonunun Qaraxanbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Hüseynov Qəfər Qənimət oğlu xəstəxanada keçinib.
***Saat 20:49
Hacıqabulda baş vermiş yol qəzasında yük maşınının sürücüsü ağır xəsarət alıb. Füzuli rayonunun Qaraxanbəyli kənd sakini, Hüseynov Qəfər Qənimət oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını “Merсedes” markalı minik avtomobilinin üstünə aşıb. Nəticədə “KamAZ” markalı yük maşınının sürücüsü ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
*** Saat 18:49
Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində zəncirvarı qəza olub. “KamAZ” markalı yük maşını, “Hyundai” və “Merсedes” markalı minik avtomobilləri toqquşub. Xəsarət alanlar var.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabr ayının 10-da törədilən 17 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan “VAZ-2107” markalı avtomobilin sürücüsü, 31 yaşlı Abuzərov Elman Rauf oğlu xəstəxanada vəfat edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
***00:52
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gecə Qala Əyləncə Parkının yanında qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb. Qəza nəticəsində sürücü, 1988-ci təvəllüdlü Abuzərov Elman Rauf oğlu xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı təcili əməliyyata götürülüb.Faktla bağlı araşdırma aparılır.