![]() |
|
Yevlaxda 14 yaşlı uşaq cücə dərmanını yeyərək ölüb.
Axar.az xəbər verir ki, rayonun Hacimahmudlu kənd sakini 2005-ci il təvəllüdlü Ziyafət Elnur qızı İsmayılova yaşadığı evdə cücə dərmanını duz bildiyindən yumurtanın üstünə səpərək yeyib. Bir neçə saatdan sonra yeniyetmə qızın vəziyyəti pisləşib.
Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.
ABŞ-ın Venesuelanın Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etməsi əxlaqsızlıqdır.
Axar.az xəbər verir ki, bu sözləri Veneseula Prezidenti Nikolas Maduro deyib.
Onun sözlərinə görə, ABŞ-ın yeni sanksiyaları Venesuelaya əlavə güc verəcək.
Maduro həmçinin Mərkəzi Bankın Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərin öhdəsindən gələcəyini bildirib.
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alıb.
DSX-dən Axar.az-a verilən məlumata görə, aprelin 11-i saat 01:25-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədindən qaçaq yolla İran İslam Respublikasından Azərbaycana narkotik vasitələri keçirmək istəyən və əraziyə “Mersedes-Benz” markalı avtomobillə gələn 3 nəfər Azərbaycan vətəndaşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.
Bu gün səhər saatlarında Sumqayıt şəhərinin “Yaşma bağları” yaşayış massivindəki fərdi evlərin birində partlayış olub.
Sumqayıt Şəhər Polis İdarəsindən "Azərtac"a bildirilib ki, qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədova yanıq xəsarətləri alıblar.
Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər.
Faktla bağlı polis idarəsində araşdırma aparılır.
2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.
Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib. Nəticədə, iki nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, bu barədə Virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.
Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş - 44 yaşlı Vəli Nəbiyev isə kəllə-beyin travması alıb.
Yaralıların həyatı üçün təhlükə yoxdur.
Qaradağ rayonu Sahil qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, martın 25-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Astara rayon sakini N.Məmmədov idarə etdiyi “Mersedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi yük avtomobilinə vurub.
Nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Quba-Qonaqkənd yolunun Təngəaltı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, kənd sakini Ramil Adilovun idarə etdiyi UAZ markalı avtomobil, Rustov kənd sakini Seymur Nuriyevin “LADA Niva” avtomobili ilə toqquşub.
Hadisə nəticəsində xəsarət olmasa da avtomobillərə ciddi ziyan dəyib. Qəza səbəbindən yolda hərəkət bir müddət dayandırılıb.
Qeyd edək ki, R.Adilov Muçu kənd ümumi orta məktəbinin direktorudur.
Faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
![]() ![]() ![]() ![]() |
Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.
Məlumata görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən VAZ-21011 markalı avtomobil inzibati qayda pozuntusuna görə saxlanılmış, həmin vaxt avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Aşağı Tala kənd sakini İsmayıl Qurbanov üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Polis Şöbəsinə gətirilib.
Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd kibrit qutusunda 8 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Ətrafında aparılan araşdırmalar zamanı İ.Qurbanovun həmin narkotik vasitəni Balakən şəhər sakini Abdulla Qallacovdan aldığı müəyyən edilib.
A.Qallacovun yaşadığı evə baxış keçirilən zaman oradan 805 qram qurudulmuş marixuana, həmçinin qanunsuz saxladığı 16 kalibrli qoşalülə ov tüfəngi də aşkar edilərək götürülüb. O, ifadəsində həmin narkotik vasitəni yay aylarında rayonun Püştətala kəndi ərazisində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini bildirib. Qeyd edilən əraziyə baxış keçirilən zaman 3 ədəd, ümumi çəkisi 185 qram olan çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.