![]() |
|
Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb.
Report-un məlumatına görə, bunlar 17 yaşlı Əsgərov Naib Şəmməd oğlu və 14 yaşlı Əsgərova Aida Şəmməd qızıdır.
Qardaş və bacının meyitləri şəhər kənarında kimsəsiz yerdə tapılıb. Meyitlərin üzərində fiziki zorakılıq əlaməti olmasa da onların öldürüldüyü ehtimal olunur.
Azərbaycanlı gənclərin ataları bizneslə məşğuldur.
Külli miqdarda dələduzluqda ittiham edilən keçmiş hakim məhkəmə zalında həbs edilib.
Müsavat.com xəbər verir ki, hökm Xətai Rayon Məhkəməsində çıxarılıb.
Külli miqdarda dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Bakı Hərbi Məhkəməsinin keçmiş hakimi Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Vəkillik fəaliyyəti ilə məşğul olan T.Zeynalov məhkəmə zalında həbs edilib. Prokuror təqsirləndirilən şəxsin həbs edilməsini istəyib. T.Zeynalov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.
Bu iş üzrə zərərçəkmiş şəxs Asif Bağırovdur. Məlumata görə, T.Zeynalov zərərçəkmişə qarşı 20 min manatlıq dələduzluq edib.
Biləsuvar rayonunda 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada keçinib.
Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirov Vəlinin vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.
Hazırda ölən digər iki şəxsin kimliyi dəqiqləşdirilir.
Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.
Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda qanunsuz saxlanılan silah götürülüb.
Bu barədə Axar.az-a DİN Şəki regional qrupundan məlumat verilib.
Belə ki, yanvarın 25-də İsmayıllı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Ərəkit kənd sakini Fazil Allahyarovdan müvafiq sənədləri olmayan “TOZ 63” markalı qoşalüləli ov tüfəngi götürülüb.
Fazil Allahyarovun barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə protokol tərtib olunaraq İsmayıllı Rayon Məhkəməsinə göndərilib.