Milli Məclisin iclasları başladı

Bu gün parlamentin 2018- ci il payız sessiyasının ilk plenar iclası öz işinə başlayıb. 

İclasda çıxış edən spiker Oqtay Əsədov bildirib ki, parlamentin 100 illiyi ilə bağlı sentyabrın 21-də xüsusi təntənəli iclas keçirilib: “İclasda dövlət başçısı çıxış etdi. Prezident iclasda çıxışı zamanı parlamentin əhəmiyyətini xüsusi qiymətləndirdi və bu bizim üçün çox əhəmiyyətlidir. O dedi ki, Azərbaycanın qanunverici bazası çox mükəmməldir. Parlamentin fəaliyyətinə bu cür yüksək qiymət verdiyinə görə mən öz adımdan, həm də sizin adınızdan ölkə başçısına minnətdarlığımı bildirirəm”. 

Qeyd edək ki, spikerin sözləri alqışlarla qarşılanıb. 

 

Spiker eyni zamanda əlavə edib ki, ötən yaz sessiyasında və növbədənkənar sessiyada parlamentdə 16 iclas keçirilib və 261 qanun və qərar qəbul edilib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya yüksək dəqiqliyə malik ən yeni aviasiya bombası olan “Drel”in sınağını keçirir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Texmaş” konserninin baş direktorunun müavini Aleksandr Koçkin deyib.

 

“Sınaqlar plan üzrə gedir. Hələlik aviasiya bombası öz xarakteristikasının bu tələblərini təsdiq edir. Onun sınaqlarının uğursuz başa çatacağı ilə bağlı heç bir qorxumuz yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, “Drel” aviabombası 2015-ci ildə təqdim edilib. 2016-cı ildən onun sınaqları aparılır. Sınaqlar cari ilin sonuna qədər bitməlidir.

“Drel” onlarla kilometr məsafədə tank əleyhinə sistemləri, radiolokasiya sistemlərini, idarəetmə məntəqələrini və zenit raket komplekslərinin enerji qurğularını sıradan çıxarmaq üçün nəzərdə tutulub.

 

Almaniya azərbaycanlılarının Koordinasiya Şurası yaradıldı

Berlin şəhərində Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin növbəti toplantısı keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindənverilən məlumata görə, toplantıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da iştirak ediblər.
 
Tədbirdə diaspora fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Diaspora fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib və bu təkliflər iştirakçılar tərəfindən nəzərdən keçirilib.
 
Almaniyada yaşayan soydaşlarımızın daha sıx birləşməsinin və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyi vurğulanıb və bu məqsədlə Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi qərara alınıb.

 

Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin sədri Yaşar Musayev Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

 


 

Meksika prezidenti Andres Manuel Lopez Obrador mülki əhaliyə qarşı ordudan istifadə edilməyəcəyinə söz verib.

Qaynarinfo.az xəbər verir ki, prezident 1968-ci ildə azı 300 nəfərin ölümü ilə nəticələnən tələbə nümayişlərinin 50-ci ili münasibətilə təşkil edilən mərasimdə bu fikri səsləndirib.

 

Qanlı aksiyalardan sonra nümayişlər Latın Amerikasına da yayılmışdı. Obrador ölkədə gənclərə dəstək verən prezident kimi tanınır. Meksika höküməti tələbələrə aylıq təqaüd və pulsuz təhsil imkanı təmin edir.

Qeyd edək ki, 1968-ci ildə təşkil edilən tələbə mitinqlərində ordu gənclərə hücum etmiş, 300-dən çox mülki vətəndaş dünyasını dəyişmişdi.

Rusiya Prezidenti Vladimir Putin Abxaziyanın separatçı lideri Raul Xacimbaya Qələbə və Müstəqillik günü münasibətilə teleqram göndərərək, ona problemlərin həllində hərtərəfli yardım göstərməyə söz verib.

 

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.

Putin həmçinin təbrik teleqramında gələcəkdə də Rusiyanın Abxaziya hökumətinə və onun xalqına problemlərinin həllində yadım edəcəyini bir daha vurğulayıb.

Böyük Britaniya yeni Arktika strategiyası çərçivəsində Norveçdə 800 dəniz piyada və xüsusi təyinatlısı yerləşdirəcək.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə naziri Qevin Uilyamson danışıb.

 

Məlumata görə, Britaniyanın sözügedən addımına səbəb bölgədə rus sualtı qayıqlarının aktivləşməsi olub.

“Biz Rusiya sualtı qayıqlarının Soyuq müharibə illərindəkinə çox yaxın şəkildə aktivləşməsini görürük. Bizim məsələyə müdaxilə etməyə başlamamız çox doğru olacaq”, - nazir bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev mənə savadlı insan təəssüratı bağışladı.

Axar.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

 

“Əlaqə yaratmaq barədə razılaşmağımız vacibdir. Sabah biz rəsmi şəkildə ATƏT-in Minsk Qrupunun üzvlərinə Azərbaycan və Ermənistan rəhbərliyi arasında daimi əlaqə yaratmaq barədə razılaşdığımızı bildirəcəyik”, - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, bunun texniki cəhətdən necə həyata keçiriləcəyi hələlik məlum olmasa da, vəziyyətə daha operativ nəzarət etməyə kömək edəcək.

Türkiyənin Antalya vilayətinə ilin əvvəlindən gələn turistlərin sayı 11 milyonu ötüb.

Ardını oxu...

Denis Puşilin seçkilərdə qalib gələcəyi halda Donbasın işğal olunmuş hissəsi Ukraynanın tərkibinə geri qayıdacaq.

Axar.az xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının keçmiş "müdafiə naziri" İqor Strelkov sosial şəbəkə hesabında yazıb.

 

“Puşilin – Donbasın tezliklə ukraynalılara verilməsi deməkdir. Puşilin – daxili qarışıqlıq, bu gün mövcud olan respublikanın parçalanması deməkdir”, - Strelkov bildirib.

Strelkov həmçinin Puşilinin Ukrayna xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğunu qeyd edib və onun barəsində kompromatın yaxın vaxtlarda sosial şəbəkələrdə peyda ola biləcəyini açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın MDB Dövlət Başçıları Şurası çərçivəsində Düşənbədə keçirilən görüşündən belə bir nəticə çıxarmaq olar ki, N.Paşinyanın bundan əvvəl verdiyi bəyanatlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda tərəf kimi iştirak etməsi məsələsi artıq aradan götürüldü.

Axar.az xəbər verir ki, bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev hesab edir ki, bu məsələnin yenidən gündəmə gəlməsi artıq qeyri-mümkün görünür:

 

“Eyni zamanda Düşənbə görüşünu Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması üzrə danışıqların yenidən başlanmasına bir istiqamət kimi dəyərləndirmək mümkündür. Hər iki dövlətin güc strukturlarına, ümumiyyətlə, bu məsələ ilə məşğul olan qurumlara verilən tapşırıqlar bundan ibarətdir ki, onlar daim təmasda olacaqlar”.

Politoloqun sözlərinə görə, N.Paşinyanın sosial şəbəkə vasitəsilə yaydığı bəyanatdan aydın olur ki, o, hətta qondarma rejimin rəhbərliyinə təmas xəttində tam şəkildə atəşkəsə nail olmaq üçün əlindən gələni etməsi tapşırığını verib: “Bu da mühüm amildir. Yəni artıq Ermənistan-Azərbaycan danışıqlarında Azərbaycan diplomatiyasının da istədiyi kimi, müvafiq addımlar atılmaqdadır”.

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevlə N.Paşinyanın Düşənbə görüşünün nəticəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların Azərbaycan və Ermənistan arasında davam etdirilməsinə nail olundu.

Xəbər lenti