![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Szinpinə təbrik məktubu ünvanlayıb.
ABŞ Dövlət katibi Mayk Pompeonun İraqın Bəsrə şəhərindəki konsulluq binasında xidmət göstərilməyəcəyi və hücum olarsa, məsuliyyətin İranın üzərinə düşməsi ilə bağlı söylədikləri gülünc və şübhəlidir.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. O, ABŞ-ın öz əməllərinin təsirindən xilas olmaq üçün İran əleyhinə açıqlamalar verdiyini bildirib. Qasımi Tehran rəhbərliyinin diplomatlara və diplomatik missiyalara qarşı hər cür təcavüzü pislədiyini söyləyib.
Sözçü Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyrin İran hökumətinə qarşı açıqlamasına da sərt reaksiya verib. O, Ər-Riyad rəhbərliyini terrorçulara dəstək verməkdə ittiham edib.
Qeyd edək ki, Mayk Pompeo bundan əvvəl İraqın Bəsrə şəhərindəki konsulluq binasında xidmət göstərilməyəcəyi və hər hansı hücum olarsa, İranın məsuliyyət daşıyacağını söyləmişdi. Adil Cübeyr isə Yaxın Şərqdə sülhün təmin edilməsi üçün İranın işğalçılıq siyasətindən əl çəkməli olduğunu demişdi.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bütövlükdə Azərbaycan iqtidarı, Azərbaycan xalqı məşğul olur.
Axar.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, stadionda keçirilən bir mitinqlə Dağlıq Qarabağ problemi ilə bağlı münasibət formalaşdırmaq olmaz:
“Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı zəruri addımları atır. Həm danışıqlarda, həm də ordunun gücləndirilməsində, yeni silahlarla təchiz olunmasında lazımi işlər görülür. Elə Bakıda keçirilən son iki hərbi parad buna daha bir nümunədir. O cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə veteranlarına, şəhid ailələrinə diqqət və qayğı bilavasitə Dağlıq Qarabağ münaqişəsinə olan bir münasibətdir”.
Deputat qeyd edib ki, həmçinin dövlətin bütün strukturları, demək olar, hər gün bu məsələ ilə, bu məsələnin həlli yolları ilə məşğuldur:
“Milli Məclis, Nazirlər Kabineti, güc strukturları, xarici siyasət idarələri, iqtisadi qurumlar və digərləri bu münaqişənin həllinə çalışırlar. Bu baxımdan da Dağlıq Qarabağ adı altında hər hansı bir mitinq keçirmək və bundan istifadə etmək bu gun yersiz addımdır. Bugünkü mitinqin mahiyyəti ondan ibarətdir ki, bir qrup insan öz ətrafına adam toplaya bilmədiyi üçün Azərbaycanın taleyüklü məsələsini, yaxud hər bir Azərbaycan vətəndaşını düşündürən bir məsələni ortaya atmaqla orada insanları bir yerə cəmləyib öz maraqlarını həyata keçirməyə çalışırlar. Həmin qruplar Avropadan, başqa yerlərdən çağırışlar edirlər. Azərbaycanda mitinq keçirməyə nə ehtiyac var? Bütün Azərbaycan xalqı işğal olunmuş ərazilərimizin azad edilməsini istəyir. Əgər bu insanların Dağlıq Qarabağla bağlı belə ürəkləri yanırsa, onda Avropa küçələrində, Ermənistan səfirliklərinin, beynəlxalq təşkilatların qarşısında nümayiş keçirsinlər, Xocalı soyqırımı ilə bağlı müxtəlif təbliğat materialları yaysınlar, etirazlarını bildirsinlər. Ancaq əksinə, həmin insanlar orada Azərbaycan əleyhinə iş aparırlar, Azərbaycanın daxilində isə Dağlıq Qarabağ məsələsini qaldırırlar”.
S.Novruzov vurğulayıb ki, Dağlıq Qarabağla bağlı çağırış edən mitinq təşkilatçılarının hamısı övladlarını xaricdə saxlayıb, hərbi xidmətə göndərməyib:
“Çağırış edən şəxs birinci növbədə öz övladını gətirər, təqdim edər və deyər ki, Vətənin müdafiəsi üçün gəlib, müharibə başlayarsa, istənilən an iştirak edə bilər. Yalnız bundan sonra o insanlar xalq qarşısında hansısa fikir irəli sürə bilər. Onlar müxtəlif siyasətlərə xidmət edən və bununla xalqın heysiyyəti ilə oynamağa cəhd göstərən insanlardır. Deyirlər ki, guya mitinqə gəlməyən Qarabağı istəmir. Bunlar hamısı yanlış fikirdir. Qarabağ mitinqi kiçik bir futbol stadionuna sığan mitinq ola bilməz. Qarabağ mitinqi bütün Azərbaycandır, bütün xalqdır, dünya azərbaycanlılarıdır. Bu baxımdan da bu cür bəhanələrdən istifadə edərək Qarabağ adı altında öz çirkin məqsədlərini yerinə yetirmək istəyən insanların çağırışlarına heç kəs uymayacaq”.
Qeyd edək ki, bu gün bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı mitinq keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçirilməsinə razılıq verib.
Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə öz siyasi təmkinini, gücünü nümayiş etdirir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, regional və dünya reallığı var:
“Reallıq bundan ibarətdir ki, regionun ən güclü dövləti Azərbaycandır. Eyni zamanda Azərbaycanda elə təkcə bu il iki dəfə hərbi paradın keçirilməsi Azərbaycan Ordusunun gücünün bir daha nümayişi oldu. Təsadüfi deyil ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusunun sırasındadır. İqtisadi, hərbi güc, əhalinin demoqrafik inkişafı və sayını da nəzərə alsaq, biz bu və digər bütün parametrlərlə Ermənistanı dəfələrlə üstələyirik. Bunu Ermənistanda da çox yaxşı bilirlər. Dünya reallığına qaldıqda isə, dünyada hələ heç bir dövlət qondarma “dqr”in müstəqilliyini tanımayıb. Dünya dövlətləri bu əraziləri Azərbaycanın işğal olunmuş ərazisi kimi tanıyır. BMT-nin, Avropa Şurasının, ATƏT-in, AB-nin, İslam Əməkdaşlıq Təşkilatının , Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarında Azərbaycanın ərazi bütövlüyü tanınır”.
Millət vəkili vurğuıayıb ki, Azərbaycanın siyasi mövqeyi hazırda çox güclüdür:
“Paşinyanın inqilabdan sonra hakimiyyətini möhkəmlətmək üçün bir sıra pafoslu çıxışları oldu. Çünki Paşinyan hakimiyyətə gələndə daxili auditoriyanın müəyyən problemləri var idi və o problemlər bu gün də davam etməkdədir. Xüsusilə, Qarabağ klanının uzun illər Ermənistanda hakimiyyətdə təmsil olunan nümayəndələri ilə Paşinyan arasında mübarizə davam edir. Ona görə də o, müəyyən qədər Qarabağla bağlı, Ermənistan ictimaiyyətini və dünya ermənilərini öz tərəfinə çəkmək üçün, absurd bəyanatları verirdi. Təbii ki, o, zaman-zaman özünü nə qədər gülünc vəziyyət saldığının fərqinə varır. Paşinyan artıq anlayır ki, Ermənistanın Azərbaycanla danışıqlardan başqa yolu yoxdur”.
Millət vəkili bildirib ki, bütün dünya həm Azərbaycan Prezidentinin siyasi təcrübəsini, bacarığını, həm də Ermənistanda baş nazir vəzifəsində olan şəxsin beynəlxalq siyasətdə nə qədər naşı olduğunu görür:
“Bu mənada Paşinyan da, onun kimi düşünən erməni siyasi rəsmiləri də şübhəsiz ki, cənab Prezident İlham Əliyevlə danışıqlardan başqa yol olmadığını dərk edirlər. Bu məsələ Azərbaycanın haqlı tələbləri çərçivəsində həll olunacaq. Buna bizim şübhəmiz yoxdur”.
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Monqolustanın Xarici İşlər naziri Damdin Tsogtbatar ilə görüşüb.
XİN-dən Axar.az-a verilən məlumata görə, görüş ABŞ-ın Nyu York şəhərində keçirilən BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.
Nazirlər bir sıra ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etdi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalayıblar.
Türkiyədə turizm şirkətinə məxsus ikinəfərlik mülki təyyarə Manisa bölgəsindəki Kula rayonunda qəza enişi edib.
Axar.az xəbər verir ki, “C-15-M Cessna” tipli təyyarənin mühərrikində texniki nasazlıq yaranıb. Pilot təyyarəni insidentsiz tarlaya endirə bilib.
Pakistan Hindistanla Rusiya arasında S-400-lərin satışı ilə bağlı müqavilənin imzalanacağından narahatdır.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Pakistan İnformasiya naziri Favad Çoudxuri deyib.
“Bu problemdir. Onlar güclərini Pakistana qarşı artırırlar. Biz bilirik ki, Rusiya və Hindistanın yaxşı münasibətləri var, amma Pakistan da Rusiya ilə yaxınlaşır. Rusiya buna görə də yatırımını təkcə Hindistana etməməlidir”, – deyə o bildirib.
İsrail dinc aksiyalara tanklardan atəş açaraq cavab verir.
Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Fevzi Bərhum bəyanat yayıb.
“İsrailin dinc aksiyalara tanklardan atəş açaraq cavab verməsi, Qəzzada mühasirə altındakı məsum şəxslərə qarşı işlədiyi günahları sübuta yetirir. Ərəb dünyası və beynəlxalq toplumun səssizliyi İsraili işlədiyi günahlar məsələsində cəsarətləndirir”, – deyə o bildirib.
Venesuela əhalisinin qayğıya, ölkənin isə təmizliyə ehtiyacı var.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Çili Prezidenti Sebastyan Pinyera ilə görüşü zamanı deyib.
“Venesuela Prezidenti Nikolas Maduro bizimlə görüşmək istəyir. Görək bundan nə çıxacaq. Venesuelada özbaşınalıq hökm sürür və onu təmizləmək lazımdır. İnsanların qayğıya ehtiyacı var”, – deyə o bildirib.