Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Qardaş Qazaxıstanı və qazax xalqını Milli Günü münasibətilə təbrik edirik!", - paylaşımda qeyd olunub.

XİN Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib
İki maddəlik Ermənistan: Müharibədə məğlub olan Paşinyan sülhü də uduzub

Ermənistan rəsmilərinin sülh prosesi ilə bağlı açıqlamaları xarab olmuş qrammofon effekti verməyə başlayıb. Baş nazir Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzoyanın səsləndirdikləri eyniməzmunlu bəyanatlar bu tezislərə əsaslanır: "mümkün sülh sazişinin əksər bəndləri razılaşdırılıb", "iradə nümayiş etdirilərsə, tezliklə yekun müqaviləni imzalamaq olar", "Ermənistan bölgədə çoxillik ədavətə son qoyulmasında maraqlıdır" və s. Bu bəyanatlarda məzmun fərqlənməsə də, rəqəmlər dəyişikliyə uğrayır. Əgər COP29 ərəfəsində 15 bənddən 13-nün razılaşdırıldığı vurğulanırdısa, indi 17 və 15 rəqəmləri səsləndirilir.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Rəqəmlər dəyişir, fərq isə qalır

Başa çatan həftə Ermənistanın xarici işlər naziri mahiyyətcə fərqlənməyən növbəti açıqlamasında tərəflərin 17 bənddən 15-nə dair razılığa gəldiklərini bildirib. Mirzoyanın sözlərinə görə, "əgər kifayət qədər siyasi iradə olarsa, danışıqlar tezliklə başa çata və sülh müqaviləsi imzalana bilər".

Mirzoyanın avazı yaxşı gəlir, ancaq COP29-dan əvvəl olduğu kimi, indi də açıb demir ki, həmin razılaşdırılmamış iki bənd nədən ibarətdir. Düzdür, bəndlərin ümumi sayı artır və bu artıma nisbətdə də razılaşdırılmış maddələr çoxalır. Ancaq iki uzlaşdırılmayan məqam qalır ki, yekun sülhün ləngiməsi səbəbi də məhz bununla bağlıdır. Rəsmi İrəvan pasifist məzmunlu bəyanatlarını hər əlverişli imkanda təkrarlamaqla özünün sülh tərəfdarı olduğunu, ancaq "nədənsə" yekun müqavilənin hələ də imzalanmadığını göstərməyə çalışır. Hər dəfə "iradə" ifadəsinin üzərində dayanılmasında əsas məqsəd ondan ibarətdir ki, beynəlxalq ictimaiyyətə özlərinin sülh naminə məsuliyyət altına girəcək qətiyyətə sahib olduqlarını nümayiş etdirsinlər. Bu halda məntiqi sual çıxa bilər ki, əgər Ermənistanda bu iradə varsa, bəs kimdə yoxdur? Başqa sözlə, İrəvan topla Bakının sahəsində oynamağa cəhd edir.

Bakının konstitusiya israrı

Ermənistandan fərqli olaraq, Azərbaycan rəsmiləri açıq şəkildə bildirirlər ki, yekun sülhün imzalanmasını əngəlləyən əsas səbəb Ermənistan konstitusiyasında ərazi iddialarının olmasıdır. Həmin o razılaşdırılmamış maddələrdən biri Ermənistanın konstitusiyası ilə bağlıdır. Mirzoyanla təqribən eyni vaxtda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov da sülh sazişi ilə bağlı prosesin hazırki vəziyyətinə aydınlıq gətirib. Erməni nazirdən fərqli olaraq, azərbaycanlı diplomat sülh müqaviləsinin önündə duran əsas maneə kimi İrəvanın konstitusion səviyyədə hələ də Azərbaycan torpaqlarına iddialı olmasına işarə edir: "Qarabağ Ermənistanın bir hissəsidir" müddəası Ermənistan konstitusiyasında əsas kimi qəbul olunur". O ki qaldı razılaşdırılmamış ikinci maddəyə, Azərbaycan tərəfi bunun da nədən ibarət olduğunu gizlətmir. "30 ildən çoxdur Ermənistan hökuməti öz sərhədlərini dəqiq olaraq müəyyən etməyib. Bizim sualımız odur ki, hazırda danışıq naminə danışıqlar aparırıq, ya yox?" - deyə E.Məmmədov vurğulayıb.

Ermənistan niyə tələsir?

Aydındır ki, Ermənistan konstitusiyasında sözügedən müddəa aradan qaldırılmasa, Azərbaycan yekun sülhə imza atmayacaq. O da bəllidir ki, ana qanun dəyişikliyi müəyyən vaxt hesabına başa gələ bilər. Paşinyan ölkə konstitusiyasının dəyişilməsinin vacibliyini vurğulayıb və bunun aylar, hətta ildən çox müddət hesabına başa gələcəyini bildirib. Hazırda vəziyyət belədir ki, ərazi bütövlüyünü təmin edən Azərbaycan tələsmir. 30 il işğalın bitməsini gözləmişik, bir-iki il də Ermənistanın qanuni səviyyədə ağıllanmasını gözləyə bilərik. Paşinyan hökuməti isə həm tələsir, həm də konstitusiya islahatlarına start vermir.

Paşinyanı tələsdirən səbəblər çoxdur. Daxili siyasət müstəvisində seçkilər yaxınlaşır və elektorata cavab vermək lazım olacaq ki, müharibə uduzulubsa, bu vaxta qədər sülh niyə qazanılmayıb? Rəsmi İrəvanın Qərbdən gələn aldadıcı vədlərə şirnikləşib üç il əvvəl etməli olduğunu bu günə saxlaması Paşinyana baha başa gəlir. Müharibənin bitməsindən bir neçə ay sonra keçirilən parlament seçkilərində qalib olmuş baş nazir XİN rəhbərinin söylədiyi ədavətə nöqtə qoya bilərdi. Xalqın hakim partiyaya göstərdiyi etimad əslində konstitusiya dəyişikliyinin reallaşdırılması üçün bir mandat idi. Ancaq Qərbdən gələn yanlış impulslar Paşinyanın tarixi addım atmasının önünə sədd çəkmiş oldu.

İrəvanın vaxt itkisi tək konstitusion dəyişikliklərin ləngiməsilə kifayətlənmir. Fransa və İranın dumanlı vədlərinə aldanan Paşinyan "Orta dəhliz" kimi qlobal logistika layihəsinin bir hissəsi olmaq fürsətini də əldən verib. Tehranın Hindistandan Avropaya Ermənistan üzərindən yol çəkilişi planları, yaxud plan imitasiyası İrəvanın təcridinin davam etməsi deməkdir. İran Cənubi Qafqazda mövcudluğunu qorumaq istəyir, Fransa isə burada möhkəmlənmək niyyətindədir. Ermənistan nəyin yiyəsidir? Seçkilərdə bunu Paşinyandan mütləq soruşacaqlar.

Paşinyanın yetkinlik sindromu

Nə qədər ki, Ermənistan xaricdən gələn siqnalların qurbanıdır, Mirzoyanın arzuladığı sülh müqaviləsi barədə danışmaq əbəs olacaq. Müharibədə məğlub olan Paşinyan sülhü də uduzub. Saziş imzalanmayıb, sərhədlər qapalıdır, iqtisadiyyat isə staqnasiyada. İrəvan rəsmiləri yekun müqavilə xəyalındadırlar, Fransanın avantürist səfiri isə növbəti dəfə Azərbaycanla sərhədə baş çəkib və bununla da dövlətinin hazırki gedişata münasibətini sərgiləyib. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı verdiyi açıqlama bu baxımdan ciddi maraq doğurur. Narışkin sanki Paşinyana nə etmək lazım olduğunu işarə edir: "ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir. Vaşinqton postsovet məkanında da uğursuzluğa düçar olmağa başlayıb". Diplomatik dildən tərcümədə bu bəyanat belə bir məna alır: Qərbdən yapışan düzdə qalar. Nə qədər ki Ermənistan Qərbin diktəsi ilə oturub durur, milli maraqları arxa planda qalacaq. Regional və bir qədər genişmiqyaslı geosiyasi konyunktur da Ermənistanın xeyrinə deyil. Yeni konfiqurasiya Zəngəzur dəhlizinin aktuallığını nəinki artırır, hətta onun tezliklə reallaşmasını labüd edir. İranın "qırmızı cizgilər"inin rəngi solub, itirə-itirə gedən Tehranın dəhliz dirənişində nə qədər tab gətirəcəyi bəlli deyil. Odur ki, Paşinyan-Mirzoyan cütlüyü bəndlərin sayının artımı deyil, çözümü ləngidən maddələr barədə düşünsə, daha yaxşı olar.

Rəsmi Bakı Ermənistandan Konstitusiyasına dəyişikliklə bağlı qətiyyətli addımlar gözləyir

Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar bizim Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər isə bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı bu işi daha da mürəkkəbləşdirib. Digər sözlə, qərarda Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu, xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması qeyd edilib. Bu, məsələni daha da mürəkkəbləşdirir. Çünki preambulada Ermənistan Müstəqillik Aktına istinad var və o sənəd də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur. Bu qərar vəziyyəti daha da mürəkkəbləşdirir”.

DTX kollektivi Ulu Öndərin məzarını ziyarət edib - Video

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülub.

Baş nazir Moskvada Heydər Əliyevin xatirəsini anıb

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədov Heydər Əliyevin xatirəsini anıb.

“Report” məlumatına görə, Əli Əsədov Azərbaycanın Rusiyadakı səfirliyində ulu öndər Heydər Əliyevin baralyefi önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, Əli Əsədovun Rusiyaya işgüzar səfəri dekabrın 11-də başlayıb.

Səfər Rusiya Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə baş tutub. Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.

Hikmət Hacıyev Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri arasında müzakirələr aparılır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyevin sözlərinə görə, iki ölkə arasında açıq qalan müəyyən məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır.

Prezidentin köməkçisi artıq iki ölkə arasında müharibə faktorunun qalmadığını diqqətə çatdırıb.

“Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edib. Ermənistan işğalçı qüvvələri də Azərbaycan ərazisindən çıxarılıb”, - Hikmət Hacıyev əlavə edib.

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Mehriban Əliyeva Ümummilli Liderin anım günü ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində paylaşım edib.

İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “X”dəki rəsmi hesabında Ümumilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. 

 

 
Leyla Əliyeva Ulu Öndərin anım günü ilə bağlı paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva instaqramdakı rəsmi səhifəsində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib.

Xəbər lenti