İlham Əliyev finlandiyalı həmkarına təbrik ünvanlayıb

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubba təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Finlandiya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi və Sizinlə keçirdiyimiz görüşü xoş təəssüratlarla xatırlayıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Azərbaycan və Qazaxıstanın XİN başçıları Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə ayaqüstü görüş keçirib.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatı xəbər verir.

“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Bundan əlavə, nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün sənədlərin təqdim edilməsinə başlanılır

Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.

Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-ya təqdim edə bilər.

Seçki Məcəlləsinə əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 18:00-dək təqdim edilməlidir.

Təqvim planında bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək nəzərdə tutulub.

Xatırladaq ki, MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

Azərbaycan və Ermənistan müqavilə mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəliblər - Mirzoyan

Azərbaycan və Ermənistan preambula, o cümlədən müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəliblər

Bunu Ermənistanı xarici işlər naziri Ararat Mirzoyan Maltada ATƏT XİN Şurasında çıxışında deyib.

“Sülh müqaviləsinin imzalanması məsələsində müəyyən irəliləyiş var. Mətndə preambula və 17 maddədən 15-i üzrə razılığa gəlib. İradə nümayəiş olunsa, sənəd Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlaya bilər”, - Mirozyan qeyd edib.

Onlar “Tərəqqi” medalı ilə təltif edildilər - SİYAHI

zərbaycanın rabitə və informasiya texnologiyaları sahəsi işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abbasov Emil İsmayıl oğlu

Ağamirova İradə Rahil qızı

Ağasiyeva Sevinc Əlibaba qızı

Bədirxanov Dunay Rasim oğlu

Əliyev Müşfiq Cabir oğlu

Hüseynov Pərviz Firuz oğlu

İsmayılov Pərviz Nazim oğlu

Kərimov Vüsal Rəvan oğlu

Mərdanov Nail Teyyub oğlu

Nağıyev İbrahim Abdulla oğlu

Vəliyeva Sevinc Misirxan qızı.

Azərbaycanda qan banklarının siyahısı yeniləndi

"Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı" yenilənib.

Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla yeni redaksiyada təqdim olunan Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrin (qan banklarının) siyahısını təqdim edirik:

Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti

1. Mərkəzi Klinik Xəstəxananın qanköçürmə şöbəsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

1. Respublika Qan Bankı üzrə:

1.1. Respublika Qan Bankının Gəncə bölməsi

1.2. Respublika Qan Bankının Şəki bölməsi

1.3. Respublika Qan Bankının Quba bölməsi

2. Milli Onkologiya Mərkəzinin qanköçürmə şöbəsi

3. Milli Hematologiya və Transfuziologiya Mərkəzi

4. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun

qanköçürmə şöbəsi

5. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qanköçürmə

şöbəsi

6. Bakı Sağlamlıq Mərkəzinin qanköçürmə şöbəsi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

1. Bakı şəhəri üzrə:

1.1. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qanköçürmə şöbəsi

1.2. Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının qanköçürmə şöbəsi

1.3. Respublika Neyrocərrahiyyə Xəstəxanasının qanköçürmə şöbəsi

1.4. Mərkəzi Neftçilər Xəstəxanasının qanköçürmə şöbəsi

1.5. Yeni Klinikanın qanköçürmə şöbəsi

1.6. Kliniki Tibbi Mərkəzin qanköçürmə şöbəsi

1.7. Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin qanköçürmə şöbəsi

1.8. Nərimanov Tibb Mərkəzinin qanköçürmə şöbəsi

1.9. Nizami Tibb Mərkəzinin qanköçürmə şöbəsi

1.10. Sabunçu Tibb Mərkəzinin qanköçürmə şöbəsi

1.11. M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin qanköçürmə şöbəsi

2. Sumqayıt şəhəri üzrə:

2.1. Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasının qanköçürmə şöbəsi

3. Şəhər və rayonlar üzrə:

3.1. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.2. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.3. Ağdam Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.4. Ağdaş Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.5. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.6. Ağsu Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.7. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.8. Astara Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.9. Balakən Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.10. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.11. Bərdə Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.12. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.13. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.14. Şabran Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.15. Goranboy Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.16. Göyçay Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.17. Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.18. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.19. Göygöl Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.20. İmişli Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.21. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.22. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.23. Qazax Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.24. Qax Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.25. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.26. Qobustan Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.27. Qusar Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.28. Lerik Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.29. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.30. Masallı Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.31. Neftçala Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.32. Oğuz Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.33. Saatlı Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.34. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.35. Salyan Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.36. Siyəzən Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.37. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.38. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.39. Tovuz Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.40. Tərtər Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.41. Ucar Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.42. Yevlax Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.43. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

3.44. Zərdab Rayon Mərkəzi Xəstəxanasının qanköçürmə şöbəsi

Naxçıvan Muxtar Respublikası

1. Qan Bankı və Qan köçürmə Mərkəzi

2. Naxçıvan Muxtar Respublika Xəstəxanasının qanköçürmə kabinəsi

3. Naxçıvan Sağlamlıq Mərkəzinin qanköçürmə kabinəsi

4. Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin qanköçürmə kabinəsi

5. Şərur Regional Tibb Mərkəzinin qanköçürmə kabinəsi

6. Culfa Regional Tibb Mərkəzinin qanköçürmə kabinəsi.

Azərbaycan Prezidenti: Uşaqlar cəmiyyətin sabahıdır

Uşaqlar cəmiyyətin sabahıdır.

Bu fikir Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciətində yer alıb.

"Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər", - dövlət başçısı qeyd edib

İ.Əliyev vurğulayıb ki, bu forumun ənənəvi şəkil alması Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir:

“Builki forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər”.

Bir qrup şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edilib - SİYAHI

Bir qrup şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edilib.

Təqdimat mərasimi Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuş II beynəlxalq konfransda baş tutub.

Sertifikatlar ümumilikdə 16 nəfərə verilib.

Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri (2014-2023), deputat Mövlud Çavuşoğlu,

İrəvan xanı Hüseynəli xanın törəməsi Əmir Əli Sərdar İrəvani

Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, deputat Zafer Sırakaya

Qərargahı Brüsseldə yerləşən Ümumdünya Pan-Afrika Qadın Liderləri Hərəkatının Baş katibi Aişa Başa

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım

İsveçrədə fəaliyyət göstərən Su, Ətraf Mühit və Sağlamlıq Qlobal İnstitutunun təsisçisi və baş direktoru, İsveçrə Su Tərəfdaşlığı və Asiya Su Şurasının üzvü Nidal Salim

Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Cantürk Alagöz

Amerikan Dini Azadlıq Mərkəzinin rəhbəri Cannah Skott

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini, deputat Orhan Erdem

Rumıniyada fəaliyyət göstərən İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zaqura

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal

Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Talqat Kaliyev

Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəxri doktoru, Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Quram Marxuli

Türkiyədə Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Yaşar Sarı

“Economyfirst Limited London” şirkətinin direktoru, tanınmış jurnalist Klaus Peter Ralf Yürgens

İtaliyanın beynəlxalq məsələlər üzrə “Opinio Juris - Hüquq və Siyasət İcmalı” jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Chabert

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev oxuyub.

Prezident onları təltif etdi

Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Əliyev Fikrət Əhmədəli oğlu “Şöhrət” ordeni ilə, Seyidzadə Dilarə Bağır qızı və Şadlinski Vaqif Bilas oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Həsən Zal oğlu Həsənova isə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.

Xəbər lenti