"Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır. Baxmayaraq ki, Azərbaycan yatağın işlənməsinə vəsait qoymayıb. O vaxt biz müqaviləyə belə bir maddə saldıq ki, vaxt keçdikcə işləyən insanların ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır, buna da nail olduq. Bu da kadr hazırlığı deməkdir".

"Ölkə.Az" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasimdə deyib:

"Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər, bizdə işləyirlər. Ona görə unudulmaz Hyuston mərhələsi, əlbəttə ki, çox önəmli idi. Çünki biz qayıdandan sonra bir ay keçməmiş kontrakt imzalandı və beləliklə, inkişafımızın yeni səhifəsi açıldı. O vaxt biz bir ailə kimi idik. Yadınızdadır, biz “Apart” otelində qalırdıq, orada mətbəx var idi. Yumşaq desək, otelin yeməklərindən bir qədər yorulmuşduq. Ona görə Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi, qonaq edirdi. Bu, unudulmaz günlərdir və biz bu günləri həmişə xatırlayırıq. Onu da bildirməliyəm ki, Xoşbəxt müəllimlə biz Dövlət Neft Şirkətində qonşu olmuşuq, qapımız bir-birinin yanında idi. İkimizin bir qəbul otağımız var idi və hər gün görüşürdük. Mən bir çox şeyləri Xoşbəxt müəllimdən öyrəndim. Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrdə və ondan sonra bir çox hallarda görürdüm ki, Xoşbəxt müəllim nə qədər bilikli adamdır. Onu da bilirdim ki, ulu öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir. Xatırlayıram ki, 1997-ci ildə “Abşeron” yatağı üzrə kontrakt imzalanandan sonra seysmik işləri aparılmışdı və kəşfiyyat quyusunun yeri müəyyən edilmişdi. Xoşbəxt müəllim də o vaxt xarici tərəfdaşlara demişdi ki, onlar quyunun yerini səhv seçiblər, orada heç bir ehtiyat olmayacaq. Onlar da dedilər ki, yaşlı kişidir, bizim seysmik qurğularımız, mütəxəssislərimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz var, kapitallaşdırmamız 10 milyardlarla ölçülür. İndi bir geoloq burada nə isə deyir. Əhəmiyyət vermədilər və peşman oldular. Çünki onlar Xoşbəxt müəllimə qulaq asmadılar, quyunu qazdılar və o da boşa çıxdı. Beləliklə, müqaviləyə xitam verildi və onlar da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra başqa bir şirkət “Abşeron” yatağına maraq göstərdi. Yenidən kontrakt imzalandı, kəşfiyyat quyusunun yeri düzgün seçildi və böyük ehtiyatlar aşkarlandı.

Hələ o vaxt - 1990-cı illərdə Xoşbəxt müəllim deyirdi ki, “Abşeron” yatağında ən azı 300 milyard kubmetr qaz var. Onu haradan bilirdi deyə bilmirəm, amma bu gün artıq həyat bunu təsdiqlədi. Eyni nəticəyə xarici şirkət də gəldi və biz “Abşeron”dan 1,5 milyard kubmetr həcmində ilk qazı bu ilin sonunda, ya da ki, gələn il alacağıq. Bu, özlüyündə bir göstəricidir. Xoşbəxt müəllimin sözləri ilə desək, o, Xəzər dənizinin cikini də, bikini də bilir. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsində Xoşbəxt müəllimin çox böyük zəhməti var. Çünki o, bütün zirvə görüşlərində iştirak edirdi və onun sözü tədbirlərdə tam həqiqət kimi qəbul olunurdu. İki il bundan əvvəl Xəzərin hüquqi statusu müəyyən olundu, razılaşma əldə edildi. Ancaq o vaxta qədər bir çox mübahisələr olurdu və bizim nümayəndə heyətində Xoşbəxt müəllimin olması mövqeyimizi həmişə gücləndirirdi.

Bir məsələni də bildirmək istəyirəm, vaxt keçdikcə bunların hamısı unudulur. O da “Şahdəniz” yatağının işlənməsi ilə bağlıdır. 1996-cı ildə kontrakt imzalanmalı idi, bütün danışıqlar başa çatmışdı. Ancaq iqtidar üzvlərindən biri etiraz edirdi ki, bu, imzalanmamalıdır. Onun heç bir əsası yox idi, o adamın, ümumiyyətlə, neft-qaz sənayesindən xəbəri yox idi. O, sadəcə olaraq, neftçilər tərəfindən hasil edilmiş və emalçılar tərəfindən emal olunmuş neft və neft məhsullarını xaricə sataraq öz cibini doldururdu. Ancaq heç bir əsas olmadan qəti etiraz bildirdi və o vaxt Heydər Əliyev Dövlət Neft Şirkətinin bütün rəhbərliyini dəvət etdi, hər birinə söz verdi. Hər biri çıxış edərkən dedi ki, bu kontrakt mütləq imzalanmalıdır və şərtlər bizim üçün ən məqbul şərtlərdir, o cümlədən Xoşbəxt müəllim. Yadımdadır, Ulu Öndər Xoşbəxt müəllimin sözünə böyük diqqətlə qulaq asırdı. Məhz Xoşbəxt müəllimin, eləcə də ümumi fikir belə idi ki, kontrakt mütləq imzalanmalıdır. İndi təsəvvür edin, əgər “Şahdəniz” kontraktı 1996-cı ildə imzalanmasaydı, nə Bakı-Tbilisi-Ərzurum, nə TANAP, nə də Cənub Qaz Dəhlizi olacaqdı. Beləliklə, Azərbaycanın qaz təminatı nə vəziyyətdə olacaqdı? Əgər “Şahdəniz” qazı olmasaydı, biz öz tələbatımızı ödəyə bilməyəcəkdik. Ona nə qədər investisiyalar qoyuldu və bu gün Azərbaycan dünya miqyasında, Avrasiyada qaz ixrac edən ölkəyə çevrilibdir.

Belə hadisələr çoxdur, vaxtı gəldikcə mən bunları açıqlayacağam. Bir daha demək istəyirəm ki, Xoşbəxt müəllim gözəl insandır, gözəl alimdir, gözəl mütəxəssisdir. Bu gün ona təqdim ediləcək ən ali mükafat bir daha onu göstərir ki, Azərbaycan dövləti və xalqı Xoşbəxt müəllimin fəaliyyətini yüksək qiymətləndirir".

Prezident: “Vətəndaşlar şikayət edirlər ki, gömrük-keçid məntəqələrində kobudluq göstərilir”Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək. Gömrük-keçid məntəqələri ilə bağlı verdiyim tapşırıqlar icra edilir. Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır”.

Bunu yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, Sərhəd Xidməti ilə birlikdə bu sahədə də həm vətəndaşlar arasında, həm də işçilər arasında maarifləndirmə işləri aparılmalıdır: “Çünki hələ də bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir. Azərbaycan vətəndaşları da çox rahat keçməlidirlər və xarici qonaqlar da. Bizim sərhədlərimiz cinayətkarlar üçün, qaçaqmalçılar üçün bağlı olmalıdır, ancaq dostlarımız üçün açıq olmalıdır. Ona görə burada bu tarazlığı təmin etmək üçün daha da fəal işləmək lazımdır”. (modern.az)
Vilayət Eyvazov rüşvət alan polisi işdən qovdu — VİDEO
Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.

 Unikal.org məlumatına görə, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Mehdiyev Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.

Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də, inspektor “qaydanın belə olduğunu” əsas gətirərək pulu qəbul etmir. 

Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.

 Unikal.org məlumatına görə, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Mehdiyev Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.

Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də, inspektor “qaydanın belə olduğunu” əsas gətirərək pulu qəbul etmir. 

Vilayət Eyvazov yol polislərini sıraya düzüb baxış keçirdi - FOTO
Nazir yeni geyim formalarının tətbiqi ilə əlaqədar sıra baxışı keçirib

Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 13-də Yol Patrul Xidməti (YPX) əməkdaşlarının yeni geyim formalarının tətbiqi ilə əlaqədar sıra baxışı keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, sıra baxışı Əlahiddə Çevik Polis Alayının böyük idman zalında keçirilib.

 

 
Vilayət Eyvazov nazir müavininin rəis qardaşını işdən çıxardı


Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) kadrlar şöbəsinin rəisi, polkovnik-leytenant Fail Quliyev vəzifəsindən azad olunub.
Unikal.org məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Qeyd edək ki, polkovnik-leytenant Fail Quliyev Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.
Prezident yanında müşavirə keçirilib

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilib
 
Vilayət Eyvazov DYP-nin şəxsi heyətini sərəncama götürdü


Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yol polisi ilə bağlı əmr verib.

Qafqazinfo verdiyi xəbərə görə, nazirin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti sərəncama götürülüb.

Əldə etdiyimiz məlumata görə, hazırda bütün heyət iş başındadır, lakin hər kəs indiki vəzifəsində müvəqqətidir. Şəxsi heyətlə bağlı saf-çürük etmə işləri aparılır. Yaxın günlərdə şəxsi heyət yenidən təsdiqlənəcək. Təsdiqləmə zamanı vəzifəsini itirənlər, başqa yerə təyinat alanlar, aşağı vəzifələrə göndərilənlər də olacaq.

DİN Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və Bakı DYP-nin sözçüsü Vaqif Əsədov bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Vilayət Eyvazov polkovniki işdən çıxardı
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ) Yol Patrul Xidmətinin (YPX) Alay komandiri, polis polkovniki Rəşadət Babayev işdən çıxarılıb.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Babayev vəzifədən azad edilib.

V.Eyvazovun digər əmri ilə YPX-nin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Prezident Nərminlə bağlı cinayət işini nəzarətə GÖTÜRÜB
Tovuz rayonunun Dondar Quşçu kəndində baş verən cinayət dövlət başçısının nəzarətindədir

Yanvarın 9-da Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Yol-xeber.az Modern.az-a istinadən məlumatına görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Tovuz rayonunun Dondar Quşçu kəndində baş verən cinayət dövlət başçısının nəzarətindədir:

“Dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib”.

Vilayət Eyvazov Rəşadət Babayevi vəzifəsindən azad etdi
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb

Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.

Yol-xeber.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.

 

Qeyd edək ki,  Rəşadət Babayev Alay komandiri ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində rəis müavini idi. O, bu vəzifəni ötən ilin oktyabrında itirib. Həmin vaxt onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib.

Xəbər lenti