Prezident İlham Əliyev:
"Bu gün Azərbaycandakı enerji layihələrinin inkişafında yeni bir mərhələyə şahidlik edirik. Bu ili – 2020-ci ili belə bir mühüm hadisə ilə başlamaqdan çox məmnunam. Bunun yaxşı gələcəyi olacaq, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq".

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edərkən deyib.

Dövlət başçısı deyib: "Səudiyyə Ərəbistanından olan turist qonaqları qeyd etdiyiniz. Zənnimcə, Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin sayı da buna bərabərdir. Sizin ölkələrinizə səyahət edən azərbaycanlıların da sayı artır. Bu, sadəcə turistlərə təklif etdiklərimizlə bağlı deyil. Bunun səbəbi insanların burada özünü rahat hiss etməsidir. Azərbaycanlılar sizin ölkələrinizə, sizin vətəndaşlarınız da Azərbaycana səyahət edərkən özlərini öz evlərindəki kimi hiss edirlər. Bu İcra Müqaviləsinin imzalanması mərasimi də ölkələrimiz arasındakı əlaqələri gücləndirəcək".

Vilayət Eyvazovdan — YENİ TƏYİNAT


Daxili işlər orqanlarında yeni təyinat olub.
"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytinantı Faiq İlyasov Xaçmaz RPŞ-nin rəisinin əməliyyat işləri üzrə müavini təyin olunub.

Qeyd edək ki, F.İlyasov bunda qədər Lənkəran RPŞ-də rəis müavini vəzifəsində çalışıb.
Ekspedisiya rəisi: “Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur"
“Yolun hərəkət hissəsinə tökülən kütlə tamamilə götürülməlidir”

“2020-ci il yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".

Yol-xeber.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur: "Tərəfimizdən ərazidə monitorinqlər aparılır. Hazırda sürüşmə prosesi davam edir. Təhlükə olub-olmaması barədə aidiyyatı qurumlar gəlib baxış keçirib, qərar qəbul edəcəklər”.

 

Onun sözlərinə görə, yolun hərəkət hissəsinə tökülən kütlə tamamilə götürülməlidir:

“Proses tam dayandıqdan sonra nəsə demək olar. Hazırda baş verən sürüşmə prosesi 2018-ci ildə baş verən hissədə yerindən tərpənmiş kütlənin üzərində gedir".

Xatırladaq ki, Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.

İlham Əliyev Ruhani və Zelenskiyə başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə və Ukrayna dövlət başçısı Vladimir Zelenskiyə başsağlığı verib.

Başsağlığı məktublarında deyilir:

“Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Vilayət Eyvazov DYP-dən çıxarılan Müşfiq Rəhimova yeni vəzifə verdi
Polkovnik Rəhimov BDYPİ-nin “Siqnal” idarəsinə rəis müavini təyin edilib

Bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsindən azad edilən Müşfiq Rəhimova yeni vəzifə verilib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M. Rəhimov BDYPİ-nin “Siqnal” idarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini olan, polkovnik Müşfiq Rəhimov öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.

(qafqazinfo)

Vilayət Eyvazov Nuşirəvan Səfərovu işdən çıxardı


Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov vəzifəsindən azad edilib.

N.Səfərov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat olmayıb.

Məlumatı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a təsdiqləyib.
Vilayət Eyvazovun islahatları davam edir — Polkovnik işdən çıxarıldı


Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Oxu.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandiri, polkovnik Balakişi Əhmədov tutuduğu vəzifədən azad edilib. O, xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qeyd edək ki, bu gün Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov da xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat olmayıb.
Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi, bu qədər məsuliyyətsizlik olarmı?


Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir.

Oxu.az məlumatına görə, bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda bildirib.

Ölkə başçısı qeyd edib ki, bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar, böyük qüsurlar da olub.

“Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq”, - deyən Prezident 2018-ci ilin yayında Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzaya diqqət çəkib.

“Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi”,-deyə Prezident əlavə edib.
“Azərişıq” ASC-yə yeni sədr təyin edildi — SƏRƏNCAM


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vüqar Cəbrayıl oğlu Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
İlham Əliyev Əhməd Əhmədzadəni təltif etdi
Bununla bağlı AZƏRTAC məlumat yayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhməd Cuma oğlu Əhmədzadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. 

 

Qeyd edək ki, Ə.Əhmədzadə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir.

Xəbər lenti