![]() |
|
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Daxili İşlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin Növbətçi Hissəsinin rəisi, polis polkovniki Mahir Məmmədov vəzifəsindən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Mahir Məmmədov əvvəllər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin rəisi vəzifəsində çalışıb.(report)
“Azərbaycan Dəmir Yolları” QSC-də ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri, kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyevin iştirakı ilə görüş keçirilib. Bu barədə Yol-xeber.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov bildirib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Cavid Qurbanov Bakı-Tbilisi–Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə də ətraflı məlumat verib.
Sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
R.Maklaren Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldıqlarını, ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.