İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının “Rossiya-24” kanalına müsahibəsi:

***

Xəbər verdiyimiz kimi, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibə verib.

"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı “Trend” İnformasiya Agentliyi məlumat yayıb. 

Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Bu gün günorta saatlarında “Rossiya-24” televiziya kanalında Prezident İlham Əliyevin müsahibəsinin yayımı planlaşdırılır. Azərbaycan Televiziyası da birbaşa olaraq həmin yayıma qoşulacaq.

 

Vilayət Eyvazov bayram ərəfəsində əsgər və zabitlərlə görüşüb - FOTO
Tədbirlərin sonunda hərbi hissələrin şəxsi heyətləri təntənəli marşın sədaları altında tribuna önündən keçiblər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində - dekabrın 29-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Daxili Qoşunlarının Şirvan şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə qarşılanma mərasimlərindən sonra nazir hərbi hissələrin qərargahlarında “Şərəf kitabı”nı imzalayıb, nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun və hərbi hissə komandirlərinin müşayiəti ilə əsgər və hərbi qulluqçuların kazarma-məişət şəraiti, maddi-texniki və ərzaq təminatı ilə maraqlanıb, tədris, silah otaqlarına, avtomobil və zirehli texnika parkına, tibb məntəqələrinə və yeməkxanalarına baxış keçirib.
Hərbi hissələrin sıra meydanlarında düzülmüş hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən general-polkovnik V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib. O, möhtərəm dövlət başçımızın ümumən ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb, Qoşunların bütün hərbi hissələrində geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir, əmin olduğunu bildirib ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək, qarşıya qoyulan bütün vəzifələri layiqiqncə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.
Tədbirlərin sonunda hərbi hissələrin şəxsi heyətləri təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.

 

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatları olub. 

"Yol-xeber.az"ın "Report"a istinadən xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb. 

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Soltan Zeynalov vəzifəsindən azad olunaraq Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi polis polkovniki Yaşar Nuriyev isə DİN-in Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi təyin olunub.

Vilayət Eyvazovdan yeni TƏYİNAT
Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarışlar İdarəsinə rəis müavini təyin edilib

Daxili İşlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Xanlar Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarışlar İdarəsinə rəis müavini təyin edilib.

 

O, bundan əvvəl əməliyyat sahəsində çalışıb.

“Bütün işlər Prezident İlham Əliyevin ciddi nəzarətindədir”


Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev son illərdə ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin, şəxsi heyətinin peşəkarlığının və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə AzərTac-a müsahibə verib.

"Qafqazinfo" müsahibəni təqdim edir.

– Bu vəzifəyə təyin edilərkən Silahlı Qüvvələrin Ali Baş Komandanı qarşınızda hansı tapşırıqları qoyub?

- Öncə qeyd etdiyim kimi, Ali Baş Komandanın mənə göstərdiyi etimadı doğrultmağı özüm üçün ən vacib vəzifə hesab edirəm.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçularla son görüşlərinin birində qeyd etdiyi kimi, “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”. Ali Baş Komandanın bu sözləri Silahlı Qüvvələrimizin inkişafının və möhkəmlənməsinin əsas istiqamətlərini və hədəflərini tam ifadə edib.

Bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, qüdrətli ordu quruculuğunun həyata keçirilməsi, müdafiə sənayesinin genişləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsal edilməsi, Azərbaycan Ordusu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yüksəldilməsi kimi tapşırıqlar durur.

Son illər ərzində Silahlı Qüvvələrdə bu istiqamətdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, yeni hərbi hissə komplekslərinin istifadəyə verilməsi, hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması sahəsində böyük nailiyyətlər əldə olunub.

2016-cı ilin aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində əldə olunmuş Günnüt zəfəri, həmçinin Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda Babakar istiqamətində əldə etdikləri ciddi uğurlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olubdur.

Hesab edirəm ki, bundan sonra da bu işlər daha yüksək müstəvidə davam etdiriləcək, Ali Baş Komandanımızın hər bir əmrini icra etmək üçün Silahlı Qüvvələrimizin daimi döyüş hazırlığı tam təmin olunacaqdır.

– Xidməti fəaliyyətinizə başladıqdan sonra hansı qurumlarla görüş keçirmisiniz?

– Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin illik hesabat müşavirəsində iştirak etmişəm. Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətini komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev geniş məzmunlu hesabat məruzəsi ilə çıxış edib.

Müşavirədə dövlət sərhədlərinin etibarlı mühafizəsi, dəniz sərhədlərinin təhlükəsizliyinin və sərhəd sularında sərhədboyu rejimin təmin edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində effektiv sərhəd nəzarətinin həyata keçirilməsi, hərbi hissə və birləşmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində görülmüş işlər təhlil olunub, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi tədbirləri geniş müzakirə edilib.

Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan Ordusu ilə bərabər Dövlət Sərhəd Xidmətində ciddi inkişaf prosesləri həyata keçirilib, struktur islahatları aparılıb, peşəkar sərhədçi kadrların hazırlanması, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi, dənizdə sərhəd təhlükəsizliyinin təminatı və karbohidrogen ehtiyatlarının hasilatı və daşınması infrastrukturun mühafizəsi, çevik qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir silah və döyüş texnikası ilə təmin edilməsi, sərhəd keçid məntəqələrində sərhədkeçmə prosedurlarının sürətləndirilməsi istiqamətlərində önəmli nailiyyətlər əldə olunub.

Eyni zamanda, hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Ermənistan Respublikası ilə dövlət sərhəd xəttinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin müdafiə və mühafizə altına götürülməsi hesabat ili ərzində Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti üçün ən vacib hadisə olub. Azərbaycan sərhədçiləri Ali Baş Komandanın bu tapşırığını böyük ruh yüksəkliyi ilə icra etmiş və təmas xəttində ciddi uğurlar əldə ediblər.

– Dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının inzibati ərazilərindən keçən hissəsinin mühafizəsinin Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi məsələsinə münasibətinizi bilmək maraqlı olardı.

– Qeyd etdiyiniz istiqamətdə dövlət sərhədinin keçdiyi təmas xəttində xidməti-döyüş fəaliyyətinin həyata keçirilməsi vəzifəsinin Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul olunub. Ali Baş Komandanın qərarı isə müzakirə edilmir, mütləq qaydada icra olunur. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi ilə Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsinin, yəni, işğaldan azad edəcəyimiz Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçən Azərbaycan–Ermənistan dövlət sərhəd xəttində, həmçinin Fizuli, Cəbrayıl və Zəngilan rayonları ərazisindən keçən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsində üçrəngli dövlət bayrağımızın ucaldılması prosesinə başlanılıb. Həmçinin bu qərar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəlib.

Bu istiqamətdə görülən bütün işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarətindədir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində “Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması isə bu sahəyə verilən önəmin daha bir göstəricisidir.

Hazırda Qazax və Ağstafa rayonları ərazisində dövlət sərhədinin müdafiəsi və mühafizəsinin təşkili, müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması istiqamətində mühüm işlər görülür. Hesabat müşavirəsində bu işlər ətraflı müzakirə olunub, həmçinin ictimaiyyətə bu barədə geniş məlumat verilib.

Təkcə onu qeyd etmək kifayətdir ki, çox qısa müddət ərzində bütün sərhəd döyüş məntəqələri tam yenidən inşa olunub, 3 yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün yeni təhlükəsiz sədlər və yollar salınıb, şəxsi heyətin xidməti və yaşayış şəraitinin yaxşılaşdırılması üzrə ciddi işlər görülüb.

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 kilometr məsafədə irəli çəkilməsinə, nəticədə Gürcüstandan Ermənistana gedən qaz xəttinin, həmçinin qaz kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

Həmçinin qeyd etməliyəm ki, “Qazax” əlahiddə sərhəd diviziyasında həyata keçirilən təmir-tikinti işlərinə baxış keçirmək, şəxsi heyət üçün yaradılan şərait və xidmətin xüsusiyyətləri ilə tanış olmaq məqsədilə Hərbi məsələlər şöbəsinin bir qrup əməkdaşları dəfələrlə həmin əraziyə ezam olunublar. Bütün bu istiqamətdə görülən müsbət işlər Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə olunub.
Vilayət Eyvazov sıra baxışı keçirib
Dekabrın 27-də Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Abşeron, Salyan, İsmayıllı, Ucar, Kürdəmir, Şabran, Siyəzən, Xızı, Masallı, Şəmkir, Lənkəran şəhər, rayon polis orqanlarında və Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Nazirlikdən  verilən məlumata görə, aidiyyəti baş idarə və idarə rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. 301 iddiaçının arasından daha hazırlıqlı olan 245 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını xatırladıb. O, belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların daxili işlər orqanlarında xidmətə qəbul üçün hər zaman əhəmiyyətli addımların atıldığını, hazırki seçimlərin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov gəncləri qarşıdan gələn 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hər zaman polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini artırmalarını, öz üzərlərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.

Prezident və birinci xanım “Şahdağ” Turizm Mərkəzində — FOTODekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.

Prezident və birinci xanım “Şahdağ” Turizm Mərkəzində — FOTOPrezident və birinci xanım “Şahdağ” Turizm Mərkəzində — FOTOPrezident və birinci xanım “Şahdağ” Turizm Mərkəzində — FOTOPrezident və birinci xanım “Şahdağ” Turizm Mərkəzində — FOTOPrezident və birinci xanım “Şahdağ” Turizm Mərkəzində — FOTOPrezident və birinci xanım “Şahdağ” Turizm Mərkəzində — FOTO
 
Vilayət Eyvazov Ramil Usubovun oğluna yüksək vəzifə verdi
Daxili İşlər Nazirliyində yeni təyinat olub.

Oxu.az məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə görə, sabiq daxili işlər naziri Ramil Usubovun kiçik oğlu, polkovnik Raul Usubov Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Raul Usubov indiyə qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

Daxili işlər orqanlarında yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.   /apa/

Prezident bu şəxsləri təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illiyi ilə əlaqədar Fondun aşağıdakı işçiləri təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Məmmədov Rauf Əhmədoviç

“Tərəqqi” medalı ilə

Ağayeva Səidə Ramis qızı

Bəhramov Bəhruz Fərman oğlu

Cavadov Rövşən Nazim oğlu

Əliyeva Cəmalə Araz qızı

İbrahimov Zaur Seyfulla oğlu

Kərimova Lamiyyə Ədalət qızı

Manafov İsmayıl Samud oğlu

Məmmədov Rəhim Fikrət oğlu

Mustafayev Rasim Vaqif oğlu

Mustafayeva Çəməngül Bahadur qızı

Pşeniçnıy Vadim Aleksandroviç

Zeynalov Allahverdi Nəriman oğlu.

Xəbər lenti