Qarlı hava şəraiti ilə bağlı məktəblərə və valideynlərə ÇAĞIRIŞ - Rəsmi

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik.

Buza görə bağlanan yol açıldıYolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından, Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Arif Babayev "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub

Xalq artisti Arif Babayev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.

Qeyd edək ki, A. Babayev keçən il Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdu.

ADY-dən qatarların sürət həddi ilə bağlı AÇIQLAMA

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

ADY-dən “Yol-xeber.az”a verilən məlumata görə, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.

Bildirilir ki, bu səbəbdən qatarların qrafikində kənara çıxma halları müşahidə oluna bilər:

“ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi texnika vasitəsilə platformalara və keçidlərə duzun səpilməsi, sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada icra edilir.

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.

Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən intensiv şəkildə icra edilir.

Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”.

bakida-buza-gore-bu-yol-baglandi

Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından, Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. 

“Yol-xeber.az” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

“Bir daha sürücülərdən xahiş edirik sürət həddini hava şəraitinə uyğun tənzim etsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülər buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir” - məlumatda qeyd olunur.

bezi-yollarda-suret-heddi-endirildi

Mövcud hava şəraiti ilə əlaqədar paytaxtın Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

“Yol-xeber.az” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

 

 

 
bu-erazilerde-tixac-var

Axşam doğru yağan qar səbəbindən paytaxtın bir sıra ərazisində tıxac yaranıb.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

 1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 5. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;

 6. Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, hər iki istiqamətdə;

 7. Heydər Əliyev prospekti əsas  yol, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

 

 





 
Qar-şaxta gəlir: Qurumlar XƏBƏRDARLIQ ETDİ - Bu gündən...

Bu gündən 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə qar yağacağı, temperaturun tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bəs havaların qarlı-şaxtalı keçməsi virus və mikrob xəstəliklərinin, infeksiyaların gedişinə necə təsir edə bilər? Ümumiyyətlə, Bakı da daxil, ölkədə epidemioloji vəziyyət hazırda necədir? Ən çox hansı viruslar aktivdir?

Qeyd edək ki, hazırda dünyada kəskin respirator virus infeksiyaları geniş şəkildə yayılıb. Xüsusilə metapnevmovirus (HPMV) bir çox ölkədə, o cümlədən Çin, Qazaxıstan və Rusiya Federasiyasında qeydə alınıb. Bu virus əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslərdə öskürək, burun tutulması, hərarət və nəfəs darlığı kimi simptomlarla özünü göstərir.

həkim-infeksionist Sadiqə Əliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, payız -qış mövsümü kəskin respirator virus infeksiyalarının aktivləşdiyi bir dövrdür: “Ona görə infeksiyalar bu dövrdə daha çox müşahidə olunur. Bəzən də insanlar geyimlərini havaya uyğun tənzimləmirlər. Ya həddən artıq qalın geyinib tərləyir, ya da soyuq havada nazik geyinirlər. Bu səbəbdən də soyuqdəymələr olur. Qapalı yerlərdə insanların toplaşması, otaqların havalandırılmaması virusların yayılmasına səbəb olur”.

İnfeksionistin sözlərinə görə, hazırda ən çox “A” qrip virusu - influenza yayılıb. Koronavirus az da olsa, var. Eləcə də digər respirator viruslar da müşahidə olunur: "Bu viruslar yalnız bu il üçün xarakterik deyil, hər il olur. Havalar isindikcə xəstəliklər də azalacaq. Bu dönəmlərdə valideynlər çalışmalıdırlar ki, xəstə olan övladlarını məktəblərə, bağçalara göndərməsinlər. Bu həm uşağın özünə faydalıdır, həm də infeksiyanı digərlərinə keçməsinin qarşısını alacaq. Bütün yaş qruplarına aiddir, xəstə olduqları zaman vacib getməli yerlərə mütləq maskadan istifadə etsinlər. Əl gigiyenasına diqqət etsinlər. Otaqlar tez-tez havalandırılsın".

Sadiqə Əliyeva insanların “sistem vurdurum, sağalacağam” kimi fikirlərinə də diqqət çəkib: “Sistemin tətbiq edilməsi iki halda olur. Birincisi, orqanizm çoxlu maye itirdiyi zaman, o mayeni qəbul etmək üçün vurulur. İkinci hal isə dezintoksikasiya zamanı istifadə edilir ki, yüksək dərəcədə hərarət olanda həmin mayeni bərpa etmək üçündür. Yəni şəxsin qaytarması, qusması yoxdursa, özü kifayət qədər maye qəbul edə bilirsə, sistemə heç ehtiyac yoxdur. Sistem o adama qoyulur ki, içə bilmir, mayeni özü qəbul edə bilmir. Hər adama ucdantutma sistem qoymaq düzgün deyil”.

Onu da nəzərə çatdıraq ki, Ümumdünya Səhiyyə Təşkilatı gələcəkdə pandemiyaya səbəb ola biləcək potensial təhlükəli patogenlərin siyahısını təqdim edib. Bu siyahıya hazırda A qrip virusları, qızdırma və meymun çiçəyi də daxil olmaqla, 30-dan çox patogen daxildir. Alimlər bu siyahını tərtib etmək üçün təxminən iki il vaxt sərf edərək, viruslar və bakteriyalar da daxil olmaqla 1,6 mindən çox patogen növünü öyrəniblər.

Tədqiqatçıların təqribən 57 faizi hesab edir ki, bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi ehtimalı var və buna əvvəlkilərdən daha təhlükəli olan mutasiyaya uğramış qrip virusu səbəb ola bilər. Mütəxəssislərin təxminən 21 faizi isə “ X” xəstəliyi adlı, hələ məlum olmayan bir virusun pandemiyaya səbəb ola biləcəyini düşünür.

Professor Aleksandr Çepurnovun fikrincə, quş qripi (H5N1) ən təhlükəli viruslardan biridir. Bu virusun insandan insana ötürülmə qabiliyyəti məhduddur, lakin mutasiya nəticəsində bu xüsusiyyət dəyişə bilər. Quş qripindən ölüm nisbəti 40-60% arasında dəyişir, yəni xəstələnən hər iki insandan biri həyatını itirə bilər.

Çində aparılan araşdırmalar nəticəsində xəz fermalarından götürülmüş nümunələrdə 36-sı əvvəllər məlum olmayan 125 virus müəyyən edilib. Bu virusların əksəriyyətinin heyvanlardan insanlara keçmə riski daşıdığı bildirilir. Xüsusilə yenot itləri digər heyvanlarla müqayisədə ən çox virus riski daşıyan növlər arasında qeyd edilir.

Ümumiyyətlə, yaxın gələcəkdə mutasiyaya uğramış qrip virusları, “ X” xəstəliyi kimi hələ məlum olmayan patogenlər və quş qripi kimi viruslar potensial pandemiya riski daşıyır. Bu səbəbdən, alimlər və səhiyyə təşkilatları bu patogenlərin monitorinqini davam etdirir və mümkün təhlükələrin qarşısını almaq üçün tədbirlər görürlər.

Bu institut bağlanır - QƏRAR

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub.

Bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib.

Qərar səsə qoyularaq qəbul olunub.

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təsis edilib

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoruna verilib.

Xəbər lenti