Hörmətli Mehman Qəhrəmanov,

Sizi 22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə "Yol-xeber.az"-ın rəhbərliyi və kollektivi adından səmimi qəlbdən təbrik edirik!

Siz uzun illərdir ki, yol infrastrukturu sahəsində yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək, ölkəmizin yol-nəqliyyat sektorunun inkişafına əvəzsiz töhfələr vermisiniz. Məsuliyyətiniz, zəhmətkeşliyiniz və işinizə olan sadiqliyiniz nəticəsində, Azərbaycan yollarının müasir tələblərə uyğun qurulması və insanların təhlükəsiz hərəkət etməsi üçün böyük işlər görülməkdədir. Siz öz vəzifənizi şərəflə və ləyaqətlə yerinə yetirərək, bu sahədə çalışan hər kəs üçün nümunə olmusunuz.

Bu gün Azərbaycanda yol infrastrukturunun inkişafı Prezident cənab İlham Əliyevin xüsusi diqqətindədir. Dövlətimizin həyata keçirdiyi irimiqyaslı layihələr sayəsində magistral yollar, kənd yolları, şəhər və rayon daxili yollar yenidən qurulur, yeni körpülər, tunellər və yol qovşaqları inşa edilir. Bütün bu işlərdə yol işçilərinin, eləcə də Sizin əvəzsiz əməkiniz vardır. Sizin bilik və bacarıqlarınız bu inkişafın tərkib hissəsi kimi ölkəmizin sosial-iqtisadi yüksəlişinə xidmət edir.

Bundan əlavə, Sizin şəhid ailələri və qazilərimizə göstərdiyiniz xüsusi diqqət və qayğı da təqdirəlayiqdir. Siz onların ehtiyaclarını daim ön planda saxlayır, vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə dəstək olursunuz. Bu, yalnız peşəkar fəaliyyətinizin deyil, həm də böyük ürəyə sahib bir insan olduğunuzun göstəricisidir.

Bu əlamətdar gündə Sizi bir daha təbrik edir, işlərinizdə uğurlar, cansağlığı və yeni nailiyyətlər arzulayırıq! Əminik ki, Siz gələcəkdə də öz bilik və təcrübənizlə ölkəmizin yol-nəqliyyat infrastrukturunun inkişafına töhfə verməyə davam edəcəksiniz.

Hörmətlə,
"Yol-xeber.az" rəhbərliyi və kollektivi

İlham Əliyev yeni yolun açılışında - Yeniləndi


Hörmətli Müseyib Həmzəyev,

Sizi 22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə "Yol-xeber.az"-ın rəhbərliyi və kollektivi adından səmimi qəlbdən təbrik edirik!

Siz artıq uzun illərdir ki, yol infrastrukturu sahəsində böyük əmək sərf edərək, bu mühüm və strateji sahənin inkişafına töhfə verən peşəkarlardan birisiniz. Məsuliyyətiniz, zəhmətkeşliyiniz və işinizə olan yüksək bağlılığınız sayəsində, yol-nəqliyyat sektorunda həyata keçirilən layihələrin uğurla icra olunmasına, yollarımızın beynəlxalq standartlara uyğun yenidən qurulmasına və insanların rahat, təhlükəsiz hərəkət etməsinə böyük töhfə vermisiniz. Siz vəzifənizi böyük şərəf və ləyaqətlə yerinə yetirərək, dövlətimizin bu sahəyə ayırdığı diqqətin real nəticələrə çevrilməsi üçün yorulmadan çalışan nümunəvi bir mütəxəssissiniz.

Ölkəmizdə aparılan genişmiqyaslı yol infrastrukturu layihələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə magistral yollar, kənd yolları, şəhər və rayon daxili yollar yenidən qurulur, müasir körpülər, tunellər, yol qovşaqları inşa edilir. Yol-nəqliyyat sektorunun inkişafı, eləcə də nəqliyyat təhlükəsizliyinin təmin olunması Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu sahədə çalışan hər bir yol işçisinin əməyi, zəhməti bu inkişafın ayrılmaz hissəsidir və Siz də öz bilik və bacarığınızla bu prosesdə mühüm rol oynayırsınız.

Bundan əlavə, Sizin şəhid ailələri və qazilərimizə göstərdiyiniz dəstək də böyük təqdirəlayiq addımlardan biridir. Siz daim onların qayğılarını diqqətdə saxlayır, onların rifahı və rahatlığı üçün çalışırsınız. Bu, təkcə peşəkar fəaliyyətinizin deyil, həm də vətəndaş mövqeyinizin və humanist dəyərlərinizin parlaq göstəricisidir.

Bu əlamətdar gündə Sizi bir daha təbrik edir, işlərinizdə yeni uğurlar, möhkəm can sağlığı və daha böyük nailiyyətlər arzulayırıq! Əminik ki, Siz gələcəkdə də yol infrastrukturu sahəsindəki peşəkar fəaliyyətinizlə ölkəmizin inkişafına öz töhfənizi verməyə davam edəcəksiniz.

Hörmətlə,
"Yol-xeber.az" rəhbərliyi və kollektivi

Bakıda sulu qar yağır - FAKTİKİ HAVA

Qax rayonuna 12 sm qar yağıb, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta olub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 20-si saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında sulu qar, dağlıq və dağətəyi rayonlara isə qar yağır.

Yağan qarın hündürlüyü Qrızda, Qax (Sarıbaş) 12, Şahdağda 11, Gədəbəydə 8, Şəki, Balakəndə 4, Zaqatalada 3, Şuşa, Xankəndi, Tovuz, Şamaxı, Qobustan, Altıağac, Qusar, Xaçmaz, Quba, Xaltan, Şabran, Qəbələ,Yardımlı, Ağstafa, Daşkəsəndə 1 sm-dir.

Düşən yağıntının miqdarı Sabirabadda 6, Lənkəranda 5, Biləsuvar 4, Oğuz, Göyçay, Astara, Şahbuzda 2, Naxçıvan, Naftalan, İsmayıllı, Tərtər, Yevlax, Kürdəmir, Zərdab, Beyləqan, İmişli, Cəlilabad, Şirvan, Şəmkir, Tovuz, Neftçala, Lerik, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 26 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada isə küləyin sürəti 20 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax(Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay, Qusar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Bakı Metropolitenində yüksək vəzifəyə TƏYİNAT

“Bakı Metropoliteni”ndə yüksək vəzifəyə təyinat olub.

Oxu.az xəbər verir ki, İnarə Vəliyeva "Bakı Metropoliteni" QSC-nin sədr müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İnarə Vəliyeva bu təyinata qədər 2023-cü ildən Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsini icra edib.

İnarə Vəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil olub.

Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Bakıda tıxac olan yollar açıqlanıb.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

13. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Sabah Bakıda qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, səhərdən bəzi yerlərdə sulu qara, axşam isə qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Doğma yurdlarına qayıdırlar 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 37 ailə - 212 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

 



Sabah yağış yağacaq, külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli, axşamdan isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-4° isti olacaq.

ehalinin-ve-eczaciliq-muessiselerinin-nezerine

“Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərdə istifadə təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi barədə mediada məlumat yayılıb. Əhali arasında çaşqınlıq yaranmaması üçün bildiririk ki, ölkə ərazisində dərman çatışmazlığının qarşısının alınması məqsədilə atılan ən mühüm addımlardan biri də dərman vasitələrinin qeydiyyat-ekspertiza qaydalarının sadələşdirilməsi və beynəlxalq qeydiyyatın tanınması olub”.

Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dərman vasitələrinin istifadə təlimatları (içlik vərəqə) hər hansı xarici dildə olarsa, qeydiyyat vəsiqə sahibi tərəfindən Azərbaycan dilində təsdiq olunmuş içlik vərəqəsi apteklərə təqdim edilməlidir. Bu tələb “Dərman vasitələri haqqında” Qanunun 11.3-cü maddəsində öz əksini tapır. Belə ki, Azərbaycan dilində olan içlik vərəqəsi dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin vəsiqə sahibi apteki Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.

Qanunvericiliyin bu tələbi pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 221.13 və 221.14-cü maddələri üzrə protokol tərtib edilərək inzibati tənbeh tədbirləri görülür. Belə ki, 221.3-cü maddəyə əsasən, Azərbaycan dilində olan istifadə təlimatı dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin vəsiqə sahibi tərəfindən aptekin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəsiqə sahibləri – vəzifəli şəxs olduqda 1500-2000, hüquqi şəxs olduqda isə 5000-7000 manat məbləğində cərimə edilir.

Apteklər isə yalnız vəsiqə sahibləri tərəfindən Azərbaycan dilində təsdiq edilən istifadə təlimatı ilə təmin edildiyi halda, istehlakçının tələbi əsasında içlik vərəqəsinin kağız formasında çap edərək istehlakçıya təqdim etməməsinə görə 50 manat məbləğində cərimə edilir.

“Əlavə olaraq qeyd etməliyik ki, Prezidentin müvafiq göstərişləri əsasında səhiyyə sahəsində aparılan dəyişikliklərdən biri də elektron resept sistemidir ki, bu sistem vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatları ilə elektron qaydada da tanış ola bilərlər. Bunun üçün vətəndaşlar elektron resept sistemində dərmanlar bölməsinə daxil olaraq, müvafiq dərmanın istifadə təlimatını əldə edə bilərlər”, - deyə, məlumatda vurğulanıb.

Mirsaleh Seyidov rəisi işdən çıxardı - Yeni təyinat

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 14 Sayli Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsindən azad edilib.

Qaynarinfo məlumatına görə, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Həsənov Rövşən Musa oğlu vəzifəsindən azad olunub.

Digər əmrlə, Məmmədov Emil İlyas oğlu 14 Sayli Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi təyin edilib.

Xəbər lenti