Əhaliyə XƏBƏRDARLIQ - Bu halda qazlarınız kəsiləcək

"Azəriqaz" İstehsalat Birliyi qaz təchizatı ilə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə texniki müayinələrə start verib.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müayinələr zamanı texniki şərtlərdən kənara çıxan hallar və standartlara uyğun olmayan qaz cihazlarının istifadəsi və quraşdırılması yoxlanılır.

Texniki müayinələr abonentlərin təhlükəsizliyini təmin etmək və onları gələcəkdə dəm qazından boğulma və digər təhlükələrdən qorumaq məqsədi daşıyır.

"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarının fəaliyyətinə şərait yaratmayan şəxslərin mənzillərinə qaz verilişi dayandırılacaq.

20 yanvar dairəsində tıxac problemi necə həll olunacaq? - Video

20 yanvar dairəsində tıxaclar tarixə qovuşa bilər. Belə ki, dövlət proqramına əsasən, 2025-2026-cı illərdə 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması planlaşdırılır.

ğXezerxeber.az xəbərinə görə, dairədə sıxlığa əsas səbəb olan Ziya Bünyadov prospektindən gələn nəqliyyat axınının həlli gözlənilir.

Ekspert Ərşad Hüseynov təklif edir ki, ümumilikdə paytaxtda, 20 yanvar dairəsində sıxlığın azaldılması üçün Ziya Bünyadov prospekti boyu bir neçə zəruri həllər həyata keçirilməlidir. İlk növbədə Ziya Bünyadovun azadlıq prospekti ilə kəsişmədəki butulka effekti aradan qaldırılmalıdır

Paralel olaraq Məhəmməd Xiyabani küçəsinin xarici dairəvi avtomobil yolu ilə kəsişməsində tunel tipli yol ötürücüsünün, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının və Qaradağ rayonu istiqamətində keçid üçün yeni yan yolun tikintisi və istismara verilməsi də həyata keçiriləcək.

"Sevgililər günü"nə olan hava proqnozu: intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Sürücülər qanunsuz cərimənin ləğvi üçün nə etməlidir? - İZAH

Bəzən sürücülərin qanunsuz cərimələndikləri ilə bağlı şikayətlərinə rast gəlirik. Lakin bir çoxu bu cəriməni necə ləğv etdirəcəyini bilmir.

Maraqlıdır, DYP-nin qanunsuz cəriməsindən necə şikayət etmək olar?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, bir çox vətəndaş bu məsələdə əsas məqamdan xəbərsizdir.

Onun sözlərinə görə, DYP qanunsuz cərimə edibsə, protokoldan şikayət etmək mümkün deyil:

“Belə ki, məhkəmə protokoldan yox, yalnız qərardan şikayətə baxan qurumdur. Buna görə də mütləq qaydada qərar alınmalıdır. Bundan sonra 20 gün ərzində isə şikayət edilə bilər. Həmin qərarı almaq heç də hər zaman asan olmur. Qərar yalnız DYP-nin veb portalında olur və adətən onu vətəndaş özü istəməsə, vermirlər. Şikayəti yazarkən hansısa vəkilə və ya kitab cümlələrinə ehtiyac yoxdur. Vətəndaş özü baş verən hadisəni yaza və sübutları əlavə edə bilər. Sonda da “cərimənin silinməsini və … tarixdə … qərarın ləğv edilməsini xahiş edirəm” qeyd olunmalıdır. Hadisənin baş verdiyi ərazi üzrə müvafiq məhkəməyə müraciət edilməlidir”.

Bakıda bu rayona qatarla gedənlərə MÜHÜM XƏBƏR

Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 15 və 16 fevral tarixlərində əlavə qatar reysləri təyin ediləcək.

Yol-xeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

 

 

 
Kamaləddin Qafarov: “Azərbaycan beynəlxalq arenada önəmli aktora çevrilir”
“Bu gün özünün beynəlxalq əlaqələrini sürətlə genişləndirən Azərbaycanla əməkdaşlıq dünyanın ən güclü iqtisadiyyata malik olan ölkələri üçün də böyük maraq və önəm kəsb edir. O cümlədən, hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq da kifayət qədər uğurla inkişaf edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ötən il Azərbaycan Prezidenti ilə Çinin Sədri arasında baş tutmuş görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır.” Cənab Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində qeyd olunduğu kimi, strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Dövlət başçımızın müsahibəsinin gedişində aparıcı tərəfindən səsləndirilən suallar dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin də Azərbaycana, ölkəmizdə gedən proseslərə marağının kifayət qədər böyük olduğunu deməyə əsas verir. O cümlədən, Azərbaycanın BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə mövqeyi, ölkəmizin təhlükəsizlik, ticarət, iqtisadi inkişaf nöqteyi-nəzərindən Qlobal Cənubla bağlı aparılan müzakirələrə münasibəti ilə əlaqədar verilən sual ölkəmizin rəyinin beynəlxalq arenada getdikcə daha çox çəkiyə malik olduğunu göstərir. Prezident İlham Əliyev bütün müsahibələrində olduğu kimi, bu suala verdiyi cavabında da prinsipial obyektiv yanaşma nümayiş etdirdi. Qeyd olundu ki, Azərbaycanın həm BRICS-in, həm də dialoq üzrə tərəfdaş statusuna malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətləri ilə çox yaxşı və dost münasibətləri var. Bundan başqa, ölkəmizin coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə verdiyi töhfələr nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Çin və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın üzərində fəal iş apardığı məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir və praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilər.”

K.Qafarov qeyd edib ki, cənab Prezident İlham Əliyevin müsahibəsində liderlik barədə yer almış ifadələr bir çox ölkə rəhbərləri üçün əsil örnək ola bilər: “Aparıcının liderlik keyfiyyətləri barədə sualı xüsusilə maraq doğuran məqamlardan biri oldu. Biz CGTN əməkdaşının dilindən belə bir etiraf eşitdik: “Cənab Prezident, hər dəfə Sizinlə danışanda mənə elə gəlir ki, ölkəniz çox güclü təməl üzərində dayanıb.” Əlbəttə ki, bu təməl özü də birlik olmayan yerdə qurula bilməz. Bu birlik isə məhz cəmiyyətin, xalqın Liderinin səyləri nəticəsində formalaşır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. Cənab Prezident həmişə xalqa ədaləti bərpa edəcəyini söyləyirdi və Azərbaycan xalqı da öz Liderinə inanırdı. Sonda bu qarşılıqlı inam və etibar öz nəticəsini göstərdi, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdi” .
Onların da müavinətləri artacaq - Video

Əlilliyə görə verilən müavinətlər artırılacaq.

Xəzər TV bildirir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, dövlət büdcəsindən əlilliyi olan vətəndaşlara iki istiqamətdə ödənişlər həyata keçirilir. Bunlardan biri əlilliyə görə pensiya, digəri isə müavinətdir. Əlilliyə görə pensiyalar yanvardan artırılıb və artımlar fevral ayında ödənilir. Əlilliyə görə verilən müavinətin artırılması üçün isə təkliflər təqdim edilib.

Artımların hansı istiqamətdə və nə qədər olacağı isə Nazirlər Kabineti təklifləri təqdim etdikdən sonra bilinəcək.

Bir sözlə, növbəti mərhlədə sosial müavinətlər və təqaüdlərin artımı müşahidə ediləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

5. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

13. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur.

Bu metrostansiyaların adları dəyişdirilə bilər

Xəbər verildiyi kimi, Azərbaycanda böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bu barədə məlumat Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Maraqlıdır, hansı küçələrin, metrostansiyaların adları dəyişdirilə bilər?

"Yol-xeber.az" xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, həm Bakı, həm də bir sıra şəhərlərdə, rayon mərkəzlərində bəzi küçə və prospektlərə qoyulan adlar öz əhəmiyyətini itirib:

“Müəyyən dövrlərdə qoyulan adlar dəyişdirilsə, daha yaxşı olar. Eyni zamanda bu, metro stansiyalarına da aiddir. “Gənclik”, “Sahil”, “Xalqlar Dostluğu”, “Ulduz” kimi adların yerinə, daha yaxşı seçimlər təklif edə bilərik”.

Ekspert bildirib ki, burada bəzi qəhrəmanların, vətən uğrunda döyüşən, əziyyətləri olan şəxslərin adları nəzərə alınsa, yaxşı olar:

“Ümumiyyətlə, bu addım gözəldir. Həm də “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar verilən qərar necə deyərlər, yerinə düşdü”.



“Azərbaycan Dəmir Yolları” QSC (ADY) fövqəladə hallar zamanı insanların təxliyəsi və təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə maarifləndirici tədbir və təlimlər keçirir.

Yol-xeber.az" xəbər verir ki, Növbəti təlim Yevlax dəmiryol stansiyasının ərazisində ADY və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin qarşılıqlı fəaliyyət planı çərçivəsində “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusuna həsr olunub.

Təlimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Yevlax rayon təcili tibbi yardim briqadası və rayonun mülki müdafiə qüvvələri cəlb olunub.

ADY-nin Yevlax yanğından mühafizə və fövqəladə hallar qatarlarının da iştirak etdiyi təlim yüksək peşəkarlıqla baş tutub.

ADY sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizliyə, nəqliyyatın mobilliyinin təhlükəsiz təşkil olunmasına xüsusi önəm verir.

 

Xəbər lenti