![]() |
|
19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı - 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda apardığı mübarizənin simvolu olaraq həm də birlik və həmrəylik ruhunu ortaya qoymuşdur. Şəhidləri anmaq, onların mübarizəsini yaşatmaq yalnız keçmişi yad etmək deyil, eyni zamanda, gələcəyə olan ümid və inamımızı gücləndirmək deməkdir. Bu hadisə xalqın öz müqəddəratını və müstəqil yaşamaq haqqını müdafiə etmək üçün hər cür çətinliyə sinə gərmək əzmini göstərdi. 20 Yanvarın qanlı səhifəsi bizə bir daha göstərdi ki, xalqın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəni heç vaxt unutmaq olmaz.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ ordusunun qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Hərbi əməliyyatlar nəticəsində 147 nəfər həyatını itirmiş, 744 nəfər yaralanmış və 841 nəfər qanunsuz olaraq həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200-dən çox fərdi ev və mənzil, 80-dən çox avtomobil, o cümlədən təcili yardım maşınları zədələnmiş, yanıcı güllələrin törətdiyi yanğınlar nəticəsində həm dövlət, həm də ayrı-ayrı şəxslərə məxsus əmlaklar məhv edilmişdir.
Faciənin ertəsi günü - yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. Ümummilli Lider 20 Yanvar faciəsinə siyasi qiymət verərək, onun hüquqa, demokratiyaya və humanizmə zidd, SSRİ rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Heydər Əliyev mətbuat konfransı keçirərək Bakıdakı faciəyəyə rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Xalqımızın ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndərin qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 1994-cü il martın 29-da Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi.
Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsləri ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsi gücləndirilib. Bütün bunlar həmin kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Dövlət başçısı hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Həmin gün saat 12:00-da ölkəmizin bütün ərazilərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Vətən övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə önəmli səhifə yazdılar. Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq yolunda mübarizə əzmimizi qıra bilməz. 44 günlük Vətən müharibəsində bir daha xalqımız yenilməz, məğrur olduğunu dünyaya göstərdi. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək möhtəşəm Zəfər qazandı. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir.
1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixində xüsusi yer tutan, xalqın milli kimliyini, qətiyyətini və azadlıq uğrunda mübarizə əzmini ortaya qoyan bir mərhələdir.
1980-ci illərin sonlarında - Sovet İttifaqının süqut etməyə başladığı bir dövrdə Qarabağdakı ermənilərin separatçı fəaliyyəti və mərkəzi hakimiyyətin buna laqeyd yanaşması ciddi narazılıq doğururdu. Xalqımız xüsusən SSRİ rəhbərliyinin erməni təcavüzünə verdiyi dəstəyə qarşı etirazlar səsləndirirdi.
Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, Sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən qanlı cinayətə əl atdı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.
Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyərək Bəyanatla çıxış etmişdir.
Qanlı hadisələrə baxmayaraq, Azərbaycan xalqı geri çəkilmədi, bu faciədən sonra milli azadlıq mübarizəsi daha da gücləndi. Ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş Vətən övladları 22 yanvar tarixində Bakının Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edildilər. Bu hadisə xalqın həmrəyliyini, milli birliyini və azadlıq uğrunda qətiyyətini bütün dünyaya göstərdi.
20 Yanvar hadisələrində xalqımızın göstərdiyi birlik və həmrəylik Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi, ölkəmizin suverenliyini bərpa etmək uğrunda apardığı mübarizənin parlaq nümunəsidir.
Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Sənədə əsasən, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət aktı kimi dəyərləndirildi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin Ümummilli Liderin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olanlara “20 Yanvar şəhidi” statusu verilmişdir.
Prezident İlham Əliyev 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Bütün bunlar həmin kateqoriyadan olan şəxslərə diqqət və qayğının bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Qanlı 20 Yanvar gecəsi unudulmur - xalqın yaddaşında əbədi yaşayır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə müasir tariximizdə yeni bir dövr başlandı. Bununla Azərbaycanın azadlığı, müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 35 il əvvəl - 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vətən övladlarının da ruhu şad oldu.
1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın milli azadlıq uğrunda mübarizəsinin ən önəmli səhifələrindən biridir. Həmin gün yüzlərlə dinc insanların qanı töküldü, lakin bu faciə xalqın azadlıq ruhunu sarsıda bilmədi.
1980-ci illərin sonlarında Sovet İttifaqının zəifləməsi və mərkəzi hakimiyyətin idarəetmə sistemindəki boşluqlar bir çox respublikalarda milli azadlıq hərəkatlarının başlamasına səbəb olmuşdu. Azərbaycanda isə bu proseslər həm sosial-iqtisadi narazılıq, həm də Qarabağ münaqişəsi ilə əlaqədar daha da dərinləşmişdi.
1988-ci ildə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə iddialar irəli sürməsi və separatçı fəaliyyətlər ölkəmizdə dərin narazılıq yaratdı. Sovet rəhbərliyinin bu proseslərə laqeyd yanaşması və ermənipərəst mövqe sərgiləməsi xalqın mərkəzi hakimiyyətə olan etimadını tamamilə sarsıtdı. Bunun nəticəsində Bakıda və digər bölgələrdə genişmiqyaslı mitinqlər keçirilməyə başlandı.
SSRİ rəhbərliyi Azərbaycanda baş verən bu xalq hərəkatını əsassız olaraq öz hakimiyyətinə qarşı ciddi təhdid kimi dəyərləndirdi. Rəsmi Moskva bu hərəkatı yatırmaq üçün sərt tədbirlər görmək qərarına gəldi. Ancaq bu qərar xalqın iradəsini qıra bilmədi. 19 yanvar 1990-cı ildə gecə saatlarında Sovet ordusunun müxtəlif bölmələri, daxilində xüsusi təyinatlılar da olmaqla, Bakıya daxil oldu. Bu hücum zamanı dinc əhalinin yaşadığı məhəllələr, küçələr və ictimai obyektlər hədəf alındı. Tankların və ağır texnikaların şəhərə girməsi nəticəsində yüzlərlə insan həlak oldu, yaralandı və itkin düşdü. Hadisədən əvvəl dövlət televiziyasının enerji bloku Sovet ordusu tərəfindən partladıldı. Bu, əhalini fövqəladə vəziyyət rejimindən xəbərsiz qoymaq məqsədi daşıyırdı. Həmin anda xalq küçələrdə və meydanlarda birləşərək öz azadlıq iradəsini ifadə edirdi.
Beləliklə, tankların və atıcı silahların qarşısında heç bir silahı olmayan dinc insanlar Sovet ordusu tərəfindən amansızcasına qətlə yetirildi. Həlak olanlar arasında qadınlar, uşaqlar, yaşlı insanlar və tibbi yardım göstərən həkimlər də var idi. Bu faktlar Sovet hakimiyyətinin azərbaycanlıları sındırmaq üçün nə qədər sərt addımlara əl atmağa hazır olduğunu göstərirdi.
O vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev qanlı faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə şərik çıxdı, Sovet rəhbərliyinin Bakıda törətdiyi ağır bəşəri cinayəti kəskin şəkildə pislədi. Dahi Liderin 20 Yanvar hadisələri ilə bağlı Bəyanatı nəticəsində dünya ictimaiyyəti SSRİ rəhbərliyinin xalqımıza qarşı bu dəhşətli, xüsusi qəddarlıqla törədilən dövlət terrorundan xəbər tutdu.
Yanvarın 22-də isə Bakıda milyonlarla insanın iştirakı ilə şəhidlərin dəfn mərasimi keçirildi. Xalq kütlələrinin birliyi Sovet ordusunun və hakimiyyətinin gözləntilərinin əksinə olaraq qorxu deyil, mübarizə ruhunu daha da gücləndirdi. Azadlıq uğrunda canlarını fəda edən Vətən övladları Şəhidlər Xiyabanında (keçmiş Dağüstü park) dəfn edildilər. Bu yer Azərbaycan xalqı üçün müqəddəs ziyarətgah və milli kimliyin rəmzinə çevrildi. Şəhidlər Xiyabanı hər il yüz minlərlə insanın baş çəkdiyi, xalqın azadlıq yolundakı qurbanlarını yad etdiyi bir məkan oldu.
20 Yanvar hadisələri beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qınanmadı. Sovet ordusunun Bakıda törətdiyi qırğın dünya mətbuatında yalnız məhdud şəkildə işıqlandırıldı, lakin hadisənin təfərrüatları tədricən aydınlaşdı. Bu faciədən sonra Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə qlobal miqyasda diqqət çəkdi.
Xüsusilə qeyd etmək lazımdır ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yarandı. Ulu Öndərin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Sənədə əsasən, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da qəbul edilən Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar tarixi ölkəmizdə Ümumxalq Hüzn Günü elan edildi, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Şəhid ailələri və əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirildi.
Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev təşəbbüsləri sayəsində bu kateqoriyadan olan şəxslərin sosial təminatı gücləndirilir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanı şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədi daşıyır.
Hər il faciənin ildönümündə Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad edir. Bu hadisələr göstərdi ki, xalqın milli ruhunu, azadlıq arzularını heç bir qüvvə sındıra bilməz. 20 Yanvar müasir tariximizin ağrı-acılı, eyni zamanda, ən şərəfli səhifələrindən biridir və hər zaman xalqın yaddaşında əbədi yaşayacaq.
"Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il 2023-cü ilə nisbətən ölkəyə mal ətinin idxalı 55,3%, quş əti və onun əlavə məhsullarının idxalında isə 39,6% artım müşahidə edilib.
Kifayət qədər toyuq əti ehtiyat olduğu halda, niyə 2-ci və 3-cü sort toyuqlar ölkəmizə idxal olunur?"-, deyə qida mütəxəssisi Yusif Həkim bildirib.
Musavat.com xəbər verir ki, mütəxəssis bundan əvvəl də ölkəmizə idxal olunan toyuq əti ilə bağlı narazılığını bildirmişdi. O damazlıq toyuqların broyler adı ilə, yumurtalıq toyuqların isə "kənd toyuğu" adı ilə satıldığını bildirmişdi.
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Heseynov Musavat.com-a mövzunu şərh edərkən deyib ki, keçən il ərzində Azərbaycanda böyük quşçuluq fabriki bağlanıb və belə bir vəziyyətdə toyuq ətinə tələbat yaranıb: "Normal halda xarici ölkələrdən də gətirilir. Heç kim deyə bilməz ki, kənar ölkədən gətirilən toyuq ətləri yaxşı deyil, yoxsa bunlar yaxşıdır. Bunu müəyyənləşdirmək çətin məsələdir. Qida Təhlükəsizliyi Agentliyi yalnız qidanın təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi ilə heç kim məşğul olmur. Ona görə də istehlakçılar da bilmirlər, hansı keyfiyyətli məhsuldur. İstehlakçı tələbatı olduğundan xarici ölkələrdən toyuq əti gətirilir. Mal və qoyun əti Azərbaycana idxal olunur. Monqolustan ətləri İrana da, Azərbaycana da gətirilir. Düşünürəm ki, yaxın beş ildən sonra Azərbaycan mal və qoyun əti ilə özünü təmin edəcək. İşğaldan azad olunmuş zonalarda böyük heyvandarlıq kompleksləri yaradılır. Biz tərəfdarıyıq ki, bolluq olsun, malların qiyməti aşağı düşsün. Təəssüflər olsun ki, qiymətlər artan templə davam edir".
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
“Report xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə daha 42 ailə – 206 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
Xatırladaq ki, yanvarın 16-da Cəbrayıl şəhərinə 32 ailə – 153 nəfər köçürülmüşdü.
“Azərbaycan xalqının dəyərlər sistemində Vətənə, torpağa bağlılıq, azad və müstəqil yaşamaq ideyası müstəsna əhəmiyyət kəsb edir. Bu ideya tarix boyunca xalqımızı bir yumruq kimi birləşdirərək haqq mübarizəmizdə mühüm yer tutub. Haqq, ədalət, milli varlığımızı, əcdadlarımızın mirası olan ərazilərimizi qorumaq mücadiləsində faciələrlə də üzləşmişik. Belə faciələrdən birini 35 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə yaşamışıq. Həmin gecədə keçmiş SSRİ-nin hərbi birləşmələri dinc insanları, o cümlədən də uşaqları, qocaları, qadınları fərq qoymadan xüsusi bir amansızlıqla qətlə yetiriblər. Bakıya tanklar və digər ağır texnika yeridilmişdi”.
Bu faciə qan yaddaşımızdan heç vaxt silinməyəcək. Eyni zamanda, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə Bakıda yaşananlar yaddaşımıza tariximizin şərəfli bir səhifəsi kimi yazılıb. Xalqımız bu faciədən sonra milli azadlıq uğrunda mübarizədən geri çəkilmədi. Dünya sarsılmaz milli iradəmizin şahidi oldu. Biz mübarizəni davam etdirməklə XX yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşduq. Haqq, ədalət uğrunda mübarizəmiz ilbəil daha dönməz xarakter aldı. 1990-cı ilin 20 yanvarında faciəyə məruz qalan Azərbaycan xalqı özünün müdrik və qətiyyətli Liderinin - Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ölkənin ərazi bütövlüyünə, 2023-cü ildə isə Qarabağda suverenliyimizin bərpasına nail oldu. 20 Yanvar şəhidləri də məhz bu müqəddəs amallar naminə əliyalın imperiya qüvvələrinin şəhərə yeridilən tanklarının qabağına çıxmışdılar. İndi bütün şəhidlərimizin ruhu şaddır!
20 Yanvar hadisələri zamanı Bakı ilə yanaşı, bölgələrində də qırğınlar törədilmişdi. Ümumilikdə, Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, dinc insanlara qarşı törədilən qanlı bir cinayət idi. Ordunun xalqa, dinc insanlara ağır texnikadan atəş açması tarixdə az rast gəlinən faktdır. Bunu keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun əmri ilə imperiya ordusu etdi.Respublikamızda törədilən qırğınların birbaşa baiskarı M. Qorbaçov idi. Ordunun Bakıya yeridilməsi əmrini məhz o vermişdi. Ancaq təhlillərdən həm də o nəticə hasil olur ki, həmin dövrdə respublikada yaranan ictimai-siyasi vəziyyət düzgün dəyərləndirilməyib. Burada həm respublikanın o vaxtkı rəhbərliyi, həm də xalq hərəkatını istiqamətləndirən qüvvələr məsuliyyət daşıyırlar.
Bir gecənin içində dəhşətli faciə ilə üz-üzə qalan Azərbaycan xalqı həmin dövrdə bir növ tək qalmışdı. Respublikamızın ətrafında informasiya blokadası qurulmuşdu. İmperiyanın ruporları yalanlar uyduraraq facə qurbanlarını beynəlxalq ictimaiyyətə terroristlər, qiyamçılar, silahlı dəstələr, ictimai asayişi pozan xuliqanlar kimi təqdim edirdi. Belə ağır məqamda o dövrdə Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev bir milli mücadilə nümunəsi ortaya qoydu. O, faciənin ertəsi günü hədə-qorxulara, təhdidlərə məhəl qoymayaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Bakıda baş verənlərlə bağlı informasiya blokadasını yardı, bütün dünyaya bir sıra mesajlarını çatdırdı. Doğma xalqı ilə bir yerdə olduğunu bildirən, dərin kədərini ifadə edən Heydər Əliyev Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və respublikada elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi dəyərləndirdi. “Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. …Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi?”, - deyə Heydər Əliyev sual etmişdi.Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışında günahkarların, qırğın törədənlərin hamısının cəzalandırılmasını tələb etdi. Ulu Öndərin bu addımı xalq üçün böyük təsəlli oldu.
20 Yanvar faciəsinin baş verməsində o dövrdə xalq hərəkatında təmsil olunan qüvvələrdə ciddi məsuliyyət daşıyırdı: “Həmin qüvvələr 1992-ci ildə hakimiyyətə gəlsə də, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi barədə düşünmədilər. Halbuki, faciə gecəsində insanları meydanlara səsləyən, onlara atəş açılmayacağına təminatlar verən həmin qüvvələr idi. Yalnız Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində 20 Yanvar faciəsi özünün hüquqi-siyasi qiymətini aldı. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Heydər Əliyev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilib. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar faciəsi ilə bağlı mühüm sənədlərin qəbul olunmasını təmin etdi. O cümlədən Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Ulu Öndərin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu”.
“Eyni zamanda, faciə qurbanlarının adlarının əbədiləşdirilməsi ilə bağlı müvafiq addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsinin qurbanları da istisna deyil. Dövlət başçısı tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır. Beləliklə, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir. Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir. 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqın azadlığı uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin də ruhu şaddır”.
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda apardığı mübarizənin simvolu olaraq həm də birlik və həmrəylik ruhunu ortaya qoymuşdur. Şəhidləri anmaq, onların mübarizəsini yaşatmaq yalnız keçmişi yad etmək deyil, eyni zamanda, gələcəyə olan ümid və inamımızı gücləndirmək deməkdir. Bu hadisə xalqın öz müqəddəratını və müstəqil yaşamaq haqqını müdafiə etmək üçün hər cür çətinliyə sinə gərmək əzmini göstərdi. 20 Yanvarın qanlı səhifəsi bizə bir daha göstərdi ki, xalqın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəni heç vaxt unutmaq olmaz.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ ordusunun qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Hərbi əməliyyatlar nəticəsində 147 nəfər həyatını itirmiş, 744 nəfər yaralanmış və 841 nəfər qanunsuz olaraq həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200-dən çox fərdi ev və mənzil, 80-dən çox avtomobil, o cümlədən təcili yardım maşınları zədələnmiş, yanıcı güllələrin törətdiyi yanğınlar nəticəsində həm dövlət, həm də ayrı-ayrı şəxslərə məxsus əmlaklar məhv edilmişdir.
Faciənin ertəsi günü - yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. Ümummilli Lider 20 Yanvar faciəsinə siyasi qiymət verərək, onun hüquqa, demokratiyaya və humanizmə zidd, SSRİ rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Heydər Əliyev mətbuat konfransı keçirərək Bakıdakı faciəyəyə rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Xalqımızın ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndərin qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 1994-cü il martın 29-da Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi.
Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsləri ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsi gücləndirilib. Bütün bunlar həmin kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Dövlət başçısı hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Həmin gün saat 12:00-da ölkəmizin bütün ərazilərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Vətən övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə önəmli səhifə yazdılar. Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq yolunda mübarizə əzmimizi qıra bilməz. 44 günlük Vətən müharibəsində bir daha xalqımız yenilməz, məğrur olduğunu dünyaya göstərdi. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək möhtəşəm Zəfər qazandı. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir.