![]() |
|
İşsiz və kiçik biznes qurmaq istəyənlər üçün yeni imkanlar yaradılıb.
BAKU.WS xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırasına yeni istiqamətlər əlavə olunub.
Sözügedən Proqramın zərflər siyahısına "Qəssab dükanı", "Kotançılıq", "Özünəxidmət avtoyuma", "Avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri" və "Avtorazval xidmətləri" istiqamətləri də daxil edilib. nBu xidmətlər zərfinin hər birinə müraciət edən işsiz vətəndaşlar, bu istiqamətlər üzrə fəaliyyət göstərmək üçün lazım olan bütün avadanlıqlarla təmin olunacaqlar.
Vətəndaşlara təqdim edilən aktivlərin siyahısı:
Qəssab dükanı
- Ət üçün vitrin soyuducusu - 1 ədəd, ət dondurucu soyuducusu - 1 ədəd, elektron tərəzi - 1 ədəd, elektrikli ətçəkən maşın - 1 ədəd, balta, kötük, bıçaq dəsti - 1 ədəd, kondisioner - 1 ədəd.
Kotançılıq xidməti
- Avadanlıq (torpağın əkilməsi, suvarma xəttlərinin çəkilməsi üçün) - 1 ədəd, qoşqu - 1 ədəd.
Özünəxidmət avtoyuma
- Özünəxidmət avtoyuma avadanlığı - 2 ədəd, hava Kompressoru - 2 ədəd, təhlükəsizlik kamerası - 1 ədəd, tozsoran - 1 ədəd.
Avtodəmirçi xidmətləri və PDR (zədələrin boyasız təmiri)
- PDR alətlər dəsti - 1 ədəd, LED işıq sistemi - 1 ədəd, qaynaq aparatı - 1 ədəd, dartıcı mexanizm - 1 ədəd, laqonda - 1 ədəd, açar dəsti - 1 ədəd, qaynaq dəbilqəsi - 1 ədəd, hava kompressoru - 1 ədəd, domkrat - 1 ədəd, pnevmatik zimpara - 1 ədəd, çəkic dəsti - 1 ədəd.
Avtorazval xidməti
- 3D Təkər tənzimləmə (razval) aparatı - 1 ədəd, açar dəsti - 1 ədəd, işçi masası və stul - 1 ədəd.
Layihədə iştirak qaydası
"Məşğulluğa Dəstək Layihəsi"ndə işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər iştirak edə bilərlər.
Layihədə iştirak etmək üçün:
Regional Məşğulluq filialı/ DOST Mərkəzinə qeydiyyatdan keçmək üçün müraciət edilir. RMF/DOST mərkəzi şəxsi ƏMAS-da qeydiyyatdan keçirdir. Karyera məsləhətçisi şəxsin məşğulluq imkanlarını qiymətləndirir (MİQ) və şəxsə FMP (fərdi məşğulluq proqramı) tərtib edilir. Şəxs MİQ nəticəsi olaraq ÖM-yə uyğun olduğu təqdirdə növbəlilik reyestrinə salınır. Şəxsin növbəliliyi çatanda DMA tərəfindən Özünüməşğulluğa cəlb etmə ilə bağlı ilkin monitorinq təşkil olunur. İlkin monitorinqin nəticəsi müsbət olduğu təqdirdə layihədə iştirak tələblərinə uyğun olan işsiz şəxslər ilkin mərhələdə biznes təlimlərinə cəlb edilirlər.
40 saatlıq "Öz biznesinə başla və təkmilləşdir" təlim kursunu tamamladıqdan sonra layihə iştirakçıları öz biznes planlarını hazırlayır və onu müdafiə edirlər. Qiymətləndirmədən uğurla keçən şəxslər istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təmin olunurlar.
Avadanlıqla təmin olunan şəxslərin öz bizneslərini təkmilləşdirməsi və uğurla idarə etməsi məqsədilə bir il ərzində texniki peşə təlimləri və mentor səfərləri təşkil edilir.
Eyni zamanda, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyəti müqavilə müddəti ərzində 4 dəfə olmaqla müşahidə edilir və müqavilə müddətinin sonunda həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes plana uyğun olduqda, əmlak vətəndaşın mülkiyyətinə daimi olaraq verilir.
Layihədən yararlanan şəxs təqdim olunmuş avadanlığı 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin hesabına qaytarmalıdır.
Layihə barəsində "142" - Çağrı mərkəzinə zəng etməklə daha ətraflı məlumat əldə etmək olar.
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də təltif ediləcək.
Bu barədə yubiley medalı haqqında Əsasnəmədə qeyd olunub.
media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Əsasnamənin birinci maddəsində deyilir:
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər”.
"2026-cı ilə qədər təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır".
APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda konfransda çıxışı zamanı deyib.
"Bu tədris ilində peşə təhsili müəssisələrinə 25 minə yaxın tələbə qəbul edilmişdir ki, bu da son 10 ilin ən yüksək göstəricisidir. Əhatəliliklə bağlı hədəf davam edir və 2026-cı ilə qədər təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır.
Əhatəliliyin artırılması üçün bir çox şərtlər mövcuddur və bu şərtlərdən ən vacibi siyasi iradədir. Bu istiqamətdə ölkə başçısının peşə təhsilinin inkişafı ilə bağlı konkret hədəfləri mövcuddur. Bu hədəflər çərçivəsində peşə təhsilinin infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi mühüm yer tutur", - o bildirib.
Mənzil Məcəlləsinə sosial kirayə evlərlə bağlı dəyişiklik təklif edilir.
Bununla bağlı qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Məcəllənin 48.1-ci maddəsinə edilən dəyişikliyə görə, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Sənədə əlavə edilən 51.2-1-ci maddəyə əsasən, bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları özəl klinikada yoxlama apararkən müqavimətlə üzləşiblər.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, Mərkəzin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.
Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, “temperatur qeydiyyat vərəqəsi” də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “radioloji-gigiyenik pasport sənədi” yoxlamaya təqdim olunmayıb.
Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub.
Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.
Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalar şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər.
Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.
Çoxsaylı müraciətlərinizə əsasən bildiririk ki, ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir. Əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
"Qeyd olunanları nəzərə alaraq, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir.
Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.
Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməmişdir", - məlumatda deyilir.
"Son günlər bizə olan müraciətlərin əksər hissəsi pensiyalardakı artım faizi ilə bağlıdır. Belə ki, gələn aydan pensiyaların neçə faiz artırılacağı hələ də daha çox soruşulan məsələlərdəndir. Bunun əsas səbəbi isə gələn aydan pensiya sistemində iki istiqamətdə artımların olması ilə bağlıdır".
Bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.
O bildirib ki, gələn aydan həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək:
"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq, minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Yəni 14.3 faiz artım minimum pensiyalara tətbiq olunacaq. Əgər vətəndaşımız 280 manat, minimum pensiya alırsa, gələn aydan həmin məbləğ 14.3 faiz artırılacaq. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq".
V.Bayramovun sözlərinə görə, əmək pensiyalarının indeksləşdirilməsi isə "Əmək Pensiyaları" haqqında Qanuna əsasən həyata keçirilir:
"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə ortaaylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə ortaaylıq əməkhaqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əməkhaqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq".
"Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü il dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır.
Ümumiləşdirsək: minimum pensiya alanlarda artım 14.3 faiz, digər məbləğ əmək pensiyası alanlarda indeksləşdirmə ilə artım 8 faiz olacaq. Gələn aydan minimum pensiya 320 manat olduğu üçün aşağı pensiya alanlarda bu meyar nəzərə alınacaq", - deyə deputat qeyd edib.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində 2024-cü il ərzində ümumilikdə 24 063 849 müraciət qeydə alınıb.
Bu barədə TƏBİB-in mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bunlardan 588 431-i stasionar, 23 475 418-i ambulator olub:
"Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci illə müqayisədə 23%, 2023-cü illə müqayisədə 10% çox olub.
2024-cü ildə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 82 426 768 (11 202 755 stasionar, 71 224 013 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 54%, 2023-cü illə müqayisədə isə 21% artıb".
Hesabatda bildirilib ki, tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb:
"Ötən il ərzində 33 343 857 sayda laborator müayinələr aparılıb ki, onların da 5 209 889-u stasionar, 28 133 968-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 112%, 2023-cü illə müqayisədə isə 31% artım qeydə alınıb.
Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. İl ərzində 375 520 cərrahi əməliyyat və prosedur (345 191 stasionar, 30 329 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və prosedurlar 2022-ci illə müqayisədə 16%, 2023-cü illə müqayisədə isə 9% artıb".
Sosial şəbəkədə hesab açıb narkotik daşınması üçün kuryerlik təklif edir... Maraqlananlar da az deyil...
"Xəzər Xəbər"in əməkdaşı özümünü iş axtaran kimi təqdim edib narkotacirlə əlaqə saxlayıb. Deyir ki, onu görmək mümkün deyil. əməkdaşlıq yalnız telefon vasitəsilə aparılır. Ödəniş isə kartla olur.
Daxili İşlər Nazirliyindən bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.
Elbrus İbrahimov onu da bildirdi ki, belə şəxslər məsuliyyətə cəlb edilirlər.
Qeyd edək ki, narkotik vasitə və psixotrop maddəni satanlarla yanaşı, bu vasitələri təbliğ edənləri də həbs cəzası gözləyir.