ASAN Xidmətin bayram günlərində iş qrafiki BELƏ OLACAQ

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.

Belə ki, noyabrın 11-dən 14 noyabr tarixinədək vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN xidmət” mərkəzləri istisna olmaqla digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Nazirdən Qarabağ Universitetinə yeni təyinat - Foto

Qarabağ Universitetinə yeni prorektor təyin olunub.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rüstəm İsgəndərli Qarabağ Universitetinin maliyyə və təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 

Rüstəm İsgəndərli Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat - maliyyə kredit fakültəsini bakalavriat səviyyəsində bitirib, daha sonra Naxçıvan

Dövlət Universitetində sosial idarəetmə və hüquq - hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini alıb. 

Rüstəm İsgəndərli "Aztelekom" MMC, "Modern Group of Companies - Alyans Tekstil", "Şamaxı Rixos" və "Şamaxı Palace" hotelləri, "PMD Group" kimi şirkətlərdə maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışıb. Bu təyinatadək isə "Baku Business Group"da İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.

 

 

 
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə - 150 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.

 

 

 

 
Ağdam məscidində 31 ildən sonra camaat namazı qılınacaq

Bu gün Ağdam məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə camaat namazı qılınacaq.

Dini ayin 31 ildən sonra Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri çərçivəsində baş tutacaq.

Məlumata görə, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş Ağdam məscidində azan verəcək, daha sonra camaat namazı qılınacaq.

g

Şamaxı rayon “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Nazim Eynallı - Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və rəşadətli ordumuz 27 sentyabr 2020-ci il tarixində ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi ilə xalqımızın 30 illik həsrətinə 44 günə son qoydu. Məhz həmin tarix Zəfərə gedən yolun başlanğıcı oldu. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək xalqımızın Qələbə əzmini nümayiş etdirdi. Bu günlər ərzində ordumuzun apardığı müharibə milli şüurun, xalq-hakimiyyət və ordu birliyinin təcəssümünə çevrildi. O gün hər kəs Vətən fədaisi oldu. 30 ilə yaxın müddət ərzində yaşadığımız ağrı-acılar bir anda sevincə çevrildi. Şanlı ordumuz bu qalibiyyəti ilə Azərbaycan xalqının qarşıya qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətində olduğunu sübut etdi. Bu müharibə bir daha göstərdi ki, Azərbaycanın hər bir vətəndaşı, hər bir fərdi Vətənin keşiyində məğrur bir əsgərdir, özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir.

Dilarə Mövlayeva: Zəfər Günü - milli qürur və şərəf tariximiz

Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük Qələbə sevinci bəxş etdilər. 44 gün ərzində hər gün rəşadətli ordumuz irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Bu uğurlar xalqımızın Qələbə ruhunu yüksəltməklə bərabər Azərbaycan dövlətinin gücünü göstərdi. Azərbaycan dövləti 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgər və zabitlərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi yazıldı. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu.

Bu şanlı Zəfəri bizlərə yenilməz ordumuzun əsgər və zabitləri, o cümlədən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Beləliklə sentyabrın 27-dən başlanan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu gün xalqımız milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu tarixi Qələbəni yüksək səviyyədə qeyd edir.

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandıran, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidləri dərin ehtiramla yad edirik. Azərbaycan xalqının Zəfəri əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaqdır.

Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Qələbəmizin əsas memarı oldu”
“İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Dörd il bundan öncə Azərbaycan öz məqsədinə çatdı. Vasitəçi missiyası ilə səlahiyyətləndirilmiş müxtəlif beynəlxalq təşkilatların apardıqları nəticəsiz danışıqlar səbəbilə 30 il ərzində həllini tapa bilməyən münaqişə cəmi 44 gün davam edən Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində sona çatdı”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoydu. “Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə təkcə Qarabağ münaqişəsinə deyil, həm də Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün xain planlara birdəfəlik son qoydu. 2003-cü ildən həmin tarixi günə qədər ötən bütün dövr ərzində dövlətimizin başçısı tərəfindən atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Nəhayət, dörd il bundan öncə bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin nəticəsi olaraq, işğal altında olan torpaqlarımız düşməndən azad edildi və Azərbaycanın bütün sərhədləri boyunca müqəddəs üçrəngli bayrağımız dalğalandı.”

K.Qafarov xüsusi olaraq vurğulayıb ki, Vətən müharibəsində əldə olunmuş Qələbə, ilk növbədə, effektiv ordu quruculuğu işinin və iqtisadi inkişafın nəticəsidir: “İşğalın davam etdiyi bütün dövr ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əlindən gələni edir, eyni zamanda güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib. Bu gün artıq hər kəs bilir ki, 2003-cü ildən Vətən müharibəsinin başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Həmin illər ərzində dövlətimizin başçısı Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Ölkə Prezidenti İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etdi. İlk növbədə, məhz iqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün əlverişli zəmin yaratdı. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar müvafiq qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi bu Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi. Keçən ilin sentyabr ayında isə cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycanın gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi.”

K.Qafarov qeyd edib ki, Azərbaycan heç zaman müharibəyə başlamaq niyyətində olmayıb və yalnız münaqişənin sülh yolu ilə həlli imkanları tam tükəndikdən sonra bu addımı atmaq məcburiyyətində qalıb: “Azərbaycan özünün işğal edilmiş ərazilərinin siyasi-diplomatik yollarla geri qaytarılması üçün 30 il ərzində səbr və təmkin nümayiş etdirdi, müharibənin başlanmaması üçün bütün vasitələrdən istifadə etdi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bircə real addım belə atmadılar. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Hətta dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı sayılan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il icra olunmadı. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda sarsılmaz xalq-ordu-iqtidar birliyindən xəbər verir” .
AzVirtin hədəfi ən yaxşı mütəxəssisləri cəlb etmək və mükkəmməl xidmət göstərməklə öz biznesini beynəlxalq müstəvidə genişləndirməkdir

“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev  -“Azərbaycan tarixinin qızıl səhifəsini təşkil edən Zəfər günümüzün dördüncü ildönümü ərəfəsindəyik.  8 Noyabr Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Biz bu şanlı zəfərimizlə sonsuz qürur duyuruq”. 

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Buna görə də, ordu quruculuğu daim  Prezident İlham Əliyevin siyasətinin prioritet istiqaməti sırasındadır. Ermənistanın işğalçı siyasəti dövründə danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı.

Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışıb. BMT isə işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalaraq icra olunmurdu. Ermənistanın davamlı olaraq  təxribatçı addımları, bəyanatları, hərəkətləri isə müharibəni qaçılmaz etmişdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Vətənin azadlığı uğrunda xalqımız bir yumruq kimi birləşdi və bu dəmir yumruq düşmənin başını əzdi. Həmin 8 noyabr tarixində Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi isə düşməni tamamilə diz çökdürdü. 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, qan tökülmədən azad edildi. Xalqımız Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anır.

Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də ermənilərin hərbi təxribatları zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd döyüş yolu ilə işğaldan azad edildi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi. 

İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü bütün istiqamətlərdə- siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğunda göstərir.

Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu təsdiqlədi: “Siyasi partiyalar tərəfindən həmin dövrdə ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalanmışdı. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin  müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Lakin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə siyasi partiyaların birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etməyiblər. Milli sevinc və qürurun təcəssümü olan birgə bəyanata radikal müxalifətin qoşulmaması onların antimilli xislətini ifşa edir. Həmin siyasi təşkilatlar bu addımları ilə xaricdəki ermənipərəst dairələrin maraqlarına xidmət etdiklərini bir daha isbatlamış oldular. 44 günlük müharibədən sonra onlar bu Qələbənin dəyərini azaltmağa çalışdılar. Ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunmasından da radikallar çox məyus oldular. Bu siyasi ünsürlər xalq-iqtidar birliyinin gücünü həzm etməyərək hər vəchlə xaricdəki havadarları ilə birlikdə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Bu cür “fəaliyyət” indi də davam edir. Lakin həmişə olduğu onların cəhdləri yenə də  iflasa məhkumdur. Bu dairələrin cılız davranışlarından fərqli olaraq hazırda xalqla iqtidar sıx birlik nümayiş etdirərək Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə məşğuldur. Həyata keçirilən möhtəşəm quruculuq işləri nəticəsində bu torpaqlar cənnətə çevrilir, keçmiş məcburi köçkünlər Böyük Qayıdışın sevincini yaşayır!”.   

Şamxal Abdullayev: Tarixin Zəfər salnaməsi -Müzəffər yolumuz

 

Zaur Həmzəyev - 8 noyabr... Bu tarixi gün, bütün Azərbaycan üçün təqvimin ən şanlı və 30 ilə yaxın həsrətində olduğumuz Zəfərin nişanəsidir. Bizim üçün çətin, amma şərəfli bir yolun sonunda əldə olunmuş tarixi nailiyyətlə Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqları işğaldan azad etdikcə, o şanlı günlər Zəfər tariximizə bir-bir yazıldı.

2020-ci il noyabrın 8-də şanlı ordumuz böyük əhəmiyyətə malik Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Dünyanın hərb tarixinə düşən Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsində dönüş nöqtəsi oldu. Bundan iki gün sonra - noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana döyüşsüz qaytarıldı. 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlanılan torpaqlarımızın prezident-xalq-ordu birliyi nəticəsində azad olunması misilsiz tarixi nailiyyətdir. Bu gün Azərbaycanın Bayrağı ölkəmizin bütün ərazilərində qürurla dalğalanır.

İşğal altında olmuş torpaqlarımızın azad edilməsi bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Azərbaycan xalqı zaman-zaman torpaqlarımızın itirilməsinə, soyqırımılara və deportasiyalara məruz qalıb. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar, xüsusilə BMT ölkəmizə qarşı bu cür ədalətsizliklərə heç vaxt adekvat reaksiya verməyib. BMT Təhlükəsizlik Şurasının ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamələr isə kağız üzərində qalmış, işğalçıya qarşı heç bir ciddi tədbir görülməmişdir. Belə olan halda, təbii ki, Azərbaycan öz məsələsini özü həll etmək məcburiyyətində qaldı.

Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və digər tədbirlər artıq Azərbaycanın böyük Qələbəyə doğru irəlilədiyini göstərirdi. Beləliklə, 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Bu, təkcə hərbi Zəfər deyil, eyni zamanda, ədalətsizlik üzərində Qələbədir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir.

Daha bir önəmli məqama diqqət yetirək. Məhz Paşinyanın yalvarışlarına görə, noyabrın 10-da üçtərəfli Bəyanat imzalanaraq münaqişənin həll olunması üçün atəşkəs elan edildi, digər məsələlərin siyasi yollarla həllinə qərar verildi. Beləliklə, kapitulyasiya nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları Ermənistan tərəfindən boşaldılsa da, öz xislətini növbəti dəfə nümayiş etdirən rəsmi İrəvan bir müddət sonra üçtərəfli Bəyanata əməl etmədi. Belə ki, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin kökü kəsildi.

Döyüş meydanında qazanılan Qələbənin diplomatiya müstəvisində davam etdirilməsi uzun illər həyata keçirilmiş uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Respublikası balanslı xarici siyasət prioritetlərinə uyğun olaraq heç bir hərbi-siyasi bloklaşmada təmsil olunmur. Qoşulmama Hərəkatına üzvlüyümüz bu mövqeyi daha aydın şəkildə ifadə etməklə yanaşı, beynəlxalq əlaqələrin çoxtərəflilik prinsipi əsasında formalaşdırılması üçün mühüm platforma yaratmış oldu.

Xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə bu təsisata üzv olan ölkələrin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə verdikləri dəstək istisnasız olaraq qeyd edilməlidir. Azərbaycan Türk və İslam dünyasının aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Qərb üçün də önəmli enerji tərəfdaşıdır. Eləcə də Azərbaycan müasirliyin və ənənəviliyin vəhdətini təcəssüm etdirən bir dövlət olaraq sivilizasiyalar arasında mühüm körpü rolunu oynayır. Belə bir şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı addımlar dost və strateji tərəfdaş olan dövlətlər tərəfindən də birmənalı şəkildə dəstəklənir.

Bəli, artıq Azərbaycan xalqı dördüncü dəfədir ki, Zəfər Gününü böyük sevinc hissi ilə qeyd edir. 8 noyabr Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Bütün dünya Azərbaycan xalqının nəyə qadir olduğunu, ordumuzun qəhrəmanlıq salnaməsinin şahidi oldu. Azərbaycan işğalçı ölkə üzərində tarixi Zəfər qazanmaqla adını qalib ölkələr sırasına yazdırdı. Zəfər Günü bundan sonra da Azərbaycan tarixində misilsiz bir qələbənin simvolu olaraq daim qeyd ediləcək. Zəfər Günün mübarək, Azərbaycan!


Cabir Qurbanov - Azərbaycanın gücünün, qüdrətinin, xalqımızın yenilməzliyinin dünyaya təqdimatı olan tarixi Zəfərimizin dördüncü ildönümünü qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən amillərdən bəhs edərkən birliyimiz, həmrəyliyimiz xüsusi qeyd edilir.  Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Vətən müharibəsi zamanı siyasi partiyalar Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzaladılar. Siyasi partiyalar tərəfindən ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalandı.  İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Hər zaman bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı oldu.

Prezident İlham Əliyev müsahibələrində bu fikri xüsusi qeyd edir ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsi oldu. Ölkəmizin möhtəşəm  qələbəsi ilə başa çatan döyüşlər Ali Baş Komandan İlham Əliyevin çevik və qətiyyətli rəhbərliyi altında, xalqımızın möhkəm birliyi və həmrəyliyi, orduya göstərdiyi hərtərəfli dəstək şəraitində 44 gün davam etdi. 44 gündə  30 illik işğala son qoyuldu. Tarixi ədalət bərpa edildi. “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” söyləyən cənab İlham Əliyev bu reallığı da xüsusi qeyd edir ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa,  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etdik. Özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmadı. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı miflər darmadağın edildi,  erməni ordusu qorxaq və təslimçi ordu kimi təqdim olundu.

Postmünaqişə dövrünün reallıqları sırasında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını qürurla qeyd edirik. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə  Ordumuz 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün davam edən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Separatçılardan təmizlənmiş ərazilərimizə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə  Azərbaycan Bayrağını ucaltdı. Tariximiz zəfər səhifələri ilə daha da zənginləşir. Tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdışımızı hədəf kimi qarşımıza qoymuşuq. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində bu arzumuz da reallığa çevriləcək.

Hər bir bayram, tarixi gün onun mahiyyətinin təqdim edilməsi ilə yanaşı, uğurlarımızın da təhlilində əhəmiyyətli rol oynayır. 9 Noyabr-Dövlət Bayrağı Günü ərəfəsindəyik. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncam ilə hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı günü kimi qeyd edilir. Milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilən Bayrağımız qürurumuzdur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı milli kimliyimizi, gücümüzü, birliyimizi dünyaya təqdim edir.  Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın daim yüksəklərdə dalğalanması üçün hər birimiz üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməliyik. Qalib, yeni Azərbaycan tarixi Zəfərinin, suverenliyinin tam bərpasının reallıqları fonunda yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Teyyub müəllim: Üçrəngli Bayrağımız azad edilən torpaqlarımızda qürurla dalğalanır

 

Zahid Nuriyev - 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən 4 il keçir. Arxada qalan hər il, hər gün tarixi Zəfərimizə gedən yola işıq salır, müharibənin başvermə səbəblərini aydın şəkildə  açıqlayır. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır.  Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Bununla yanaşı, bütün sahələrdə gücünü, qüdrətini artırmaq üçün biri-birindən əhəmiyyətli addımlar atdı. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində işğal altında olan torpaqlarımız gec-tez tarixi sahibinə qovuşacaq. Azərbaycan hər gün bir addım bu hədəfə yaxınlaşdı. Prezident İlham Əliyev möhkəm təməl üzərində güclü Azərbaycan yaratdı və  əksər dünya dövlətləri  ölkəmizin inkişaf modelini təqdir edərək öyrənilməsinin vacibliyini bildirdilər. Müharibə şəraitində yaşan ölkə üçün güclü ordunun olması vacib idi. Dövlət başçısı İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsini uğurla yerinə yetirmək, xalqımızın torpaq həsrətinə son qoyub, bu ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanmasına nail olmaq üçün böyük qətiyyət nümayiş etdirdi.  “Güclü ordu - güclü dövlət” konsepsiyasının fundamental əsası olan iqtisadi tərəqqini xüsusi diqqətdə saxladı. Son 21 ildə Azərbaycanın iqtisadi uğurları torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, bu ərazilərin yenidən bərpasına, dirçəlməsinə də geniş imkanlar yaratdı.

Azərbaycanın iqtisadi imkanları bütün sahələrdə davamlı uğurları şərtləndirdi. Belə ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər ölkəmizə öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Ölkəmizin iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycan ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrini yeni istiqamətlər üzrə daha da möhkəmləndirərək həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm uğurlara nail oldu. Haqqın, ədalətin Azərbaycanın tərəfində olduğu beynəlxalq səviyyədə də təsdiqləndi. Münaqişənin həlli üçün hüquqi baza daha da möhkəmləndi.  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb.  Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.

44 gündə tarix yazan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq təşkilatların hesabatlarında da etiraf edilir. Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. 44 günlük İkinci Qarabağ müharibəsinə qədər  Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində dünyaya nümayiş etdirmişdi.  Aprel döyüşlərində Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü.

Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. 2020-ci ildə Ermənistan silahlı qüvvələri dəfələrlə hərbi təxribatlar törətdi və Azərbaycan Ordusu qətiyyətlə qarşısını aldı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə  səbəb oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.

“Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Tarixi Zəfərimizin təsdiqi və dünyaya təqdimatı olan 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatın imzalanmasını şərtləndirən əsas amil 44 gündə Azərbaycan Ordusunun qazandığı uğurlar, Şuşanın işğaldan azad edilməsi oldu. Dövlətimizin başçısı İlham Əliyevin Bəyanatın imzalanması ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Şuşanın azad edilməsi həm böyük siyasi,  strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır: “Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.”

Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib ölkənin vətəndaşı olması ilə qürur duyur. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.

Bu gün qalib Azərbaycanın uğurlarından bəhs edərkən üçrəngli Bayrağımızın dünya dövlətlərinin bayraqları ilə bir sırada dalğalanmasını xüsusi qeyd edirik. 9 Noyabr-Dövlət Bayrağı Gününü də digər bayramlarımız kimi, Zəfər ruhunda, yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəfləri fonunda qeyd edirik. Üçrəngli  Bayrağımız işğaldan azad edilən torpaqlarımızda ucaldığı üçün qürurluyuq. 30 il   bu anı səbirsizliklə gözlədik. Qalibiyyət rəmzi, müjdəçisi olan Bayrağımızın bizə bu Qələbəni çatdıracağına əmin idik. 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə Qələbə səhifəsi kimi yazılmasını, Azərbaycan əagərinin hər gün işğaldan azad edilən şəhər, qəsəbə və yaşayış məntəqələrində Azərbaycan Bayrağını qaldırması anını hər kəs böyük qürur hissi ilə izlədi. 44 gün paytaxt və bölgələrimizdə küçə, meydanları bəzəyən Bayrağımız bizdə sabaha, tarixi Zəfərimizə böyük inam yaratdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsini və Ermənistanın kapitulyasiyasını xalqa müraciətində böyük qürur hissi ilə qeyd edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu müjdəsinə şahidlik edən Azərbaycan Bayrağı oldu. Bayrağımız milli birliyimizin ifadəsi, qürur mənbəyimizdir.

Xəbər lenti